SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə90/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   86   87   88   89   90   91   92   93   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Əyalət idarəsi
Səhih surətdə məlumdur ki, XVII əsrdə Səfəvilər dövləti inzibati
cəhətdən vilayətlərə (əyalət, cəm halda əyalat) bölünmüşdü. Bu
əyalətlərin başında
“bəylərbəyi”lər
(daha dəqiqi, “bəylərbəyi –
azərbaycanca – “bəylərin bəyi” deməkdir) dururdu
125
. “Təzkirət əl-
mülük”ə əsasən, bəylərbəyilərin idarə etdikləri vilayətlərin sayı on üç idi:
1) Şirvan, 2) Qarabağ və Gəncə, 3) Azərbaycan (indiki Cənubi
Azərbaycan), 4) Çuxursəəd, 5) Qəzvin, 6) Qələmrov-i Əli Şəkər
(Həmədan), 7) Kuhi Giluyə (Fars), 8) Kirman, 9) Astrabad, 10) Məşhəd-i
müqəddəs-i müəlla, 11) Herat, 12) Mərv-i Şahicahan, 13) Qəndəhar
126
.
V.Minorski güman edir ki, bəylərbəi istilahı I Şah Abbasın
dövründə meydana gəlmişdir. Onun fikrincə, həmin vaxta qədər Səfəvilər
dövlətini hakimlər idarə etmişlər
127
. Həm də bu zaman o, “Tarix-i aləm
aray-i Abbasi”yə əsaslanmışdır. Çünki burada əyalət başçılarının adları
sadəcə olaraq hakimlər kimi çəkilir. Alessandri isə göstərir ki, I Şah


317
Təhmasibin dövründə dövlət sultanların idarəsi altında olan 50 hissəyə
bölünmüşdü
128
.
Bununla belə, İ.P.Petruşevski qeyd edir ki, bəylərbəyilər I Şah
Abbasdan xeyli əvvəl mövcud olmuşlar. K.Rohrborn da bu fikirdədir
129
.
Bəylərbəyilər inzibati və hərbi hakimiyyəti öz əllərində birləşdirmiş, yerli
feodal yığma qoşununa (çərik, qoşun) başçılıq etmişlər
130
. Əyalətlər
dövlət vilayətləri idi və daha çox sərhəd ərazilərini əhatə edirdi. Buna
görə də, bu vilayətlərdə inzibati hakimiyyət hərbi səciyyə daşıyırdı;
bəylərbəyi istilahı “əmir əl-üməra” istilahına müvafiqdir. Nəzərdən
keçirdiyimiz dövrün mənbələrində vilayət hakimi kimi bəylərbəyi istilahı
əvəzinə tez-tez onun sinonimi olan əmir əl-üməra istilahı işlədilir. Bu isə
bizi yanlış fikrə gətirib çıxarmamalıdır. İlk Səfəvilər dövründə əmir əl-
üməraların, yaxud bəylərbəyilərin təyin olunması Azərbaycan tayfa
əyanlarının müstəsna imtiyazı idi. Bəylərbəyilər qızılbaş feodal
əyanlarının, yaxud şahzadələrin sırasından təyin olunurdu. Onların hər
birinin əslində şah sarayına bənzəyən imarəti olmuşdur. Vilayət inzibati
idarə sistemi bir çox cəhətdən mərkəzlə oxşar səciyyədə idi. Mərkəzi
aparatdakı sədr, vəzir, qorçibaşı kimi vəzifələrin əyalət aparatında da
oxşarları vardı.
Qüdrətli qızılbaş əyanları bəylərbəyi, əmir əl-üməra və hakim
sifətilə vilayətləri irsi olaraq idarə edirdilər. Məsələn, Qarabağ və
Astrabadı qacar tayfasından olan iki nəslin əmirləri idarə edirdi; Şirvan –
ustaclı tayfası, Azərbaycan (cənub hissəsi) – təkəli və türkman tayfaları;
Çuxursəəd – ustaclı tayfası;Fars – zülqədər tayfası; Kirman - əfşar
tayfası; Herat – şamlı tayfası və b.
131
tərəfindən idarə olunurdu.
Bəylərbəyilər (yaxud əmir əl-üməra) daxili işlərində əməli olaraq
mərkəzi hakimiyyətdən müstəqil idilər. Onlar tabeliyində olan əhalidən
məmurları vasitəsilə toplamış olduqları müəyyən miqdarda vergini şaha
verir, öz həmtayfalarından ibarət olan silahlı qüvvə saxlayır və şahın əmri
ilə hərbi yürüşlərdə, yaxud, xalqın üsyanlarının yatırılmasında iştirak
edirdilər. Vilayət hakimlərindən bəziləri o qədər qüdrətli idilər ki, hətta
öz saraylarının zənginliyi və calalına görə şahla rəqabət aparırdılar.


318
Nümunə üçün ustaclı tayfa başçısı olan Abdulla xanı yada salaq. O,
hicri 956 (1549-1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin
olunmuş və 974 (1566-1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin
vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurban
Əlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada
Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın
nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla
xanla çox vaxt hesablaşırdı
132
. Cenkinsonun öz qeydlərində Şirvan
canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer
verməsi, onu mədh edərək “Şirvan kralı” adlandırması təsadüfi deyildi
133
İndi də bəylərbəyiyə tabe olan vilayət miqyaslı bürokratik aparatın
bəzi vəzifələrini nəzərdən keçirək. Bu zaman qeyd etmək lazımdır ki,
mənbələrdə təbii olaraq mərkəzlə müqayisədə əyalət inzibati idarələrinə
az diqqət yetirilmişdir.
Artıq qeyd etmişik ki, Səfəvilər bir çox cəhətdən öz sələflərinin
inzibati quruluşunu əxz etmişdilər. Bu,

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin