SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


«Allaha üz tutub Ona şərik qoşmayın. Allaha şərik qoşan göydən yerə düşüb quşların diddiyi, küləklərin sovuraraq apardığı və uzaqlara atdığı kimidir»



Yüklə 3,12 Mb.
səhifə109/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   105   106   107   108   109   110   111   112   ...   330
«Allaha üz tutub Ona şərik qoşmayın. Allaha şərik qoşan göydən yerə düşüb quşların diddiyi, küləklərin sovuraraq apardığı və uzaqlara atdığı kimidir». (əl-Həcc 31). Şirk ən böyük zülmdür. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki: «İman gətirib, imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır». (əl-Ənam 82)-ci ayəsi nazil olduqda bu ayə səhabələrə çox ağır gəldi və onlar dedilər: «Ya Rəsulullah! Bizlərdən kim özünə zülm etmir». Peyğəmbər: «Bu sizin fikirləşdiyiniz deyildir» buyuraraq bu ayəni oxudu: «Bir zaman Loğman oğluna nəsihət verərək demişdir. Oğlum Allaha şərik qoşma. Həqiqətən də şirk ən böyük zülümdür». (Loğman 13)420. «Bu Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar Allaha şərik qoşsaydılar əməlləri puça çıxardı». (əl-Ənam 88). «Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Allaha şərik qoşsan bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan». (əz-Zumər 65). «Müşriklərdən olmayın». (əl-Ənam 14, Yunus 105, əl-Qəsəs 87). Əbu Bəkrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? deyib bu sözü üç dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – uzanmış halda durub oturdu və: «Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim421. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Allah qatında hansı günahın böyük olması haqda soruşdum? O: «Səni yaratmış olduğu halda Allaha şərik qoşmaqdır» deyə buyurdu. Sonra hansıdır? O: «Sənin yeməyinə şərik olmasın deyə öz uşağını öldürməkdir» deyə buyurdu. Sonra hansıdır? O: «Qonşunun xanımı ilə zina etməkdir» deyə buyurdu və Allah bu ayələri nazil etdi: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməzlər, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68)422. «Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik». (əl-Ənam 152). Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – böyük günahlar haqqında buyurdu: «Allaha şərik qoşmaq, ana-ataya əziyyət vermək, adam öldürmək və yalan danışmaq (yalan şahidlik)»423. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «Allaha şərik qoşmaq, sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, sələm (faiz) almaq, yetim malını yemək, döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq»424.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin