Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Yuqoslaviya beynalxalq münasibatlar sisteminda



Yüklə 1,22 Mb.
səhifə127/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   123   124   125   126   127   128   129   130   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Yuqoslaviya beynalxalq münasibatlar sisteminda. 1918-ci ilin yazına kimi Antanta dövlətləri Dunay regionunda sabitliyi qorumaq məqsədilə Habsburqlar imperiyasını saxlamaq tərəfdarı idi. Avstriya-Macarıstan ərazisindəki kütləvi çıxışlar onların mövqeyinin dəyişilmısinə səbəb oldu. Vahid yuqoslaviya dövləti yaratmaq tərəfdarı olan Fransa İtaliyanın Dalmasiyada daha çox ərazi ələ keçirərək güclənməsinin qəti əleyhdarı kimi çıxış edirdi.
SXS krallığı yarandıqdan sonra Paris sülh konfransının gedişində bir çox Avropa dövləti, o cümlədən ABŞ yeni dövlətlə diplomatik münasibətlər yaratdı. 1918-ci ildə meydana gələn Serb-Xorvat-Sloveniya krallığı, yəni Yuqoslaviya dövləti öz dövlət sərhədlərini Avstriya, Bolqarıstan, Macarıstan və İtaliya ilə müəyyən etdi. Serb-Xorvat-Sloven dövləti xarici siyasət sahəsində Qərb dövlətlərinə, ilk növbədə maliyyə cəhətdən asılı olduğu Fran- saya arxalanaraq Avropada Versal sistemini müdafiə edirdi. 1919-cu ildə Krallıq Bolqarıstana qarşı Yunanıstanla hərbi müqavilə, 1920-ci ildə Macarıstana qarşı Çexoslavakiya ilə, 1921-ci ildə Rumıniya ilə müdafiə ittifaqı haqqında saziş imzaladı. Bu Fransanın fəal iştirakı ilə Serb- Xorvat-Sloven dövlətinin, Rumıniya və Çexoslavakiyanın təşkil etdiyi Kiçik Antanta qruplaşması idi. Məhz Kiçik Antantanın qəti mövqeyi və səfərbərlik elan etməsi 1921-ci ildə Habusburqların Macarıstanda yenidən hakimiyyətə gəlmək cəhdinin qarşısını aldı. 1927-ci ildə Serb-Xorvat-Sloven krallığının Fransa ilə bağladığı müqavilə Kiçik Antantanın mövqeyini daha da gücləndirdi. Rumıniya və Yunanıstanla qonşuluq münasibətləri davam edirdi. Makedoniya üstündə Yuqoslaviyanın Bolqarıstanla münasibətləri zaman-zaman gərgin olsa da 1937-ci ildə “daimi dostluq” haqqında bolqar və yuqoslav müqaviləsi imzalandı.
1920-30-cu illərdə İtaliya ilə münasibətlər mübahisəli ərazilər üstündə xeyli gərgin olmuşdur. 1915-ci il London müqaviləsinə əsasən İtaliya 500 min nəfərə kimi Yuqoslavın məskunlaşdığı Adriatik dənizinin Dalmasiya sahillərini işğal etmişdir. 1923-cü ildə isə İtaliya liman şəhəri Riyeki tutaraq müstəqil ərazi elan etdi. İtaliya ilə Yuqoslaviya arasındakı sərhəd məsələləri yalnız 1924-cü ildə Romada imzalanan müqavilə ilə müəyyən edildi. İtaliyanın hakim dairələri xorvatların ustaşlar hərəkatını müdafiə edərək öz ərazisində onların düşərgələr qurmasına belə icazə vermişdir. Məhz onların əli ilə Marseldə Yuqoslaviyanın kralı Alek- sandr 1934-cü il oktyabrın 9-da sui-qəsd nəticəsində öldürüldü. Bundan əlavə, Romanın hakim dairələri Çernoqoriyanın sabiq kralı Nikolayın tərəfdarları olan seperatçılarla da əlaqə saxlayırdılar. Buna baxmayaraq M.Stoyadinoviçin hökuməti dövründə yuqoslav-italyan münasibətləri xeyli yaxşılaşdı. Hətta 1937-ci ilin martında İtaliyanın xarici işlər naziri Çiano Belqrada rəsmi səfər edərək dostluq və bitərəflik haqqında italiya-yuqoslaviya müqaviləsi
imzaladı. İtaliya ərazi iddialarından əl çəkdi, A.Paveliçin ustaşlarına kömək etməyəcəyinə vəd verdi və İtaliyada yaşayan yuqoslavların vəziyyətini yaxşılaşdırmağı öhdəsinə götürdü. Öz növbəsində, Yuqoslaviya İtaliyanın Həbəşistandakı işğalın və Albaniyadakı müəyyən maraqların müdafiə etdiyini bəyan etdi.
1919-cu ildən 30-cu illərin əvvəllərinə kimi Fransa Yuqoslaviya dövlətinin sərhədlərinin əsas qarantı kimi çıxış edirdi. Fransa eyni zamanda Yuqoslaviya, Rumıniya və Çexoslovakiya arasında bağlanmış və Kiçik Antanta adını almış müqavilə sisteminin də himayəçisi idi. 1930-cu illərin əvvəllərində Fransa və İngiltərə Balkan yarımadasında İtaliyanın nüfuzunu zəiflətmək məqsədilə fəaliyyətə keçdi. 1934-cü ilin fevralında Afinada Yuqoslaviya, Rumıniya, Yunanıstan və Türkiyə Balkan paktını imzaladı.
Amma 30-cu illərin ortalarından başlayaraq Yuqoslaviya dövlətinin xarici siyasət xəttində ciddi dəyişiklik əmələ gəldi. Xorvat ustaşlarının 1934-cü ildə Kral Aleksandrı öldürmələrinə kimi Yuqoslaviya Kiçik Antantaya daxil olaraq Qərbi Avropanın demokratik dairələri ilə əlaqə saxlayırdı. Kral süi-qəsd nəticəsində öldürüldükdən sonra knyaz-qəyyum Pavel hakimiyyəti faşist dövlətləri olan Almaniya və İtaliya ilə yaxınlaşmaq xətti götürdü. M.Stoyadinoviç hökuməti Yuqoslaviyanın bitərəfliyin elan edərək Fransa ilə Almaniya arasındakı mümkün münaqişəyə qarışmamağı bəyan etdi. Bitərəflik siyasəti əslində Yuqoslaviyanın Almaniya ilə yaxınlaşmasına şərait yaradırdı. Getdikcə xarici ticarət sahəsində Almaniya Yuqoslaviyanın əsas tərəfdaşına çevrilməkdə idi. Almaniya Avstriyanı işğal etməsilə Yuqoslaviyanın qonşusuna çevrildi. M.Stoyadinoviçin bu məsələnin almaniyadaxili problem olduğunu qeyd edərək həm də bildirdi ki, bu akt Habsburqlar imperiyasının yenidən yaranması təhlükəsini aradan qaldırır. Fransanın məğlubiyyəti, Macarıstan, Rumıniya və Bolqarıstanın Üçlər paktına qoşulması 1941-ci il martın 25-də Yuqoslaviyanın da bu pakta üzv olmasına təkan verdi. 6slində isə milli münaqişələrlə çalxalanan, real müttəfiqi və hərbi gücü olmayan Yuqoslaviya faşist işğalı ilə üz-üzə qaldı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin