ŞƏBƏKƏLƏRDƏ elektrik enerjiSİNİn kefiYYƏTİNİN İdarəsi və GƏRGİnlik təNZİMLƏNMƏSİ


Şəbəkə elementlərində olan gərginlik itkisinin dəyişdirilməsi



Yüklə 24,97 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü24,97 Kb.
#40139
1   2   3   4   5
Tezis

Şəbəkə elementlərində olan gərginlik itkisinin dəyişdirilməsi. Gərginlik itkisini azaltmaq üçün şəbəkədə aktiv, reaktiv gücü və müqaviməti həmçinin gərginliyi dəyişmək olar. Lakin şəbəkədə gərginliyin və aktiv gücün sabit qalması əsas mahiyət daşıdığından onların qiymətinin dəyişilməsi mümkün deyil. Gərginlik itkisini azaltmaq üçün şəbəkədə aktiv, reaktiv müqavimət və reaktiv gücü azaltmaq lazıımdır. Müqavimətin azaldılması məftilin en kəsiyinin artmasına gətirib çıxarır ki, iqtisadi nöqteyi-nəzərdən əlverişsiz haldır. Reaktiv müqaviməti azaltmaq üçün EVX-ə ardıcıl tutum müqaviməti qoşmaq lazımdır və bu nüqavimət isə yekun induktuv müqavimətin azalmasına gətirib çıxarır. Bu xəttin induktivliyinin tutum vasitəsilə uzununa komensasiyası adlanır. Şəbəkədən əldə olunan reaktiv gücün azaldılması üçün reaktiv güc mənbəyi olan kondensator batareyaları,sinxron kompensatorlar və həmçinin sənaye mühərrikləri istifadə olunur. Bu zaman yükün reaktiv güc tələbatı bu mənbələr vasitəsilə ödənilir. Beləliklə, şəbəkədən alınan reaktiv gücün kompensasiyası baş verir. Reaktiv gücün kompensasiyası da gərginlik itkisinin azalmasına gətirib çıxarır. Dediklərimizi aşağıdakı formada sadə olaraq təsvir edə bilərik:

Maksimum yük şəraitində, dövrədə induktiv müqavimətin azaldılması ilə gərginliyi artırmaq, uzununa kompensasiya tətbiqi vasitəsilə mümkün olur. Tutum müqavimətinin qiymətini dəyişərək (azalmış yük vəziyyətində kondensator istifadə etməklə) şəbəkə gərginliyinin pilləli olaraq tənzim edilməsi mümkündür. Şəbəkə gərginliyinin tənzimi kompensatorlar vasitəsilə də aparıla bilər. Bilirik ki, kompensator və ya sinxron mühərrik təsirlənmə rejimində işlədilə bilir. Az təsirlənmə rejimi mühərrikin şəbəkədən elektrik enerjisi alması ilə nəticələnir (mühərrik rejimi), bu hal şəbəkədə gərginlik düşgüsünün artması ilə nəticələnir.




Yüklə 24,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin