Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə117/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   113   114   115   116   117   118   119   120   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

1919-1939-cu illarda Bolqarıstanın xarici siyasati. Birinci Dünya müharibəsindən sonra Bolqarıstanın beynəlxalq aləmdən təcrid olunmasını aradan qaldırmaq məqsədilə B6Xİ hökumətinin baş naziri A.Stambolski Avropa ölkələrinə yüz günlük (oktyabr 1920-yanvar 1921-ci il) səfər etdi. O, Bolqarıstanın Millətlər Cəmiyyətinə qəbul olunmasına nail ola bildi, Avropanın əksər dövlətləri və Balkan ölkələri ilə diplomatik münasibətlər yaratdı. Eyni za- manda Neyi sülh müqaviləsinin şərtlərinə yenidən baxılması və Bolqarıstanın digər dövlət- lərlə bərabər hüquqda münasibətlərinin qurulması həll edilmədi.
1920-ci illərin əvvəllərində Bolqarıstanın Serb-Xorvat-Sloven Krallığı (SXSK) ilə münasibətləri nizama saldı. A.Stambolski 1923-cü ilin martında sərhəd məsələlərinə dair SXS Krallığı ilə Niş sazişimi imzaladı. Sazişin şərtlərin görə bolqar hökuməti Daxili Makedoniya İnqilabi Təşkilatının cətə dəstələrinin, yəni partizanların sərhəddə qanunsuz fəaliyyətinin qarşısını almağı öhdəsinə götürdü. Bunun nəticəsində isə A.Stambolski hökuməti DMİT-nın 1923-cü il iyunun 9-da baş tutan çevrilişdə iştirakına şərait yaratmış oldu.
1923-cü il iyun çevrilişindən sonra hakimiyyətə gəlmiş A.Sankov 1925-ci ilin dekab- rında Buxarest və Belqrada səfər etdi. Lakin bu səfərlər heç bir nəticə vermədi, Bolqarıstanın qonşu dövlətlərlə münasibətləri yenə də gərgin olaraq qalırdı. 1925-ci ilin oktyabrında bolqar- yunan sərhədində silahlı münaqişə baş verdi. Bu münaqişəni aradan qaldırmağı Millətlər Cəmiyyəti öz üzərinə götürdü, tərəflərdən təcili olaraq hərbi əməliyyatların dayandırılmasını tələb etdi, münaqişənin səbəblərini aydınlaşdırmaq üçün komissiya təşkil etdi. Millətlər Cəmiyyətinin təkidi ilə Bolqarıstan ərazisinə qoşun yeritmiş Yunanıstan Bolqarıstanın xeyrinə 30 mil. lev kompensasiya ödəməyə məcbur oldu. Bu cür halların bir daha baş verməməsi üçün Millətlər Cəmiyyətinin komissiyası vətəndaşların könüllü mübadiləsi haqqında konvensiyaya
əməl etməyi, bitərəf dövlətlərin nümayəndələrindən ibarət xüsusi sərhəd xidməti dəstələri yaratmağı, həmçinin Millətlər Cəmiyyətinin nəzarəti altında barışıq komissiyası yaradılmasını təklif etdi.
Avropa siyasətində aparıcı rolu iddia edən Böyük Britaniya 1926-cı ildə SXS Krallı- ğına, Yunanıstana və Bolqarıstana Lokarno müqavilələri nümunəsində saziş bağlamağı təklif etdi. Buna baxmayaraq, bu ölkələr arasında münasibətlər daha da kəskinləşdi. 1926-cı ilin av- qustunda Yunanıstanın, SXS Krallığının və Rumıniyanın Sofiyadakı səlahiyyətli nümayən- dələri bolqar hökumətinə kollektiv nota verdilər, burada Bolqarıstan ərazisində formaaşdırılan cətələrin fəallığının artması qeyd edilirdi. SXS Krallığının hakimiyyət orqanları 1927-ci ildə Bolqarıstanla sərhədi bağlamağı qət etdi. 1928-ci ilin sonlarında Daxili Makedoniya İnqilabi Təşkilatının hamısı, silahlı qüvvələr naziri İ.Vılkovun istefasından sonra serb-bolqar sərhədi açıldı.
1929-cu ildə Almaniya təzminatının ödənilməsi haqqında məsələ qaldırdı və bu məsə- ləyə yenidən baxılması üçün xüsusi komissiya yaradıldı. 30-cu illərin əvvəllərində Bolqarıs- tan təzminatın həcmini 4 dəfə azaltmağa və onun ödənilməsi üçün vaxt almağa nail oldu. Bu zaman Bolqarıstan və Almaniyanın yaxınlaşması üçün əlverişli şərait yarandı. 1932-ci ildə Bolqarıstan və Almaniya arasında Klirinq ticarət (dövlətlər arasında banklar vasitəsilə nağd pulsuz haqq-hesab) haqqında saziş imzalandı. Bolqarıstan 1934-cü ilin fevralında Yunanıstan, Rumıniya, Türkiyə və Yuqoslaviya arasında yaradılmış sərhədlərin pozulmazlığı prinsipinə
əsaslanan regional hərbi-siyasi bloka daxil olmaqdan boyun qaçırdı.
Bolqarıstanın Xalq Bloku hökuməti öz xarici siyasətində antisovet xətti götürmüşdü. Milli mənafeyin ziddinə olaraq hökumət SSRİ ilə nəinki diplomatik əlaqələr, hətta yalnız sabit sovet bazarı ilə qarşılıqlı faydalı ticarət vasitəsilə bolqar iqtisadiyyatını davam edən böh- ran vəziyyətindən çıxarmaq üçün yeganə çıxış yolu olan ticarət münasibətləri belə yaratmaq istəmədi. Bolqarıstan hökuməti Sovet dövlətinin təcavüzkara tərif verilməsi haqqında saziş bağlamaq və təhlükəsizliyi təmin etmək sahəsində tədbirlər görmək təkliflərinə qoşulmaqdan imtina etdi.
1934-cü ilin mayında dövlət çevrilişindən sonra hakimiyyətə gələn K.Georgiyev höku- məti Fransa və Yuqoslaviya ilə yaxınlaşmağa çalışırdı. Bu saray adamlarının və burjuaziyanın almanpərəst dairələrinin narazılığına səbəb oldu. K.Georgiyev hökuməti öz vəziyyətini möhkəmlətmək üçün xarici siyasət sahəsində mühüm addım atdı, 1934-cü ilin iyulunda SSRİ ilə diplomatik münasibətlər yaratdı. 1934-cü ildə Bolqarıstan və Yuqoslaviya arasında ticarət müqaviləsi və baytarlıq konvensiyası imzalandı, ictimai və mədəni əlaqələr genişləndi. 1934- cü il sentyabrın sonlarında Yuqoslaviya kralı Aleksandr Bolqarıstana rəsmi səfərə gəldi.
K.Georgiyevin hakimiyyətdən uzaqlaşdırılması və hakimiyyətin tədricən çar III Borisin
əlində cəmləşməsi Bolqarıstanın xarici siyasətində dəyişikliyə səbəb oldu. Almaniya ilə ya- xınlaşmaq siyasəti önə keçdi, ona görə ki, Almaniya artıq Avropaya meydan oxuyurdu. 1936-
cı ildə çar III Boris A.Hitlerlə görüşdü, bundan sonra Bolqarıstanın xarici ticarəti əslində Almaniyanın ixtiyarına keçdi. Bolqarıstan üçün faydalı olmayan ticarət sazişi imzalandı. Bu sazişdən sonra Bolqarıstanın xarici ticarətində Almaniyanın payı birdən-birə idxal üzrə 1929- cu ildəki 22,2 faizdən 43 faizə qədər artdı. Drezden və alman bankları, “İ.Q.Farbenindustri” kimya tresti, “Balkan tabak” tresti, “Gerinq” tresti və s. Bolqarıstanda nəzarət etməyə baş- ladılar. 1929-cu ildə Almaniyadan silah və hərbi materiallar almaq üçün 4450 milyon lev məbləğində kredit alınmışdı. Bolqarıstanda Almaniyanın inşa etdiyi Reyn-Mayn-Dunay kanalı ilə birləşəcək strateji dəmir yolları çəkmək üçün planlar hazırlandı.
Bolqarıstan faşist Almaniyası ilə qərb demokratiyası arasında qarşıdurmanın dərinləş- məsi şəraitində birtərəfli siyasətdən imtina edərək balanslaşdırılmış xarici siyasət aparmağa cəhd göstərdi. Bu öz nəticəsini verdi. 1938-ci il iyulun 31-də Salonikdə Bolqarıstan höku- mətinin sədri Q.Koseivanov Balkan Antantası ilə zor tətbiq etməmək haqqında saziş imzaladı. Bunun müqabilində Bolqarıstanın üzərindən silahlanma sahəsində Neyi müqaviləsinin məhduduyyətləri götürüldü. Salonik sazişinin arxasında Böyük Britaniya dururdu. Almani- yanın balkanlarda mövqeyinin güclənməsinin qarşısını almağa çalışan İngiltərə Bolqarıstanın Balkan Antantasına qoşulmasında maraqlı idi. 1937-ci ildə Bolqarıstanla “əbədi dostluq” haqqında müqavilə bağlamış Yuqoslaviya da Münhen sazişindən sonra Balkan Antantasına olan ümidini itirərək Bolqarıstanla yaxınlaşdı.
Buna baxmayaraq, Bolqarıstanda Almaniyaya tərəf meyl edən qüvvələr çoxluq təşkil edirdi. Odur ki, Hitler və Mussolinin xarici siyasət xəttini müdafiə edən bolqar hökuməti İtaliyanın Həbəşistanı işğal etməsini, İspaniyaya qarşı təşkil edilən italiyan-alman silahlı mü- daxiləsini, hitler Almaniyasının Avstriya və Çexoslovakiyanı zəbt etməsini alqışladı. 1939-cu ilin oktyabr ayında Q.Koseivanovun oyuncaq hökuməti Sovet İttifaqının dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalamaq təklifini rədd edərək, bolqar xalqının milli mənafeyinin
əksinə olaraq ərazi problemlərini həll etmək arzusu ilə hitler Almaniyası tərəfindən müharibədə iştirak etmək hazırlığına başladı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin