www.vivo-book.com
2
Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı
Bir cavanın qeydləri I FƏSİL
İkihəftəlik ayrılıqdan sonra axır ki, geri döndüm.
Bizimkilər üç günüydü Ruletenburqdaydılar
1
. Fikirləşirdim
ki, onlar,
Allah bilir, məni necə gözləyirlər, amma səhv
eləyirdim. General həddən artıq sərbəst görünürdü.Mənimlə
saymazyana danışdı və bacısının üstünə göndərdi. Aydın idi
ki, onlar hardansa pul ələ keçiriblər.
Hətta mənə elə gəldi,
general üzümə baxmağa bir az vicdan əzabı çəkir. Marya
Filippovnanın başı əməlli-başlı qarışıq idi, mənimlə
başdansovdu danışırdı; amma pulları
qəbul elədi, saydı və
1
görünür, Baden-Baden şəhəri nəzərdə tutulur
www.vivo-book.com
3
mənim raportuma axıracan qulaq asdı. Nahara Mezentsevi,
fransızciyəzi, bir də hansısa ingilisi gözləyirdilər;
həmişəki
kimi, pul var,
əlüstü ziyafət də olacaq; Polina
Aleksandrovna məni görüb Moskvadakı
kimi soruşdu ki,
niyə belə gec gəldin? Cavabı gözləmədən də, harasa çıxıb
getdi. Şübhəsiz, o, bunu qəsdən elədi.
Amma biz
söhbətləşməliydik. Ürəyim yaman dolmuşdu.
Mənə otelin dördüncü qatında kiçik bir otaq ayırdılar.
Burada bilirlər ki, generalın məiyyətinə məxsusam. Hər
şeydən görünür ki, onlar hər halda, özlərini göstərə biliblər.
Generalı hamı burda çox zəngin rus kübarlarından sayır.
Hələ nahara qədər, o mənə başqa tapşırıqlar arasında,
xırdalamaq üçün minfranklıq əsginaz verə bildi. Pulları
otelin kontorunda xırdaladım. İndi ən azı
bütöv bir həftəni
bizə milyonçu kimi baxacaqlar. Mən Mişanı və Nadyanı
götürüb gəzməyə getmək istəyirdim, amma pilləkəndəykən
generalın yanına çağırdılar; onun ağlına mənim uşaqları hara
aparacağımı öyrənmək gəlmişdi.
Bu adam qətiyyən
gözlərimin içinə baxa bilmir; o, bunu çox istəyərdi, amma
mən hər
dəfə elə diqqətli, daha doğrusu, hörmətsiz baxışlarla