Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Aqrarçıların idaraçiliyi. 1919-1923-cü illar



Yüklə 1,22 Mb.
səhifə113/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   109   110   111   112   113   114   115   116   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Aqrarçıların idaraçiliyi. 1919-1923-cü illar. 1919-cu il oktyabrın 6-da təşkil edilən A.Stambolski hökuməti Neyi sülh müqaviləsinə əsasən Birinci Dünya müharibəsindən çox böyük əhali, ərazi və maddi itkilərlə çıxan Bolqarıstanı böhrandan çıxarmaq, sosial gərginliyi aradan qaldırmaq məqsədilə yollar axtarmağa başladı. B6Xİ-nin XV qurultayında A.Stam- bolski koalision hökumətinin nəzərdə tutduğu siyasətin ümumi istiqamətləri işlənib hazır- landı. 6halinin tələblərinə cavab verən müharibə vaxtı qazanılan gəlir üzərində vergi qoyul- masına dair, sənətkarlara yardım haqqında, müharibə vaxtı müsadirə edilən mal-qaranın
əvəzini almamış kəndlilərə yardım edilməsi və s. qanunlar qəbul olundu.
Hökumətin tədbirlərinə baxmayaraq, 1919-cu il mayın 27-29-da Sıx sosialistlərin- tesnyakların qurultayı partiyanın Kommunist partiyası adlandırılması haqqında qərar qəbul etdi və 1919-cu il dekbarın 24-də BKP və Sosial-Demokrat partiyalarının çağırışı ilə ölkədə kütləvi etiraz aksiyaları başladı. Aksiya zamanı nümayişçilərlə hökumət qüvvələri arasında toqquşma baş verdi. A.Stambolski hökumətinin fəaliyyəti haqqında məsələ Xalq Məclisinin 1919-cu il dekabrın 27-29-da keçirilən iclasının müzakirəsinə çıxarıldı. Hökumət özünün atdığı addımlara bəraət qazandırmaq üçün belə bir bəyanət verdi ki, kommunistlər və sosial- demokratlar heç də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq deyil, hakimiyyətə gəlmək uğrunda mübarizə aparırlar. Parlamentdə deputatların əksər hissəsi hökuməti müdafiə etdi.
Bununla yanaşı, 1919-cu il dekabrın 29-da ölkədə ümumi siyasi tətil başlandı. Tətil yanvarın 3-də başa çatsa da nəqliyyat işçiləri, şaxtaçılar və liman fəhlələri tətili fevralın 19-na qədər davam etdirdilər. Hökumət ölkədə fövqəladə vəziyyət tətbiq etdi. Bununla yanaşı, A.Stambolskinin koalision hökuməti ölkədə sosial gərginliyi azaltmaq üçün bəzi güzəştlərə getməyə məcbur oldu. İlk növbədə, 1920-ci ilin yanvarında “Mənzil böhranının yüngülləş- dirilməsi haqqında” qanunu parlamentdən keçirə bildi.
1920-ci ilin yanvarında yerli orqanlara – bələdiyyələrə seçkilər keçirildi. Nəqliyyat işçi- lərinin tətilləri davam etdirməsi ilə əlaqədar ölkədə yaranmış gərgin vəziyyətə baxmayaraq, 6kinçi İttifaqı burjua partiyalarını xeyli geridə qoyaraq, özündən sonra gələn BKP-yə nis- bətən demək olar ki, seçicilərin iki dəfədən çoxunun səsini qazandı. Yerli orqanlara seçkilərin nəticələri aydın olandan sonra A.Stambolski parlamentin buraxılması məsələsini qaldırdı. Bunu A.Stambolski Bolqarıstanın Birinci Dünya müharibəsində məğlubiyyətinin nəticələrini aradan qaldırmağa, Neyi sülh müqaviləsinin şərtlərini yerinə yetirməyə, ölkəni böhrandan çıxarmağa və “dərin sosial dəyişikliklər” həyata keçirməyə qabil olan güclü hökumətin təşkil edilməsi zəruriliyi ilə əsaslandırırdı.
1920-ci il martın 28-də Xalq Məclisinə seçkilər keçirildi. B6Xİ parlamentdə 229 yer- dən 110 yer aldı. Digər partiyalar birlikdə 119 səs topladılar, o cümlədən BKP (sıx sosia- listlər) 50, Demokrat partiyası 24, Xalq partiyası 14 və s. aldı. Yerlərin bu cür bölüşdürülməsi B6Xİ-na təkpartiyalı hökumət təşkil etməsinə çatmadı. Bir neçə seçki dairəsindən seçilmiş deputatların mandatlarını etibarsız hesab etməklə B6Xİ lazım olan səsləri toplamağı bacardı.
A.Stambolskinin sədriliyi ilə 1920-ci il mayın 21-də təkpartiyalı hökumət yaradıldı. Yenə həmin ilin mayında Xalq Məclisi ümumi əmək mükəlləfiyyəti haqqında qanun qəbul etdi. Hökumət bununla dağılmış xalq təsərrüfatını bərpa etmək istəyirdi. Hökumət həmçinin mütərəqqi gəlir vergisinin tətbiq edilməsini elan etdi ki, bunun da böyük əhəmiyyəti var idi. Bu qanunun əsasını torpaq əmək mülkiyyəti prinsipi təşkil edirdi ki, bu da torpağın şəxsi
əməyi ilə becərə bilənlər arasında bölüşdürülməsini nəzərdə tuturdu. Bir il hakimiyyətdə ol- duğu müddətdə hökumət Xalq Məclisində 100-dən çox qanun layihəsi keçirdi. Monarx Kon- stitusiyaya əsasən ona verilən qanunvericilik səlahiyyətindən məhrum edildi. B6Xİ tərəfindən işlənilmiş qanunlar əsasən dövlət idarəçiliyi sistemini toxunulmaz saxlayırdı. A.Stambolski hökuməti mərkəzdənqaçma ideyasından imtina edirdi. İcraedici hakimiyyətin səmərəsiz fəaliyyəti A.Stambolski hökumətinin nəzərdə tutuduğu islahatların həyata keçirilməsini çətinləşdirən başlıca şərt idi.
Vəziyyəti mürəkkəbləşdirən həm də Neyi müqaviləsinə uyğun olaraq yaradılmış itti- faqlararası komissiyanın kabinetin fəaliyyətinə müdaxilə etməsi idi. Komissiyanın təzyiqi ilə çoxlu qanunlar ləğv edilmiş, ya da dəyişdirilmişdir. Məsələn, hökumət konsorsium haqqında qanundan birdəfəlik imtina etmiş, ümumi əmək mükəlləfiyyəti haqqında qanuna xeyli dəyi- şikliklər etmiş, 1921-1922-ci il üçün təsdiq edilmiş büdcəyə yenidən baxmışdı və s.
Stamboliyski hökumətinin xarici siyasət cəhdləri Neyi müqaviləsi şərtlərinin yüngül- ləşdirilməsinə, təzminatın miqdarının azaldılmasına yönəldilmişdi. Lakin bu addım Antan- tanın müqaviməti nəticəsində heç bir nəticə vermədi. Hökumət qonşu dövlətlərlə də müna- sibətləri normal hala salmağa çalışırdı. 1922-ci ildə Bolqarıstanla Sovet Rusiyası arasında bir qədər yaxınlaşma əmələ gəldi, lakin Antantanın narazı olacağından ehtiyat edən A.Stambolski hökuməti Sover Rusiyası ilə diplomatik münasibətlər yaratmağa tələsmirdi.
B6Xİ və BKP ilə əks mövqedə duran burjua partiyalarının Bolqarıstanın siyasi həyatına təsirnin kəskin şəkildə aşağı düşməsi, leqal formada hakimiyyətə gələ bilməməsi ilə əlaqədar onlar öz qüvvələrini birləşdirməyə başladılar. 1920-ci ilin may-dekabr aylarında Xalq-Liberal, Mlado-Liberal və Liberal (V.Radoslavov) partiyaları Milli-Liberal partiyasını, Xalq və Tərəq- qi-Liberal partiyaları Birləşmiş Xalq-Tərəqqi partiyasını yaratdılar. Uzun sürən danışıqlardan sonra 1922-ci ilin iyulunda bu partiyalar Birləşmiş Konstitusiya Blokunun yaradılması haqqında protokol imzaladılar. Məqsəd B6Xİ tərəfindən “dəyişikliklər” edilmiş Bolqarıstan Konstitusiyasını yenidən bərpa etmək idi.
Konstitusiya bloku 1922-ci ilin avqustunda B6Xİ rejiminə qarşı bir sıra irimiqyaslı
etiraz aksiyaları həyata keçirməyi nəzərdə tuturdu. Blok 1922-ci il sentyabrın 17-də Tırno- voda öz tərəfdarlarının toplantısını keçirməyi qərara aldı. Konstitusiya blokunun bu işini pozmaq məqsədi ilə B6Xİ həmin gün Tırnovoda çuğundurbecərən kəndlilərin qurultayını çağırdı. Rejimin tərəfdarları ilə əleyhdarları arasında baş vermiş toqquşma faktından istifadə edən hakimiyyət orqanları Konstitusiya blokunun rəhbərlərini həbs etdilər.
Hökumətin təşəbbüsü ilə 1922-ci ilin noyabrında İ.Qeşov, S.Danev və A.Malinov hö- kumətlərinin Bolqarıstanın İkinci Balkan və Birinci Dünya müharibələrində, iki “milli fəla- kətdə” günahları olub-olmaması məsələsi haqqında referendum keçirilməsi ölkədə vəziyyəti yenidən kəskinləşdirdi. Məsələ Konstitusiya blokuna daxil olan partiya nümayəndələrindən formalaşdırılmış keçmiş hökumətlərdən gedirdi. Referendumun nəticələrinə görə səsvermədə iştirak edənlərin böyük hissəsi günahkarların cəzalandırılmasına səs verdi ki, bu Konstitusiya blokunun məğlubiyyəti demək idi. Bu uğursuzluqdan sonra daha iki qüvvə – Hərbi İttidaq və Xalq Sazişi B6Xİ hökuməti ilə ön plana çıxdı.
Hərbi İttifaq Bolqarıstanı İkinci Balkan və Birinci Dünya müharibəsində məğlubiy- yətindən, həmçinin Neyi müqaviləsi ilə ordunun xeyli azaldılmasından (20 min nəfərə kimi) narazı zabitlər tərəfindən 1918-ci ilin noyabrında yaradılmışdı. 1919-1920-ci illərdə hazır- lanmış proqrama uyğun olaraq Hərbi İttifaq “birləşmiş, vahid, güclü və firavan Bolqarıstan” yaradılmasını qarşısına məqsəd qoymuşdu. B6Xİ-nin yeritdiyi siyasəti ümummilli maraqlara xəyanət kimi qiymətləndirən Hərbi İttifaq 1920-ci ilin sentyabrında qeyri-leqal iş şəraitinə keçərək “aqrarçıların” rejiminə qarşı dövlət çevrilişi də daxil olmaqla qəti tədbirlər həyata keçirmək uğrunda mübarizə aparırdı.
Xalq Sazişi təşkilatı 1921-ci ildə meydana gəlmişdi. Onun tərkibinə siyasi və işgüzar dairələrin nümayəndələri, professorlar, Hərbi İttifaqın, ehtiyatda olan zabitlər İttifaqının nümayəndəliyi daxil idi. Onların əksəriyyəti Böyük bolqar mason lojasının üzvləri idi. “İctimai həmrəylik” ideyasını qəbul edən Xalq Sazişi təşkilatı dövlət hakimiyyətinin “dar silki və sinfi maraqlara” xidmət etməsinə qarşı, hakimiyyətin nüfuzunun möhkəmləndirilməsi, xalqda vətəndaşlıq borcu hisslərinin inkişaf etdirilməsi uğrunda çıxış edirdi. İlk əvvəl, təşkilata “Tütün ixracatçıları və fabrikçilər birliyinin” direktorlarından biri A.Qrekov başçılıq edirdi. Sonralar, 1922-ci ilin ortalarından təşkilata rəhbərlik Sofiya Universitetinin professoru A.Sankova keçdi.
Qanuni parlament vasitəsi ilə hakimiyyətə gəlmiş rejimi devirmək məqsədilə B6Xİ-nin
əleyhdarları qeyri-qanuni yola əl atdılar. 1923-cü il iyunun 8-dən 9-na keçən gecə Hərbi İtti- faqın rəhbərlərinin əsas rol oynadığı müxalifət qüvvələri dövlət çevrilişi etdilər. Bolqarıstanın demək olar bütün siyasi təşkilatları çevrilişi alqışladılar. Bolqarıstan Kommunist partiyası burjuaziyanın iki cərəyanı arasında gedən mübarizəyə (kənd və şəhər) qarışmamağı qərara aldı və özünün birtərəfliyini bəyan etdi. Çevrilişə qarşı yalnız B6Xİ tərəfdarları çıxış etdilər. Onlar Pleven, Şumen, Plovdiv və ölkənin digər rayonlarından silahlı mübarizəyə qalxdılar. Slavovitsa kəndində olan A.Stambolski də müqavimət təşkil etməyə çalışsa da ələ keçirilərək amansız işgəncədən sonra 1923-cü il iyunun 14-də öldürüldü, B6Xİ qüvvələri məğlub oldu.
Aleksandr Stoimenov Stambolski 1879-cu il martın 1-də Şərqi Rumeli Slovovitsasında kəndli ailəsində anadan olmuşdur. Almaniyada aqronom ixtisası üzrə təhsil alaraq 1902-ci ildə Bolqarıstan 6kinçi Xalq İttifaqının liderlərindən biri, 1908-ci ildən Xalq Məclisinin, 1911-ci ildən Böyük Xalq Məclisinin deputatı olmuşdur. 1915-ci ildə Almaniya əleyhinə Rusiya və Antanta dövlətlərini müdafiə etdiyi üçün hökumət və çar Ferdinant tərəfindən ömürlük həbs cəzası almışlar. 1918-ci ilin sentyabrında “orduda sakitlik yaratmaq” məqsədilə həbsdən azad edilmişdir. 1918-ci il sentyabrın 22-dən oktyabrın 3-nə kimi davam edən Vladay əsgər üsyanında iştirak etmiş, üsyançı əsgərlərin elan etdiyi Radomir Respublikasının sədri seçilmişdir. Üsyan məğlub olduqdan sonra 1919-cu ildə B6Xİ-nın lideri kimi koa- lizasiyalı hökumət təşkil etmiş, 1920-ci il mayın 21-dən 1923-cü il iyunun 9-na kimi aqrarçı- ların hökumətinə başçılıq etmişdir. 1923-cü il iyunun 9-da hərbi çevriliş nəticəsində onun hökuməti devrilmiş, özü isə iyunun 14-də tutularaq ağır işgəncədən sonra öldürülmüşdür.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin