SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə61/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   57   58   59   60   61   62   63   64   ...   330
ƏMƏLDƏ OLAN KÜFR - Bədən ilə olan əməllərin qisminə isə əməli küfr daxildir. Əməli küfr 2 qismə ayrılır. 1) Dindən çıxardan, böyük küfr. 2) Dindən çıxardmayan, kiçik küfr. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Burada başqa bir qayda da vardır ki, o da küfrün iki qismə ayrılmasıdır. Bunlar əməli küfr və inkar küfrdür. İnkar küfrü Peyğəmbər - səllallahu aleyhi və səlləm – in Allahdan gətirdiyi bilinən şeyləri bilə-bilə və inadkarlıq edərək inkar etməkdir. Rəbbin isimlərini, sifətlərini və hökümlərini inkar etmək kimi. Bu küfr hər tərəfdən imanın ziddidir. Əməli küfrə gəlincə bu da imanın ziddi olan və imanın ziddi olmayan deyə iki qismə ayrılır. Bütə səcdə etmək, Quranı murdar yerə atmaq, Peyğəmbəri öldürmək və ona söymək imanın ziddi olan əməli küfrdür. Allahın Nazil Etdiyi Şeylərdən Başqası İlə Hökm Etmək Namazı Tərk Etmək isə kəsinliklə Əməli Küfrdür. Allah və onun Peyğəmbəri bu ismi ona verdikdən sonra o, kimsəyə kafir demək mümkün deyildir. Allahın nazil etdiyi şeydən başqası ilə hökm edən kafirdir, namazı tərk edən də Peyğəmbər - səllallahu aleyhi və səlləm – in buyurduğu kimi kafirdir, lakin o, etiqadi küfr deyildir, əməli bir küfrdür. Həm Allahın nazil etdiyi şeydən başqası ilə hökm edəni kafir deyə isimləndirməsi, həmçinin namazı tərk edəni Peyğəmbər - səllallahu aleyhi və səlləm – in kafir deyə isimləndirməsi həm də bu ikisi haqqında küfr isminin işlədilməməsi mümkün deyildir. Peyğəmbər - səllallahu aleyhi və səlləmin zina edəndən, oğurliq edəndən qonşusunun şərrindən əmin olmayan kimsədən də imanı nəfy etməsi – onları iman ilə adlandırmamışdır. Bunlardan iman ismini qaldırdığı zaman əməl tərəfdən kafirdilər. İnkari, etiqadi küfr bunlar üçün işlədilməz. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin boynunu vuran kafirlərin halına bənzəmə-yin»247 bu da əməli küfrdür. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla (qadını ilə) əlaqdə olarsa və yaxud da qadınla arxadan (qadını ilə) yaxınlıq dərsə Muhəmmədə nazil olana (uzaq düşər) küfr etmiş olar»248. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar»249«. Bizim bu söylədiklərimizi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu hədisi təsdiq etməkdədir: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»250 İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlmanı söyməklə onunla vuruşmağı bir-birindən ayırdı və birini təkfir edilməyən fasiqlik/günah, digərini isə küfr olaraq isimləndirdi. Məlumdur ki, bu etiqadi küfr deyil, sadəcə əməli küfrü qəsd etmişdir. Küfrün bu növü onu İslam dairəsindən (millətindən) və dindən tamamən çıxarmaz. Necə ki, zina edən, oğurluq edən və içki içən də hər nə qədər iman ismi ondan yox olsa da belə dindən çıxmaz.

Bu ümmət içərisində Allahın kitabını, İslamı, küfrü və bunların hamısını ən gözəl bilən səhabələrin görüşüdür. Bu məsələlər yalnız onlardan öyrənilir. Sonra gələnlər onların məqsədlərini başa düşmədilər və insanları iki grupa ayırdılar. Böyük günah etmələri səbəbi ilə dindən çıxardıqları və Cəhənnəmdə əbədi qalmalarına hökm etdikləri bir grup və kamil iman sahibi möminlər deyə adlandırdıqları digər qrup. Qrupun birinə qarşı haqsızlıq etdilər, digəri haqqında da şişirtdilər. Allah Əhli Sünnəti doğru bir yola və doğru bir görüşə yetişməkdə hidayətini lütf etdi. Məzhəblər içində Əhli Sünnət, dinlər içində İslam kimidir». Həmin küfür insanı islam dairəsindən qırağa çıxardmır. İslam dairəsindən qırağa çıxardsaydı onda gör səhabələr neçə döyüşlərdə bir-birlərini qırdılar. Sıffeyn, Cəməl döyüşü və başqa döyüşlərdə səhabələr bir-birləri ilə döyşdülər. Şəkk yoxdur ki, bu döyüşlərdə ölənlər də olurdu. Döyüşlərin birində Təlha və Zubeyr – Allah onlardan razı olsun – şəhid edilmişlər. «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun». (əl-Hucurat 9).



Əgər əməli küfr insanı dindən çıxardmırsa bəs nə üçün Allahı, Peyğəmbəri söymək, Quranı zibilliyə və yaxud murdar yerlərə atmaq və bütə səcdə etmək əməli küfr olsa da Dindən çıxardır? Əməli küfr dindən çıxardmır, yalnız etiqadi küfr olmalıdır. Cavab: Bu əməllər insanlara görə zahiri əməllərdir. Çünki insan bunu bədən üzvü ilə edir. Lakin bu əməllər insanın qəlbinin etiqadının nəticəsində olur. Yəni zahirən əməl olsada, ancaq qəlbinin etiqadına görə o, əməlləri yerinə yetirir. Daha yaxşı başa düşülməsi üçün böyük küfrü üç yerə bölərək misallar verək:


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin