Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn


Mövzu: Nikolay Qriqoryeviç Rubinşteyn



Yüklə 55,59 Kb.
səhifə10/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər

Mövzu: Nikolay Qriqoryeviç Rubinşteyn

60-cı illər dövrü ortaya çox gözəl musiqiçi – maarifçiləri dəstəsini çıxardı: Rubinşteyn qardaşları, Balakişiyev, Serov, Stasov və başqaları.

Rus musiqi – peşəkarlıq mədəniyyərinin inkişafında Anton Rubinşteynin silahdaşı Nikolay Qriqoriyeviç Rubinşteyn (1835 - 1881) idi. O, “Rus musiqi cəmiyətinin” Moskva şöbəsinin və Moskva konservatoriyasının təşkilatçısı olaraq, özünün bu sevimli yetişdirmələrinə bütün həyatını həsr etmişdir. Onun inzibati qabiliyyətləri və enerjisi sayəsində Moskva konservatoriyası tezliklə Avropa musiqi təhsilinin ən iri mərkəzlərindən biri olmuşdur.

Nikolay Rubinşteyn fenomenal piaoçu istedadına malik idi. O, artıq uşaqlığında öz virtuozluğu ilə hamını heyrətə salırdı (təəccübləndirirdi). Təkcə onu demək kifayətdir ki, o fortepianoda özünün təlimini Aleksandr İvanoviç Villuanın yanında 13 yaşında Motsart – Listin “Don Juan”ını çalmaqla başa vurmuşdu.

Nikolay Rubinşteyn ifası, eynilə Antonunku kimi özünün gücü, vüsəti, yüksək (müstəsna) dərəcədə ahəngdarlığı ilə heyrətləndirirdi. O, səhfsiz və dəqiqliyi ilə fərqlənirdi.

“Moskva” Rubenşteynin milli maarifçilik səyləri (təşəbbüsləri) onun rus bəstəkarlarının yaradıcılığının təbliğində özünün biruzə vermişdi. Rubinşteynin Çaykovskinin əsərlərinin interpretatoru kimi əhəmiyyəti xüsusilə böyükdür. İki musiqiçinin yaradıcılıq ünsiyyəti bəstəkar və ifaçının işbirliyinin ibrətamiz nümunəsidir. Rubinşteyn Çaykovskinin fortopiano əsərlərini nəinki öz müasirlərinin hər hansı birindən daha yaxşı çalırdı; o, həmçinin bəstəkarı bu əsərlərdən bəzilərini yaratmağa ruhlandırmışdı. Konsert b – moll N. Rubinşteyn çox böyük virtuoz bacarığı (imkanları) nəzərə alınaraq yazılmışdır. Çaykovskinin ikinci konserti də Rubinşteyn üçün yaradılmışdı.

Müasirləri N. Rubinşteynin pedoqoji sənətini (ustalığını) çox yüksək qiymətləndirirdilər.

Şagirdləri onların pedoqoqunun artistizmi yaxşı təsir edirdi. Sinfin bütün ab – havası musiqi ilə dolu idi. Onda daima Rubinşteynin özünün ilhamlı çalğısı səslənirdi: o təkcə əsərin hissələrini göstərmirdi, adətən heç olmasa bir dəfə əsəri tam çalardı.

N. Rubinşteyn öz şagirdlərinin əsl tərbiyəçisi idi. O, şagirdlərə artistlik fəaliyyətinə ciddi münasibəti aşılayır, onlarda əməyə qarşə iradəni inkişaf etdirirdi. Sinifdə tez – tez konsertlər, yeni əsərlər, musiqi jurnallarındakı məqalələr haqqında söhbətlər aparılırdı. Şagirdlərdən tələb olunurdu ki, əsər üzərində işləyərkən onlar onun formasını, harmoniyasını dərk etsinlər. Bəziləri bəstəkarlq keyfiyyətlərini inkişaf etdirmək üçün nəzərdə tutulan tapşırıqlar alırdılar – məsələn, öyrənilən konsertlərə kadensiyalar yazmaq təklif olunurdu.

Mexaniki məşqin qatı düşməni olan Rubinşteyn məqsədyönlü, qoyulan vəzifələri dərk edərək, mçəşğələ vaxtını rasional şəkildə bölərək işləməyi öyrədirdi. Çalğının priomları üzrə öz məsləhətlərində o , ifa olunan musiqinin səciyyəsindən çıxış edirdi, və o, “məktəb” pedaqogikasının reseptləri ilə hesablaşmayaraq, əllərin çox müxtəlif hərəkətlərindən cəsarətlə istifadə edirdi. N. Rubinşteyndən bir çox pianoçular, o cümlədən S. İ. Taneyev, A. İ. Ziloti və E. Zauer öyrənmişlər.



Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin