Qaydalar və tələblər



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
tarix02.04.2023
ölçüsü0,53 Mb.
#92557
telimat muhafize qeydiyyat v2023



Buraxılış rejimini həyata keçirən əməkdaşa dair tələblər
.

Buraxılış rejimini həyata keçirən şəxs:
• Ali və ya orta ixtisas təhsilli olmalı;
• Yaş həddi: 21-40 yaş arası olan qadın əməkdaşlar (cari buraxılış rejimini
aparan əməkdaş bazasında olanlar üçün 21-45 yaş) ;
• Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir
təşkilatda hal-hazırda işləməli (və ya iş yerinin olub-olmamasından asılı
olmayaraq pedaqoji profilli ixtisaslar
üzrə bakalavr ixtisas dərəcəsi olmalı)
• Fiziki cəhətdən sağlam, hərəkət qabiliyyətli olmalı (Çevik olmalı);
• Əqli və psixoloji cəhətdən sağlam, dürüst, təmkinli, nəzakətli olmalı;
• Fors-major hallarında, fövqəladə vəziyyətlərdə, həmçinin stress altında
özünü
idarəetməni itirməməli;
• Məhkumluğu olmamalı;
• Covid-19 vaksin və ya immunitet sertifikatına sahib olmalı;
• İmtahana təyin olunduğu təqdirdə imtahanda iştirak etməlidir;
• Zərurət olduğu təqdirdə tələb olunan məlumatlar (təhsili, iş yeri,
məhkumluğun olmamasına dair, bank rekvizitləri və s.) haqqında rəsmi
arayış təqdim etməlidir;
• Elektron qeydiyyatdan sonra Dövlət İmtahan Mərkəzinə müsahibə üçün
dəvət olunduqda tələb olunmuş vaxtda iştirak etməlidir;
• Qeyd: Məhkumluğun olmaması və təhsil haqqında məlumatlar sistem
vasitəsilə yoxlanılacaqdır.
• Diqqət! Qeyd edilən hər hansı məlumatda uyğunsuzluq olarsa
qeydiyyat
ləğv olunacaqdır.
• Müsahibədən uğurla keçən şəxslər təlimlərə cəlb olunacaqdır.
www.dim.gov.az


BURAXILIŞ REJİMİNİ HƏYATA KEÇİRƏN 
ƏMƏKDAŞIN VƏZİFƏLƏRİ
• Təyin olunmuş vaxtda təlimlərdə iştirak edir;
• Təyin olunduğu binada yaxın qohumu imtahanda iştirak edəcəksə bu baradə əvvəlcədən
DİM-ə məlumat verir;

İmtahan günü təyin olunmuş vaxtda imtahan binasına gəlir
(binada olma
vaxtı imtahandan aslı olaraq səhər saat 7-8 arasında dəyişə bilər);

Buraxılışa məsul şəxsə şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək qeydiyyatdan
keçir;

Özünə məxsus mobil telefon və digər şəxsi əşyaları (telefon, smart saat, elektron əşya,
çanta
və s.) buraxılışa məsul şəxsə təhvil verir;

Buraxılış rejimini həyata keçirən əməkdaşın «təlimatına» əməl edir;

Fiziki olaraq
əl ilə və ya xüsusi qurğu vasitəsilə imtahan iştirakçısının üst-başının,
həmçinin imtahana gətirdiyi vasitələrin yoxlanılmasını aparır, istifadəsi qadağan olunan
vasitələrin imtahan binasına keçirilməsinin qarşısını alır;

Buraxılışa məsul şəxs imtahan prosesinin tam başa çatdığını təsdiq etdikdən sonra
imtahan
binasını tərk edir;

Araşdırma tələb edilən məsələlərin həllində DİM ilə əməkdaşlıq edir.
www.dim.gov.az


Buraxılış rejimini həyata keçirən əməkdaşa qadağandır:
• İmtahana təyin olunduğu təqdirdə əldə etdiyi xidməti məlumatları müxtəlif
üsullarla yaymaq;
• İmtahanla əlaqədar təlimlərdə iştirak etməmək;
• Təyin olunduğu binada yaxın qohumu imtahan verərsə bu barədə
informasiyanı DİM-dən gizlətmək;
• Təyin olunduğu imtahan binasına tələb olunan vaxtda gəlməmək;
• Təlimatla istifadəsinə icazə verilməyən vasitələri özü ilə imtahan binasına
gətirmək;
• Təlimatla icazə verilməyən vasitələrin binaya keçirilməsinə icazə vermək;
• Giriş qapısından uzaqlaşmaq;
• İmtahan mərtəbəsinə qalxmaq;
• Kənar şəxsləri binaya buraxmaq;
• Buraxılış rejimi başa çatdıqdan sonra buraxılışa məsul şəxsin icazəsi
olmadan
gələn şagirdləri (abituriyentlər, namizədlər və s.) imtahana
buraxmaq;
• "İmtahan başlandı" elan edildikdən sonra təlimatla müəyyən edilmiş müddət
ərzində kimə isə binanı tərk etməyə icazə vermək;
• İmtahan binasını tərk edən şagirdlərin (abituriyentlər, namizədlər və s.)
cavab
vərəqlərini (cavab kartı) və sual kitabçalarını özləri ilə aparmalarına
yol
vermək.
www.dim.gov.az



Təlimlərdən uğurla keçərək imtahan prosesinə cəlb olunan buraxılış rejimini həyata 
keçirən şəxslə işlərin görülməsi haqqında müqavilə imzalanacaqdır.
Müqavilənin predmeti
• Müqaviləyə əsasən Buraxılış rejimini həyata keçirən şəxs (icraçı) 
təlimatına uyğun olaraq (təlimat icraçıya təqdim edilir) Dövlət İmtahan Mərkəzi
tərəfindən keçiriləcək imtahanlarda təyin olunduğu imtahan 
binasında müvafiq işləri görür.

Sifarişçinin öhdəlikləri:
• Görülən işlərə görə İcraçıya 49 (qırx doqquz) manat 20 qəpik xidmət haqqı ödənilir;
• İcraçı ezamiyyətə göndərildikdə ezamiyyə xərclərini “Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq ödənilir;
• Sifarişçi Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş 
qaydada 
gəlir vergisi, DSMF, İcbari Tibbi Sığorta və digər ödəmələrin hesablanaraq 
İcraçıya ödəniləcək vəsaitdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edir. 
www.dim.gov.az

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin