SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


QEYRİSİNİN ATASI OLDUĞUNU İDDİA ETMƏK VƏ ÖVLADDAN İMTİNA



Yüklə 3,12 Mb.
səhifə167/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   163   164   165   166   167   168   169   170   ...   330
QEYRİSİNİN ATASI OLDUĞUNU İDDİA ETMƏK VƏ ÖVLADDAN İMTİNA

İslam dininə görə müsəlmanın başqasının onun atası olduğunu iddia etməsi və ya özünü aid olmadığı bir nəsildən sayması qadağandır. Bəziləri belə bir əməli hər hansısa bir xeyirə görə, bəziləri də atasının onu körpə yaşlarından atmasına etiraz əlaməti olara edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bilərəkdən başqasının onun atası olduğunu iddia edən kimsəyə Cənnət haram edilmişdir»750. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəsilə ondan olmayan yad birini daxil edən qadının Allah yanında heç bir mükafatı yoxdur. Allah onu Cənnətinə varid etməyəcəkdir. Gözlərini ona dikmiş övladından imtina edən kişini isə Allah (Öz rəhmətindən) uzaqlaşdırar. Onu hamının yanında rüsvay edər»751. Əli - radıyallahu anhu – rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğu yazılmışdır: «Mədinənin Ayr və Sevr dağları ərazisindəki sahəsi haramdır. Hər kim Mədinənin bu haram daxilində Kitab və Sünnətə müxalif olan (günah752) edərsə və ya bir bidətçiyə yardım edərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar. Müsəlmanlar tərəfindəən verilən (qorunmaq) zəmanəti birdir və hər kim bu işdə müsəlmanları badə verərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar. Hər kim özünü atasından başqasına nisbət edərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar»753. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Atalarınızı tərk (inkar) etməyin. Kim bilə-bilə atasını rəd edərsə o, kimsə küfr etmişdir»754. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim atasından başqasını ata olaraq iddia edərsə Allahın lənəti onun üzərinə olsun»755. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kim özünü atasından başqasına nisbət edərsə artıq küfr etmişdir, Kim də özünü nəsəb bağı olmayan bir qövmə aid edərsə (iddia edərsə) cəhənnmədə yeriniə hazırlaşsın»756.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin