opera janrı artıq italyan operası
ilə rəqabət
aparırdı.
Quno, Meyerber, Bize kimi fransız bəstə ‐
kar larının, daha sonralar isə Qlinka, Çaykovski,
Musorqski, Rimski‐Korsakov, Borodin kimi
rus bəstəkarlarının adları bütün dünyada Ros ‐
sini, Verdi kimi məşhur italyan opera bəstə ‐
karlarının adları ilə yanaşı çəkilirdi.
Operanın əsrlər boyu inkişafı ərzində müx ‐
təlif üslublar, cərəyanlar, opera formaları mey‐
dana gəlib, mövcud olduğu yüz illər boyu
opera öz ətrafına nə qədər tamaşaçı toplayıb.
Bu yüzilliklər ərzində operanın palitrası müx ‐
təlif rəngarəng, çalarlarla zənginləşib: hər biri
öz keyfiyyətləri, üslub janrları, üslub xüsusiy ‐
yətləri ilə fərqlənən italyan teatrları; öz opera
janrını yaradan fransız yarmarka teatrı; Alma ‐
niyada, Veberin bütöv bir mərhələyə və Vaq ‐
nerin reformator operalarına təkan verən ciddi
«Freyşüts» zinqşpili...
Həyatın siyasi və sosial quruluşundan asılı
olaraq hər bir tarixi mərhələ incəsənət sahə ‐
sinə öz dövrünün opera sənətində əks olunan
müəyyən dəyişikliklər gətirirdi. Təsadüfi deyil
ki, operanı demokratik janr hesab edir və bu
janrı geniş kütləyə yönəldiyi və eyni zamanda
ictimai həyatın barometri olduğu üçün «qa ‐
baq cıl ideyalar carçısı» adlandırırdılar.
Bir çox ölkələrdə öz dövrünün qabaqcıl
ideyalarını opera janrında təsdiq etmək, ope ‐
ranın məzmunu, demokratikliyi və onun xalq
yaradıcılığı ilə əlaqələrini dərinləşdirmək
uğrunda onilliklərlə mübarizə aparılırdı.
Opera janrının görkəmli ustadları müxtəlif
dövrlərdə bu janra onun məzmununu dərin ‐
ləşdirən, musiqi dilini zənginləşdirən dəyişik ‐
liklər gətirirdilər.
Opera sənətinin inkişaf tarixi operanı geniş
kütlələrə yönəldərək bu janrı ideya və məz ‐
munla zənginləşdirmək, musiqi ifadə sində
bütövlüyə nail olmaq və ədəbi‐bədii sahədə ən
yaxşı əsərlərdən geridə qalmamaq məqsədilə
həyata keçirilən bir sıra mühüm reformaların
şahididir. Bu baxımdan K.V.Qlyuk, V.A.Mot‐
sart, R.Vaqner, A.Dar qomıjski, M.Musorqski
və başqalarının reformalarını yada salmaq
kifayətdir.
Mövcud olduğu yüzilliklər boyu Avro
‐
panın «seria» və «buff» kimi italyan operaları,
R.Leonkavallo, C.Puççini P.Maskanyinin verist
operaları, fransız «komik» operaları, alman
zinqşpili, sonralar isə lirik‐psixoloji rus ope ‐
raları, musiqili dramları, reçitativli opera larla
tanış oldu.
XX əsrdə opera bir çox dəyişikliklərə məruz
qaldı; bu bütün dünyada və xüsusilə də
Dostları ilə paylaş: