Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə90/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   86   87   88   89   90   91   92   93   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
181 
burda ol, bir az da dayan, yaxşı, incimə, mən özüm 
axmağam! Hə, de, yaxşı, indi neyləməliyəm? 
– Mən, nənə, sizə yol göstərə bilmərəm, bir şey olsa 
məni günahlandırarsınız. Özünüz oynayın, əmr eləyin, mən 
qoyacağam. 
– Yaxşı, yaxşı! Hə, qırmızıya dörd min qulden də qoy! 
Bu da pul kisəsi, götür!– O, cibindən pul kisəsini çıxarıb 
mənə verdi. – Hə, tez götür, burda iyirmi min rubl təmiz pul 
var. 
– Nənə, – pıçıldadım, – belə çox pul… 
– Ölsəm də, geri qaytaracağam. Qoy! –
Qoyduq və uduzduq. 
– Qoy, qoy, səkkiz minin hamısını qoy! 
– Olmaz, nənə, ən böyük məbləğ dörd mindi! 
– Yaxşı dörd qoy!
Bu dəfə udduq. Nənə ruhlandı.
“Görürsən, görürsən, – məni itələyirdi, – yenə dörd 
qoy”.
Qoyduq – uduzduq; sonra yenə, yenə uduzduq. 
– Nənə, bütün on iki min getdi, – bildirdim. 


www.vivo-book.com 
182 
– Görürəm ki, gedib, – o, belə demək mümkünsə, 
qəribə dəlisov sakitliklə dilləndi, – görürəm atam-atam, 
görürəm, – tərpənmədən bir nöqtəyə baxa-baxa, elə bil, 
götür-qoy eləyə-eləyə dilləndi, – eh, ölsəm də oynayacağam, 
dörd min qulden də qoy! 
– Pul yoxdu axı, nənə; pul kisənizdə bizim beşfaizlik 
istiqrazlar, bir də bəzi köçürmələr var, pulsa yoxdu. 
– Bəs, portmanatda? 
– Xırda pullar qalıb, nənə. 
– Burda puldəyişmə dükanları var? Mənə dedilər ki, 
bizim bütün kağızlarımızı xırdalamaq olar, – nənə qətiyyətlə 
soruşdu. 
– Oh, nə qədər istəsəniz! Amma siz dəyişdirməyə görə 
itirəcəyinizdən belə… cuhudun özü də dəhşətə gələcək! 
– Boş söhbətdi! Yenə udacağam. Apar. O qanmazları 
çağır.
Kreslonu itələdim, yükçülər gəldilər, biz vağzaldan 
çıxdıq. “Tez, tez, tez!” – nənə əmr verirdi. – “Yolu göstər, 
Aleksey İvanoviç, yaxındakına apar, uzaqdadımı?”. 
– İki addımdı, nənə.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin