Musiqili teatr –
opera tarixən peşəkar
bəstə kar yaradıcılığının ilk janrı kimi möv cud
olduğu dövrlərdən bəri ən qabaqcıl ideyaların
carçısı olmuşdur. Dünya musiqi tarixinə aid
tədqiqatlardan məlumdur ki, 1594‐cü ildə Flo‐
rensiyada yaranan opera çox tezliklə başqa
ölkələrin də teatr səhnələrini fəth etmişdir.
Belə ki, Florensiyada Bardi‐Korsi Kamerata ‐
sının üzvləri olan incəsənət adamları – şairlər,
musiqi ifaçıları, müğən nilər, həmçinin sadə
musiqisevərlər qədim yunan faciəsini yenidən
canlandırmaq üçün yığışırdılar. Onların ilk
təcrübəsi olan «Dafna» operası qorunub
saxlanılmamışdır, lakin 1600‐cü ildə yaradılan
ikinci opera – «Evridika» məşhurlaşmışdır.
Florensiyadan sonra opera İtaliyanın Roma,
Venesiya, Neapol, Mantuya və digər şəhərlə ‐
rində də meydana gəldi. Sonralar opera
müxtəlif ölkələrdə – Fransa, İngiltərə, Alma ‐
niya və s. əvvəl italyan nümunələri əsasında,
daha sonra isə özlərinə xas olan milli
xüsusiyyətlərlə inkişaf etməyə başladı.
İtaliyanın opera incəsənəti çox tezliklə
özünün vokal xüsusiyyətləri ilə, məşhur
müğən nilərinin ustalıqları ilə bütün dünyanı
fəth etdi.
XVII əsrin ikinci yarısında, sonra isə XIX
əsrdə Avropa mədəniyyətinin bütün mühüm
mərkəzləri operanı – bədii sənətlərin bir çox
növlərini özündə sintezləşdirən bir incəsənət
janrını mənimsəməyə başladı. Bir çox ölkə ‐
lərdə, hər bir xalqa məxsus opera incə sənəti
inkişaf etməyə başlayaraq xarakterik cizgilər
əldə etdi.
XIX yüzilliyin əvvəllərinə qədər İtaliya
opera sənəti dünya opera mədəniyyətində
hegemon mövqe tuturdu. XIX əsrin əvvəllə ‐
rindən isə fransız opera yaradıcılığı, eləcə də
həmin dövrdə Rusiyada da meydana çıxan
Dostları ilə paylaş: