Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə118/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   114   115   116   117   118   119   120   121   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Bolqar xalqının madaniyyati. 1920-30-cu illərlə bolqar xalqının mədəniyyətinin inkişa- fında müsbət dəyişikliklər baş vermişdir. Ölkədə təhsil və maarifin inkişafı üçün əlverişli şə- rait yarandı. İbtidai, orta, sənət məktəblərinin şəbəkəsi artdı. 1921-ci ildə A.Stambolski höku- məti icbari 7 illik təhsilə keçirilməsi haqqında qərar qəbul etdi. Təhsil sahəsində hökumətin yeritdiyi siyasət müxtəlif növ məktəb şəbəkəsinin genişlənməsində əsas rol oynamışdı. Artıq 1939-cu ildə Bolqarıstanda 5 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Sofiya Universitetində yeni tibbi, aqronomluq və veterinarlıq fakültələri açılmışdır. Varna və Sviştovda İqtisadi İnstitutlar açıldı.
Təhsil və maarif sahəsində olduğu kimi mədəniyyətin digər növləri xüsusilə musiqi, teatr, kino və s. inkişaf edirdi. 1921-ci ildə Bolqar opera yoldaşlığının əsasında Sofiya xalq operası yarandı. Opera ifaçıları arasında X.Morfova, M.Popov, S.Makedonski dünya şöhrəti qazanmışlar. 1926-1936-cı illərdə opera səhnəsində qoyulan 60 əsərin 10-u bolqar müəllif- lərinə, o cümlədən P.Vladiqerov, P.Staynov və başqalarına məxsus idi.
1927-ci ildə baletmeystr və rəqqas A.Petrov professional balet truppası təşkil edərək balet məktəbi açdı. 1937-ci ildə A.Petrov ilk bolqar milli baleti olan X.Manolovun “İlan və Yan” (“Zmey i Yana”) əsərini tamaşaya qoydu.
Bolqar kino sənəti irəliyə doğru mühüm addımlar atdı. 1915-ci ildə rejissor V.Qendov özünün ilk bolqar səssiz bədii filmini yaratmışdır. 1933-cü ildə isə dahi rejissor ilk səsli bədii bolqar filmi olan “Qulun üsyanı” (“Bunt raba” ) əsərini tamaşaçılara təqdim etdi.
1920-30-cu illərdə bolqar bədii ədəbiyyatının inkişafı “milli fəlakət” və inqilabi yüksəlişin çalarları ilə müşayiət olunurdu. Inqilabi yüksəliş mövzusu X.Smirnenskinin, Q.Mi- levin “Sentyabr” poemasında, N.Vapsarovun “Matorun nəğməsi” (“Pesni motora”) poeziya- sında sətirlərə tökülərək oxucuya təqdim olunur.
Ümumən, 1920-30-cu illərdə bolqar mədəniyyətində milli şüurun inkişafına yönəldilən mövzular ön plana çıxır. Bunun üçün, keçmişdə qüdrətli və güclü Bolqar dövlətinin rəmzi olan Birinci və İkinci bolqar çarlığının tarixi hadisələri qayğı ilə oxucuya təqdim edilir.
Asparux xan, çar Simyonun qəhrəmanlıqlarına dair çoxlu roman, dram, opera, kinofilmlər yaranır və xalqın yaddaşında əbədi olaraq həkk edilir. Xüsusilə, slavyan tayfalarının birliyinin müdafiəçisi Asparux xanın allahlar tərəfindən müqəddəs başçı seçilməsi bütün slavyan xalqlarının, o cümlədən bolqarların milli fəxri və qürur mənbəyidir. 6slində bolqar bədii yaradıcılğındakı qəhrəmanlıq və romantik obrazlar xalqın milli hisslərini oyadaraq vətən torpaqları sərhədlərində birliyi tərənnüm edir. Nəticədə, bədii yaradıcılıq ustalarının, tarixçı, filosof, publisist, elm adamlarının tarixliyə, yəni hadisələrin izahında tarixi prinsipə əsaslan- maları 1920-30-cu illərdə bolqar milli şüurunun inkişaf edib möhkəmlənməsinə səbəb oldu.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin