Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə121/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   117   118   119   120   121   122   123   124   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

BXR-nın iqtisadi inkiúafı. Bolqarıstanda hakimiyyətini möhkəmlədən Kommunist partiyası rəhbərliyi İ.V.Stalin tərəfindən müəyyənləşdirilmiş kursu həyata keçirməyə hazır olan və özlərini onun öyrənciləri sayan şəxslər idi. Onların bəziləri uzun illər SSRİ-də yaşa- mış, Kommunit İnternasionalında işləmiş, SSRİ-də artıq həyata keçirilmiş sosializm quru- culuğu planını öz ölkəsində tətbiq etməyə hazır idi. Bolqarıstanda sosializmin İ.Stalin mode- linin qəbulu iqtisadiyyatın əsaslı surətdə dağılması ilə müşayiət olunurdu. Aqrar və aqrar- sənaye ölkəsi olan Bolqarıstan sürətlə sənayeləşdirmə, ilk növbədə ağır sənaye yaratmaq siyasəti yeridirdi. Bu məqsədlə, 1948-ci ildə çağırılmış BFP (kommunist)-nın V qurultayında sovet modeli nümunəsidən istifadə etməklə 2-3 beşillik ərzində Bolqarıstanın modernləş- dirilməsi prosesinin başa çatdırılması nəzərdə tutulurdu. Sənayeləşdirmə yolu ilə sənaye və kənd təsərrüfatı arasındakı fərqi sənayenin xeyrinə dəyişdirmək, kənd təsərrüfatını koopera-
tivləşdirmək, dövlət bölməsini bütün sahələrdə şəriksiz hakim bölməyə çevirmək, partiyanın ideologiyasını dövlətin rəsmi siyasətinə çevirmək, fəhlə sinfinin hakim rolu şərti ilə cəmiy- yətin yeni sosial strukturunu yaratmaq və s. irəli sürüldü.
1947-1948-ci illərdə sənaye müəssisələri və bankların milliləşdirilməsi, həmçinin xarici və daxili topdansatış ticarətinin dövlətin inhisarına verilməsi haqqında qanunlar qəbul edildi. Bütün bunlar sosializmin əsaslarının qurulmasını nəzərdə tutan proqramın reallaşdırılmasına zəmin yaradırdı. 1949-1953-cü illərdə 700-ə qədər müəssisə yenidən quruldu, tikildi və isti- fadəyə verildi. Yeni istehsal sahələri – maşınqayırma, qara və əlvan metallurgiya müəssisələri işə salındı, ölkənin elektrikləşdirilməsi başa çatdırıldı. Bu sahədə SSRİ Bolqarıstana kredit, xammal, texnika və ixtisaslı mütəxəssislərlə hər cür kömək göstərir və həm də onun iqtisadi inkişafını istiqamətləndirirdi.
Sənayeləşdirilmənin həyata keçirilməsinin mənbələrindən biri aqrar bölmənin ictimai- ləşdirilməsi idi. 1948-ci ilin ortaları üçün kənd təsərrüfatının kooperativləşdirilməsi prose- sində ciddi irəliləyiş olmadığından partiya rəhbərliyi hərəkətə keçdi. 1949-cu ildə Bolqarıs- tanda kollektivləşdirmə prosesi başlandı. Bu iş kəndlilər üzərində zor tətbiq etmək, fərdi təsər- rüfatdan onları imtina etməyə məcbur etməklə müşayiət olunurdu. BKP MK-nın hazırlandığı qolçomaqlıqdan salma proqramına əsasən bir çox halda kəndlilər qanunsuz həbs və cərimələrə məruz qalırdı. Ölkədə kooperativləşmənin repressiya və güc metodları tətbiq etməklə həyata keçirilməsi əhali arasında gərginliyin artmasına şərait yaradırdı. 1949-cu ilin aprelində 900 yeni torpaq əmək kooperativləri təsərrüfatları (T6KT) yaradıldı, ictimai təsərrüfatın xüsusi çəkisi 4-5 faizdən 12 faizə yüksəldi.
1949-cu ildə yerli sovetlərə seçkilərdən sonra BKP kəndlilərlə əlaqədar siyasətində bir sıra dəyişikliklər etdi. Kənd təsərrüfatı məhsullarının satınalma qiymətlərinin yeni qaydası tətbiq edilərək məhsulun bir hissəsini azad surətdə satmaq üçün kəndlilərin sərəncamında saxladı. Bütün çətinliklərə baxmayaraq 1953-cü ildə ümumi təsərrüfatların 60 faizini koo- perativlər təşkil edirdi. Eyni zamanda aqrar bölmənin ictimailəşdirilməsi prossesi aşağı sürətlə davam edirdi. Bunun nəticəsində yalnız 1952-ci ildə kənd təsərrüfatı istehsalı müharibədən
əvvəlki səviyyəyə çatdı. Sənayeləşdirmə və kənd təsərrüfatındakı dəyişikliklər nəticəsində Bolqarıstanın partiya və dövlət rəhbərliyi ölkənin aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrildiyini təsbit edərək istehlak mallar istehsalının inkişaf etdirilməsi vəzifəsini irəli sürsələr də bu qısamüddətli oldu və 1956-cı ildə ondan imtina edildi.
1946-1956-cı illəri əhatə edən onillikdə sənayenin intensiv inkişaf etdirilməsi ilə əlaqə- dar bolqar cəmiyyətinin sosial strukturunda da dəyişiklik baş verdi, fəhlələrin sayı 18,7 faiz- dən 27,7 faizə çatdı, kəndlilərin sayı isə 64,5 faizdən 35,8 faizə düşdü. 1958-ci ildə keçirilmiş BKP VII qurultayı Bolqarıstanda sosialimin maddi-texniki bazası yaradıldığını və mülkiy- yətin iki əsas formasının – dövlət və koopreativ formaların bərqərar olunduğunu elan etdi.
1959-cu ildə ölkənin “iqtisadi inkişafının sürətləndirilməsi” kursu qəbul edildi. Onun reallaşdırılması üçün zəruri şərtlərin yaradılması məqsədilə inzibati-ərazi islahatı keçirildi. 12 dairə, 93 icma və təqribən 2 minə yaxın icma şuraları əvəzinə 28 dairə və 994 icma yaradıldı və onlara iqtisadi vəzifələrin həyata keçirilməsi üçün geniş müstəqillik verildi. İdarəçiliyin sahə prinsiplərindən ərazi prinsipinə keçirilməsi ilə bir sıra nazirliklər öz işlərini yenidən qurdu. Eyni zamanda Texniki Tərəqqi Komitəsinin yaradılması nəticəsində çoxlu sayda elmi- texniki institutlar meydana gəldi ki, onlar texnikanın və texnologiyanın təkmilləşdirilməsi, istehsal proseslərinin təşkili ilə məşğul olurdu.
Kənd təsərrüfatının yenidən qurulması Bolqarıstanda kooperativ təsərrüfatların bö- yüməsinə səbəb oldu. Torpaq əmək kooperativləri təsərrüfatlarının hər birinə (T6KT) orta hesabla 4200 hektar torpaq sahəsi düşürdü. 6vvəllər maşın-traktor stansiyalarına məxsus texnika da onların (T6KT-in) ixtiyarına verildi. Bütüb bunlar, kənd təsərrüfatının modern- ləşdirilməsi üçün baza yaradılamsına xidmət edirdi. Kənd təsərrüfatı məhsullarının dövlətə satışı sistemi də dəyişdirildi və bu iş müqavilələrlə tənzimlənirdi. Nəticədə, kooperativ müəs- sisələrlə dövlət müəssisələri arasındakı fərqlər silindi, vahid satınalınma qiymətləri tətbiq olundu. Bu tədbirlərə baxmayaraq, kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaranmadı.
Kənd təsərrüfatının ümumi məhsulu 60-cı illərin əvvəllərində 1939-cu il səviyyəsindən qismən yüksək idi. Bu, ölkə rəhbərliyini kooperativ üzvləri üçün minimal əmək haqqı tətbiq etməklə yanaşı, məhsulların satınalma qiymətlərini artırmağa məcbur etdi, həmçinin 1962-ci ilin oktyabrında Kanada ilə saziş imzalayaraq ölkəyə taxıl idxal etməyə başladı.
60-cı illərin birinci yarısında ölkə rəhbərliyi “ictimai istehsalın intensivləşdirilməsi” siyasətinə keçdi. Bu kurs, 1966-cı ildə rəsmən təsdiq edildi. Bunun üçün bir sıra sahələrin mexanikləşdirilməsinə, köhnə avadanlığın yenisi ilə əvəz edilməsinə başlanıldı. Elmi işçilərin, mühəndislərin və mütəxəssis-praktiklərin daxil olduğu xüsusi “texniki tərəqqi” adlı briqadalar təşkil edildi. Elmi institutları konkret istehsalat problemlərinə yönəltmək məqsədilə Texniki Tərəqqi Komitəsi Elmi və Texniki Tərəqqi Komitəsinə çevrildi.
1979-cu ildə Bolqarıstanda “yeni iqtisadi mexanizm” konsepsiyası tətbiq olundu. İslahat
əmək məhsuldarlığının artırılmasını, məhsulun keyfiyyətinin yüksəldilməsini, məhsulların dünya bazarlarında rəqabətə davam gətirməsini, mərkəzləşdirilmədən imtina edilməsini, bazar iqtisadiyyatı elementlərindən istifadə olunmasını nəzərdə tuturdu. Həm də islahatda əsas şərt kimi “Dövlət mülkiyyətçi, əmək kollektivi-mülkiyyətin sahibi” prinsipi irəli sürüldü. Bu siyasətin uğurlu nəticələri 80-cı illərin əvvəllərində özünü göstərdi. 1975-ci ildə Qərbi Al- maniya və Portuqaliya ilə onillik müddətində iqtisadi əməkdaşlığa dair müqavilələr imza- landı, iri beynəlxalq konsernlərlə sazişlər bağlanıldı və s. ABŞ, Yaponiya, Skandinaviya bazarlarına yol tapması, həmçinin Sovet neftinin ixrac edilməsi nəticəsində Bolqarıstan 80-cı illərin əvvəllərində Qərb ölkələrinə olan borcunu xeyli miqdarda azalda bildi, belə ki, 1982-ci ildə Bolqarıstanın valyuta borcu 2 dəfə azaldı.
Lakin iqtisadiyyatın canlanmasında başlanan meyl heç də möhkəm deyildi. 1984-cü ildə Bolqarıstan enerji böhranının ilk təzahürü ilə üzləşdi. Mərkəzi və Cənub-Şərqi Slavyan dövlətlərilə müqayisədə Bolqarıstan SSRİ ilə iqtisadi cəhətdən daha sıx bağlı idi. Belə ki, 1973-cü ildən 1985-ci ilə kimi Bolqarıstan hər il SSRİ-dən 400 milyon manat pul alırdı. Bol- qarıstanın yüngül sənaye, toxuculuq, kənd təsərrüfatı məhsulları Sovet bazarını doldururdu. Lakin M.S.Qorbaçov yenidənqurması Bolqarıstanın iqtisadiyyatının böhranına səbəb oldu. 1985-ci ildə iqtisadiyyat sərt qənaət rejiminə keçirildi, çünki yüzlərlə müəssisə zərərlə işləyir, istehsal olunan məhsulun maya dəyəri artır, keyfiyyəti isə aşağı düşürdü, idxal ixracı çox-çox ötüb keçirdi. Bürokratik sistem, sərt mərkəzləşdirilmiş planlaşdırma iqtisadiyyatın effektli inkişafına əngəl törədirdi. İstehsal kooperativlərinin və dövlət təsərrüfatının birləşdirilməsi yolu ilə nəhəng aqrosənaye kompleksləri yaranmışdı, onlar isə əhalinin ərzaqla, sənayeni xammalla təchiz etməyə qadir deyildir. 1985-ci ildən başlayaraq Bolqarıstan xaricdən taxıl, kartof, soğan və başqa ərzaq məhsulları gətirməyə məcbur oldu. İqtisadiyyatın səmərəliliyinin aşağı olması əhalinin yüksək olmayan həyat səviyyəsinin daha da aşağı düşməsinə, korrupsiya və rüşvətxorluğun artmasına gətirib çıxardı.
BKP-nın 1986-cı ildə keçirilən qurultayı yeni heç bir şey təklif edə bilməsə də “”yeni iqtisadi mexanizmə” keçilməsinin və elmi-texniki inqilabın nailiyyətlərinin tətbiqinin vacib- liyini önə çəkdi. 1989-cu ildə milli gəlir kəskin surətdə azaldı, xarici borc 11,5 milyard dolla- ra çatdı, inflyasiya artdı, gündəlik tələbat mallarının çatışmazlığı, işsizlik yarandı. İqtisadi çətinliklər cəmiyyətdə ruh düşgünlüyünə, daxili vəziyyətin gərginləşməsinə səbəb oldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin