SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə248/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   244   245   246   247   248   249   250   251   ...   330
HEYVANLARA ƏZİYYƏT VERMƏK

İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Bir qadın evdə həps etdiyi pişiyə görə Cəhənnəmə düşdü. Pişiyi evdə həps edərək nə yemək vermiş, nə də onun özü üçün ov etməsinə izn vermişdir (Başqa rəvayətdə: Fahişə bir qadın isti bir gündə quyunun ətrafında fırlanan və susuzluqdan dilini çıxarmış bir köpək gördü. Qadın ayaqqabısını çıxarıb (quyudan su götürərək) köpəkə verdi. Bu səbəblə qadın bağışlandı»1234. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kişi yolla gedərkən susadı. O, bir quyu tapıb içinə girdi. Doyunca su içib bayıra çıxdıqda bir itin ləhlədiyini, susuzluqdan yaş torpaq yaladığını görüb öz-özünə: «Mən susadığım kimi bu it də susamışdır – deyib quyuya düşüb ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı ilə tutub (quyunun divarlarından yapışaraq yuxarı qalxıb) itə su verdi». Allah ona (bu əməlinə görə) təşəkkür etdi və onu bağışladı. Səhabələr: «Ey Allahın Rəsulu! Heyvanlara görə də bizə savab var?» deyə soruşdular. Peyğəmbər: «Hər bir canlıya edilən yaxşılıqda savab vardır» deyə buyurdu1235. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdır. Elə buna görə də Cəhənnəmə girdi. Ona belə deyildi: «Sən o, pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verirdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin»1236. Əbu Umamə - radıyallahu anhuə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qurbanlıq heyvanına rəhm etsə Allah da ona Qiyamət günü rəhm edər»1237. Abdullah - radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir yerə qonaq gəlmişdi. Bir nəfər sərçənin yumurtasını götürmüşdü. Sərçə gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – in başı üzərində qanad çalmağa başladı. Peyğəmbər: «Hansınız bu quşun yumurtasını götürməklə ona əziyyət vermisiniz?» deyə buyurdu. Bir nəfər: «Ey Allahın Rəsulu! Onun yumurtasını mən götürmüşəm» dedi. Peyğəmbər: «Quşa rəhm etmək üçün (yumurtanı) yerinə qoy» deyə buyurdu1238. Əbu Yəla Şəddəd b. Əus - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah hər şeydə ehsnı yazmışdır. Bu baxımdan da öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəstiyiniz zaman gözəl bir şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın»1239. İbn Ömər - radiyallahu anhu – bir gün canlı bir quşu hədəf edərək ox atan Qureyşli cavanlarla rastlaşdı. Hədəfə çatmayan hər ox qarşılığında quşun sahibinə bir ox verirdilər. Cavanlar İbn Ömər - radiyallahu anhu – nu gördükdə dağıldılar. İbn Ömər: «Kim bunu edib? Allah bunu edənə lənət etsin. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – canlı bir heyvanı hədəf edəni lənət etmişdir»1240. Ənəs - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heyvanları hədəf edib öldürmək üçün saxlamağı qadağan etmişdir»1241. İbn Məsud - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – səfərlərin birində idik. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ehtiyacı üzündən bizdən ayrıldı. İki balası olan bir quş gördük. Quşun balalarını götürdük. Anası başımızın üzərində dolaşmağa başladı. Geri qayıdan Peyğəmbər –sallallahu aleyhi və səlləm –: «Balalarını götürərək bu heyvana əziyyət verən kimdir? Balalrını ona qaytarın» deyə buyurdu. (Yenə bir səfərdə) Peyğəmbər – sallallahu aleyhi və səlləm – yandırdığımız qarışqa yuvasını gördü. Peyğəmbər: «Bu yuvanı kim yandırmışdır» deyə buyurdu. Biz yandırdıq – dedik. Peyğəmbər: «Heç kimsənin atəşlə əzab verməsi düzgün deyildir. Atəşlə yalnız atəşin Rəbbi olan Allah əzab edir» deyə buyurdu1242.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin