SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə108/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   104   105   106   107   108   109   110   111   ...   330

ŞİRK


Şirk və Şirkət kəlimələri iki varlığın bir yerə gəlməsi, ortaq olması, birinin digəriylə birləşməsi mənasına gəlir. Allaha şirk qoşmaq Ona mülkündə və ya ibadətdə ortaq olan bir varlığın olduğunu qəbul etmək mənasına gəlir. Bunu edən isə müşrik adlanır414.

«Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əff etməz. Lakin istədiyi şəxsə bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs əlbəttə ki, böyük günah etmişdir». (ən-Nisa 72). Bu ayədən aydın olur ki, şirk ən böyük günahdır. Uca Allah bildirir ki, O tövbə etməyənlərə şirki bağışlamır. «Allaha şərik qoşana Allah Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur». (əl-Maidə 72). «Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şübhəsiz ki, çox azmışdır». (ən-Nisa 116). Allaha şirk qoşaraq ölən kimsə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. «Şübhəsiz ki, Kitab əhli və müşriklərdən kafir olanlar Cəhənnəm atəşində əbədi olaraq qalacaqlar. Onlar insanların ən şərliləridirlər». (əl-Bəyyinə 6). Bu haramların ən böyüyüdür. Şirk Allaha zatında, sifətlərində, hökmündə, ibadət və mülkündə şəriki, ortağı olduğuna inanmaq və bunu mənimsəməkdir. Buna görə də Allah yanında dəyəri müqayisə edilməyəcək qədər böyük olan şirkdən qorxmalı, çünkü bu ən murdar və qəddar haqsızlıqdır, aləmlərin Rəbbinin haqqını itirməkdir. Ona müraciət etməli olduqları halda başqasını Onunla eyniləşdirərək Ona şərik qoşurlar. İmanın ziddi küfr olduğu kimi, şirkin də ziddi Tövhiddir. «Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra kafir olanlar yenə də öz Rəbbinə tay tutarlar». (əl-Ənam 1). «Məgər heç bir şeyi yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar? Halbuki bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər». (əl-Əraf 191,192). Ən pis bənzətməkdə gücsüz və kasıbı, zənginə və hər şeyə qadirə bənzətməkdir. İbrahim – əleyhissəlam – dua edərək: «Məni və övladlarımı bütlərə tapınmaqdan uzaq elə!». (İbrahim 35). Əgər möminlərin imamı və Allahın sevimlisi şirkə düşməkdən qorxurdusa deməli bütün müsəlmanlar Onun qarşısında qorxu hissi keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər. Muaz b. Cəbəl - radıyallahu anhu – rəvayət edir ki, bir dəfə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə yol gedərkən ulağa minib məni də tərkinə almışdır. O, mənə dedi: «Ey Muaz, bilirsənmi Allahın öz bəndələri və bəndələrin Allah üzərində haqqı nədir?». Muaz: «Onu Allah və Rəsulu daha yaxşı bilir» dedim. Peyğəmbər: «Allahın bəndələr üzərində haqqı odur ki, onlar Ona itaət etsinlər və Ona heç bir şeyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində haqqı odur ki, Ona heç bir şeyi şərik qoşmayana əzab verməsin» deyə buyurdu. Muaz: «Ya Rəsulullah! Bu şad xəbəri insanlara çatdırımmı?» dedim. Peyğəmbər: «Xeyr, onlar bu müjdəyə arxayın olub yaxşı işlərdən uzaqlaşarlar»415. Ənəs - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Allah – subhənəhu və təalə - buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua edib Məndən bağışlanma diləsən, Mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən Məndən bağışlanma diləsən, Mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən Mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və Mənə heç bir şeyi şərik qoşmasan Mən də sənə yerüzu qədər bağışlanma verərəm»416. İbn Məsud - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahla yanaşı başqa birisinə dua edərək ölərsə Cəhənnəmə düşər»417. Cabir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahın hüzuruna Ona heç bir şeyi şərik qoşmadan gedərsə Cənnətə düşər (Başqa rəvayətdə: Allaha şərik qoşmadan ölən), kim də Ona hər hansı bir şeyi şərik qoşaraq Onun hüzuruna gedərsə Cəhənnəmə düşər»418.

əs-Sədi – rahmətullahi aleyhi - böyük şirkin tərifini belə vermişdir: «İnsanın hər hansı bir ibadət növünü və ya ibadət sayıla biləcək hər hansı bir şeyi Allahdan başqa bir varlıq üçün etməsidir. Allah və Rəsulunun əmr etdiyi bütün etiqad, söz və əməllərin Allah üçün edilməsi Tövhid, iman və ixlas olaraq adlandırılarkən, bunların Allahdan başqa bir varlıq üçün edilməsinə şirk və küfr deyilir419. Allaha şirk qoşmaq həm əməllərdə, həm də sözlərdə, həm də niyyətlərdə olur. Buna həmçinin əməllərdə, sözlərdə, niyyətlərdə, iradə də şirk də deyilir. Əməllərdə şirkə misal olaraq: Allahdan qeyrisinə səcdə etmək, Allahın evindən başqa evi təvaf etmək, Allahdan qeyrisinə qurban kəsmək və s. Sözlərdə şirkə misal olaraq: Allahdan qeyrisinə dua etmək və s. Niyyətlərdə şirkə gəlincə isə: Allahdan qeyrisindən Allahdan qorduğun kimi qorxmaq, Allahdan qeyrisini Allahı sevdiyin kimi sevmək və s.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin