Sərraf Şiruyə
96
XIV
İLHAMIN YENİ DAŞKƏND KƏND
ORTA MƏKTƏBİNDƏ OXUMASI
İlham oxuyarkən Yeni Daşkənddə,
Söz-söhbət düşərdi bəzən məktəbdə.
Ortaya
gələrdi istək-arzular,
Bir-birinə danışardı uşaqlar.
Təhsilini kim harada alacaq,
Kim həkim, mühəndis, müəllim olacaq.
İstəyə, sevgiyə
çatar bu söhbət,
Başlanardı tamam özgə hekayət.
Bir-bir sananardı qızların adı,
Burda
seçməzdilər qohumu, yadı.
Artıq məlum idi, Sərdar, Əmrəli,
“Namazdı”dan tutmuş onların əli.
Bir atmaca atdı İlham Əlyara:
– Deyən kürəkənsən sən sənətkara.
1
Bir
himə bənd imiş elə bil Əlyar,
Dedi: İlham çox çəkirsən qəm-qübar.
1
Zurna ifaçısı Zamaxan Qəhrəmanov nəzərdə tutlur.