İstək qarşısında lal kimi qalır.
Ay keçir, il keçir ovunmur ürək,
Könüldə yaşayır sevdiyin mələk.
Əzizim, həqiqi məhəbbət, istək,
Dönür dastanlara, ləl kimi qalır.
Sərraf Şiruyə
96
XIV
İLHAMIN YENİ DAŞKƏND KƏND
ORTA MƏKTƏBİNDƏ OXUMASI
İlham oxuyarkən Yeni Daşkənddə,
Söz-söhbət düşərdi bəzən məktəbdə.
Ortaya gələrdi istək-arzular,
Bir-birinə danışardı uşaqlar.
Təhsilini kim harada alacaq,
Kim həkim, mühəndis, müəllim olacaq.
İstəyə, sevgiyə çatar bu söhbət,
Başlanardı tamam özgə hekayət.
Bir-bir sananardı qızların adı,
Burda seçməzdilər qohumu, yadı.
Artıq məlum idi, Sərdar, Əmrəli,
“Namazdı”dan tutmuş onların əli.
Bir atmaca atdı İlham Əlyara:
– Deyən kürəkənsən sən sənətkara.
1
Bir himə bənd imiş elə bil Əlyar,
Dedi: İlham çox çəkirsən qəm-qübar.
1
Zurna ifaçısı Zamaxan Qəhrəmanov nəzərdə tutlur.
|