107) Tənəffüs yolu infeksiyalarının yoluxma mexanizmi hansıdır?
A) Parenteral
B) Fekal - oral
C) Transmissiv
D) Təmas
E) Aerogen
Tənəffüs yolu infeksiyalarının yoluxma mexanizmi aerogen yolladır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 122
108) Difteriyada infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Rekonvalessent, bakteriyagəzdiricilər
B) Difteriyalı xəstənin burun möhtəviyyatı
C) Heyvanlar
D) Həşəratlar
E) Qeyri - patogen törədici gəzdirənlər
Difteriyada infeksiya mənbəyi xəstə, rekonvalessent, bakteriyagəzdiricilər sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 141
109) Poliklinika işçilərini difteriyadan mühafizə məqsədilə həyata keçirilən ən vacib tədbir hansıdır?
A) Respiratordan istifadə edilməsi
B) Qidalanmanın gücləndirilməsi
C) Dezinfeksiyanın aparılması
D) Kabinetlərin vaxtaşırı olaraq bakteriosid lampalarla şüalanması
E) İşçilərin ADT - anatoksini ilə immunizasiyası
Poliklinika işçilərinin difteriyadan mühafizəsi üçün ən vacib tədbir respiratordan istifadə edilməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 145
Dostları ilə paylaş: |