SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə217/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   213   214   215   216   217   218   219   220   ...   330
HƏSƏDİN ƏLAMƏTLƏRİ - 1. Səninlə eyni səviyyədə olanın xətalarına sevinmək. 2. Onun tənqid olunmasına sevinmək. 3. Onun haqqında soruşulanda pisləmək. 4. Onun fəzilətindən danışmamaq. 5. Onun hər hansı bir məclisdə iştirak etməsinə sevinmək. 6. Onun elminin az olduğunu istehza ilə lağa qoymaq. 7. Ona sual verildikdə həsəddən, paxıllıqdan sıxılmaq. 8. Onun dediklərinin səhv olduğunu isbat etməyə çalışmaq. Muaviyə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər müsəlmanların gizli işlərini araşdırsan onları ifsad edərsən və ya ifsad edəcək bir hala gətirərsən»1056. Vasilə b. əl-Əska - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin qardaşının başına gələn müsibətə görə sevinməyin. Yoxsa Allah ona rəhmət edib səni bəlaya salar»1057. İbn Məsud - radiyallahu anhu – rəvayət edir ki, bir gün bir nəfəri saqqalından şərab damdığı halda yanıma gətirdilər. İbn Məsud: «Biz qüsur (izləməkdən) araşdırmaqdan nəhy edildik. Əgər nə isə bizə agah olarsa onda sözümüzü deyirik»1058. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Həsədsiz insan olmur. Lakin alicənab və əxlaqlı olan onu gizlədir. Alçaq və əxlaqsız isə onu biruzə verir»1059.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin