Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn


Görkəmli pianoçu,müəllim Feliks Blumenfeld



Yüklə 55,59 Kb.
səhifə11/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər

Görkəmli pianoçu,müəllim Feliks Blumenfeld
Blumenfeld,Feliks Mixayloviç (1863-1931) görkəmli rus pianoçusu, drijor,müəllim,bəstəkarıdır.1863-cü ildə Herson quberniyasının Kovalevka kəndində ziyalı ailəsində anadan olmuşdur.12 yaşına kimi Q.V.Neyqauzun( Q.Q.Neyqauzun atası) yanında dərs almışdı. 17yaşıdan başlayaraq o “Qüdrətli dəstə” qrupunun daimi iştirakçılarından biri olmuşdu.Onun Musorskiy ilə ilk görüşləri hələ 17 yaşında ikən 1879-cu ildə Yelizavetqradda oluşdur. “Qüdrətli dəstə”nin digər üzvləri ilə Blumen Feld Peterburq Konservatoriyasına qebul olduqdan sonra tanış olur.1881-1885ci illərdə Peterburq Koservatoriyasında F.Feador Şteyn (fortepiano) və Nikolay Rimskiy-Korsakovun (bəstəkarlıq) sinfində dərs almışdır. Artıq tələbə illərindən virtuoz pianoçu kimi çox geniş repertuara malik idi və yeni əsərləri bacarıqla üzdən oxuma qabiliyyətinə sahib olmağı onun gələcəkdə bir çox musiqi əsərlərinin ilk ifaçısı olmasına kömək etdi.
Pianist kimi Blumen Feld öz başlanğıcını A.Q.Rubinşteyn və M.A.Balakirevin yaradıcıllığından götürmüşdür.Konservatoriyanı 1885-ci ildə qırmızı diplomla bitirir. Və artıq 1887-ci ildən başlayaraq Blumen müxtəlif şəhərlərdə fəal konsert çıxışlarına başladı, A.K.Qlazunovun, A.K.Lyadovun, M.A.Balakirevin, P.İ.Çaykovskinin əsərlərinin ilk ifaçısı olmuşdur, A.V.Verjbiloviç, P.Sarasate, F.İ.Şalyapin ilə birgə ansambl ifa etmişdir.1895ci ildə Mariinsk teatrında müşayətçi kimi ,1898ci ildən isə drijor kimi işləmişdir.”Rus simfonik konsertlerində fəal çıxışlar edirdi. Blumen Felde bütün Avropada şöhrət qazandıran onun Parisdə “Tarixi rus konsertleri”ndə çıxışı olmuşdur.Onun fortepiano ifasına Çaykovskiy və Raxmaninov da heyran idilər,və virtuoz pianoçu ilk dəfə olaraq Peterburq dinləyicilərini Skyabinin “Ekstaz poema” və 3-cü Simfoniyası ilə, həmçinin N.A. Rimskiy-Korsakovun və A.Rubinşteynin operaları ilə tanış etmişdir.Nəhayət Blumen Feld ( F.Şalyapin ilə birlikdə ) Musorskinin yaratmış olduğu ən möhtəşəm əsərlərindən biri olan “Boris Qodunov” operasını dünya səhnəsinə qədər çıxarmağı bacarmışdır.
Blumen Feld 1885-1905 ci illərdə Peterburq konservatoriyasında ,1920-1922ci illərdə Kiyev konservatoriyasında dərs demişdir.Blumen Feldin tələbələri arasında S.B.Barer, V.C.Horovits, M.İ.Qrinberq,drijor A.V.Hauk olmuşdur.1927-ci ildə onu “RSFSR incəsənət ictimai xadimi”adına layiq görmüşdülər.

Blumen Feldin əsərlərindən fortepiano və orkestr üçün Simfoniya c-moll op 39. ; Konsert alleqrosu op.7 ; vokal və orkestr üçün “Yaz” süitası ; kvartet(Belyaev mükafatı,1898) ; və ən səsas yeri onun romantik ənənələri özündə əks etdirən fortepiano əsərləri (100-ə yaxın ,bunların içində onun fortepiano üçün yazdığı etüd,prelüdiya,balladalarının adını çəkmək olar) və romansları( 50-yə yaxın) misal göstərmək olar.



Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin