SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə169/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   165   166   167   168   169   170   171   172   ...   330
MALIN NÖQSANINI BİLDİRMƏMƏK

Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir gün buğda satılan (bir köşkün) yanından keçərkən əlini alt hissəsinə salaraq (oranı yoxladı). Barmağına yaş dəydi. Peyğəmbər: «Ey ərzağın sahibi! Bu nədir?» deyə buyurdu. Ya Rəsulallah! Yağış dəymişdir – dedi. Peyğəmbər: «İslanmış hissəsini insanlar görsünlər deyə ərzağın üstünə qoysaydın nə olardı! Bizi aldadan bizdən deyildir (Başqa rəvayətdə: Hər kim başqasının qadınını və köləsini aldatsa bizdən deyildir762deyə buyurdu763. Əbu Hureyrə -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizə silah çəkən bizdən deyildir, bizi aldadan bizdən deyildir (Başqa rəvayətdə: «Gecə vaxtı bizə (ox, nizə və s) atan bizdən deyildir764765. Bu günümüzdə satıcıların çoxu (istər meyvə-tərəvəz satışı ilə məşğul olan, istər mülk, istərsə də maşın və s.) Allahdan qorxmayaraq mallarının qüsurlarını alıcılardan gizlətməyə çalışırlar. Malların istehsal trixini dəyişərək gizlətməyə çalışırlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman müsəlmanın qardaşıdır. Qardaşına qüsurlu bir şeyin qüsurunu ona deməyənə qədər satması halal deyildir»766. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Alıcı və satıcı bir-birilərindən ayrılmadıqları müddətdə alış-verişdən boyun qaçırma haqqına sahibdirlər. Əgər doğrunu söyləyib həqiqəti açıqlayarlarsa alış-verişləri bərəkətli olar. Yox əgər yalan söyləyib həqiqəti gizlədərlərsə alış-verişlərinin bərəkəti qaldırılar»767. İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə alış-verişində daima aldadıldığı haqda söylədi. Peyğəmbər: «(Bundan sonra) kimnlə alış-veriş etsən ona de: (İslamda) aldatma yoxdur» deyə buyurdu768.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin