SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə91/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   88   89   90   91   92   93   94   95   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

vilayət vəziri
vəzifəsinə də aid
idi. Biz bəylərbəyiliklərdə belə vəzirlərin olmasına dair çoxlu dəlillər
göstərə bilərik. Məsələn, hicri 916 (1510)-cı ildə Mərv yaxınlığında
özbəklər üzərində qələbədən və Xorasanı tutduqdan sonra I Şah İsmayıl
yenicə istila olunmuş vilayətdə idarəçilik aparatının təşkilinə böyük
əhəmiyyət vermişdi. O vaxta qədər Şeybani xanın divan müşrifi olmuş
Xacə Kəmaləddin Mahmud Saqərçi Səfəvilərə xidmət etməyə keçdi. O,
vəzir və divan sahibi vəzifəsinə təyin olundu
134
. Hicri 937 (1530-1531- ci
ildə Herat bəylərbəyisi Hüseyn xan Şamlı tərkibinə öz vəziri Əhməd bəy
Nur Kamal İsfahaninin, vəkili Hüseyn bəyin, Əhməd Sultanın
135
(görünür ki, Kirman bəylərbəyisi Əhməd Sultan Sufi oğlu Ustaclı)
vəzirləri olan Xacə Səidinin və Ağa Kamal Kirmaninin, daxil olduğu
nümayəndə heyətini saraya göndərdi. Hicri 940 (1533-1534)-cı ildə
Azərbaycan hakimi (əmir əl-ümərası) Musa Sultan işləri qaydaya salmağı
öz vəziri Xacə Şahquluya həvalə etdi
136
. Şeyx Məcid Kirmani hicri 941
(1534-1535)-ci ildə Osmanlı basqını qarşısında şəhəri tərk etmiş Bağdad
hakimi Məhəmməd xan Təkəlinin
137
vəziri idi. İskəndər bəy Münşi qeyd


319
edir ki, vilayətlərin (məmalik-i məhrusə) daha görkəmli vəzirləri
sırasında bütün Azərbaycan və Şirvanın vəziri (və müməyyizi) olmuş
Mirzə Ətaullah İsfahani və bütün Xorasanın vəziri (və müməyyizi) Ağa
Kəmaləddin Zeynal – İbad Kirmani var idi
138
. Budaq Qəzvini göstərir ki,
hicri 967 (1559-1560)-cı ildə yuxarıda adı çəkilən Mirzə Ətaulla bütün
Azərbaycanın, Şirvanın, Şəkinin və Gürcüstanın vəziri idi
139
. Buradaca
göstərilmişdir ki, Qəzvin vəziri Ağa Molla, Sultan Süleymanın oğlu
Bəyazidin yanına elçi göndərilmişdir
140
. Sonra İskəndər bəy Münşi qeyd
edir ki, keçmişdə Həsən bəy yüzbaşı Ustaclının vəziri olmuş Xacə Qasım
Əli Azərbaycan vəziri vəzifəsinə layiq görülmüşdür. Onun qardaşı Xacə
İnayət Türkə onun yerinə Həsən bəyin vəziri olmuşdu. Onların hər ikisi
Təbrizdən idi və I Şah Təhmasibin sarayında hörmətli adamlar
sayılırdılar. Xacə Məhəmməd Şərif tehrani Yəzd vəzirliyindən azad
edilərək İsfahanın vəziri olmuşdu. Ağa Talay Dəvətdar Qəzvininin oğlu
Mirzə Bədi əz-zaman Kaşanın vəziri idi. Onun qardaşlarından biri –
Əhməd bəy Xorasanın bir sıra mahallarının vəziri olmuşdu. Mirzə
Əbdülbaqi Mir Fəzlullah Şəhristani oğlu Qəzvin vəziri olmuş, Mir Seyid
Əli Rezavi Quminin vəfatından sonra onun vəzifəsini tutmuşdu
141
. Bizə
vilayət vəzirlərinin mərkəzi inzibati idarəyə vəzir vəzifəsinə irəli
çəkilməsinə dair bir çox dəlillər məlumdur. Məsələn, Çaldıran
vuruşmasından sonra divan vəziri vəzifəsinə gəlmiş Mirzə Şah Hüseyn
İsfahani o vaxtadək İsfahan hakimi olan Durmuş xan Şamlının vəziri idi.
I Şah Təhmasibin vəziri Mir Cəfər Savəci keçmişdə Bağdadda
Zeynəddin Sultan Şamlının vəziri olmuşdu
142
. Yuxarıda adı çəkilən
Əhməd bəy Nur Kamal İsfahani də həmçinin “yüksək divan vəziri” təyin
edilmişdi
143
. Buna bənzər nümunələrin sayını artırmaq da olar.
Mənbələrdə

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin