Sərnişin gəmiləri O, gəmiyə sərnişin gəmisi deyilir ki, onun 12-dən çox sərnişin yeri olub, sərnişinləri və az miqdarda yük aparmaq üçün təxsis edilsin.
Quru yük gəmiləri – nəqliyyat gəmilərinin əsas hissəsidir. Onlar universal və xüsusi gəmilərdir.
Universal quru yük gəmiləri - əsas etibarilə general yükləri (yəni ədədi, yeşiklərdə, kisələrdə, boçkalarda və s.) daşıyırlar, lakin bir çox başqa yükləri də məsələn səpilən (buğda) yükü və konteynerləri də daşıya bilərlər. Bu gəmilərin bir neçə yük ambarları, iki-üç göyərtəsi və yükün vurulub-boşaldılmasını sərbəst surətdə imkan verən quruluş ilə təchiz edilmişdir. Bu gəmilərin yükqaldırması 20 min tondan artıq olmur.
Müəyyən edilmiş quru yük gəmiləri – ayrı-ayrı yükləri bəzi halarda daşımaq üçün təxsis edilirlər. Onlar bir neçə tipə bölünürlər:
Taxta-şalban (lesovoz) daşıyan gəmilər– ambarlarda və qismən möhkəm düzəldilmiş göyərtədə taxta-şalban, ağac daşıyan bir göyərtəli gəmidir.
Balkerlər - kömür, filiz, buğda, və il. ax. daşımaq üçün təxsis edilmiş böyük, birgöyərtəli gəmidir. Yükqaldırması 150 min tona qədər olur.
Refrijerator gəmiləri (şək.3) – tez xarab olan yükləri daşımaq üçün istifadə olunur: ət, balıq, meyvə və s. onların istiliyi keçirməyən ambarları, güclü soyuducu qurğuları olur və böyük sürətlərinə görə fərqlənirlər.
Dəniz bərələri – dənizlərdə dəmiryol qatarlarını, avtomobilləri, sərnişinləri və onların yükünü daşımaq üçün təxsis edilir.
Konteynerovozlar – standart yeşiklərdə - (konteynerlərdə) qabaqcadan yığılıb, bağlanmış yükləri daşımaq üçün təxsis olunmuş yeni tipli gəmidir
Konteynerlərin vurulub-boşaldılması general yüklərə nisbətən 4-7 dəfə az vaxtda həyata keçirilir.
Yükləməni-boşaltmanı üfüqü istiqamətdə ilə edən gəmilərlə (ro-ro və başqa tipli gəmilər) – onlar konteynerlər, paketlər və başqa bağlamalarda yük daşımaq üçün təxsis edilmiş yeni tipli gəmilərdir. Bu cür gəmilərin yükləmə-boşaltma işləri kormadan və ya bort qapılarından , avtoyükvuranların köməyi ilə həyata keçirilir və yük işlərinin intensivliyini kəskin surətdə artırır.
Hal-hazırda lixterlər adlanan xüsusi gəmilər var, hansı ki, lixterləri – üzən konteynerləri öz bortlarında aparırlar. Bu üsul yüklərin daşınmasını sürətləndirir.