SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə245/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   241   242   243   244   245   246   247   248   ...   330
ÇƏKİDƏ ALDATMAQ

«Vay halına çəkidə və ölçüdə aldadanlara. O, kəslər ki, özləri xalqdan bir şey aldıqda onu tam ölçüb alar. Xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əksildərlər. Məgər onlar (qorxmurlar) diriləcəklərini düşünmürlər. Özü də dəhşətli bir gündə». (əl-Mutaffifin 1-6). «Ey qövm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin». (Hud 85).
YAXŞILIĞI ƏMR EDİB ÖZÜ ETMYƏN, QADAĞALARDAN ÇƏKİNDİRİB LAKİN ÖZÜ EDƏN

Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Bir nəfəri gətirib oda atacaqlar. Cəhənnəmdə bağırsaqları qarnından bayıra çıxacaqdır və orada eşşək dəyirmanın ətrafında fırlandığı kimi fırlanacaqdır. Cəhənnəm əhli onun ətrafında toplaşıb soruşacaqlar: «Ey filankəs, sənə nə olub? Məgər sən bizi günahlardan çəkinməyə və xeyirli işlər görməyə çağıran deyildin?». O: «Bəli, mən xeyirxaxlığa çağırırdım, lakin özüm buna əməl etmirdim, günahlardan çəkindirirdim, lakin özüm pis işlər edirdim»1224. Sufyan əs-Souri – rahmətullahi aleyhi - deyir ki: «Yaxşılığı əmr edib, pislikdən çəkindirməyi yalnız üç sifətə məxsus olan edə bilər. Əmr etdiyi şeydə yumşaq olan və nəhy etdiyi şeydə yumşaq olan. Əmr etdiyi şeydə adil olan və nəhy etdiyi şeydə adil olan, əmr etdiyi şeydə bilikli olan və nəhy etdiyi şeydə bilikli olan». İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Bu üç sifət mütləq lazımdır. Elm, Rifq və səbr. Elm əmr edib qadağandan çəkindirməkdən öncədir. Rifq bunlarla bərabərdir. Səbr isə bunlardan sonradır»1225. Şair deyir ki: «Ey başqasını öyrədən adam, nə üçün özünü öyrədmirsən? Xəstəyə əlac tövsiyə edirsən, necə yaxşı olsun ki, sən özün xəstəsən. Öncə nəfsindən başla və onu azğınlıqdan qoru, Nəfsin yaxşı olarsa bil ki, hikmət sahibisən»1226.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin