Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə128/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   124   125   126   127   128   129   130   131   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Yuqoslaviyanın madaniyyati. 1918-ci ildə Yuqoslaviya dövlətinin yaradılması mədəniyyətin inkişafını sürətləndirirdi. İbtidai, orta və ali məktəblərin şəbəkəsi xeyli geniş- ləndi. Bu isə əhali arasında savadlılıq dərəcəsinin artmasına şərait yaradırdı.
Elm sürətlə inkişaf edirdi. 1919-cu ildə Lyublyana Universiteti yenidən təşkil olundu. Serbiyada Belqrad Universitetinin elmi məktəblərinin nümayəndələri riyaziyyat və geologiya sahələrində mühüm nəticələr aldılar. R.Burianın təşəbbüsü ilə universitetdə Fiziologiya İnstitutu təşkil olundu. Zaqreb Universitetində riyaziyyata, fizikaya, kimyaya, biologiyaya dair tədqiqatlar genişləndi. Universitetin nəzdində 1937-ci ildə Fizika İnstitutu, 1928-ci ildə Lyublyana Universitetində Geologiya, Paleontologiya İnstitutu yaradıldı.
Serb alimi Y.Sviiç coğrafiya, sosial psixologiya və etnoqrafiya sahəsində səmərəli fəaliyyət göstərmişdir. Məşhur riyaziyyatçı M.Petroviçin tədqiqatları ölkə sərhədlərindən kənarda tanınırdı. Xorvat ixtiraçısı N.Tesla dəyişən cərəyanlı elektik mühərrikini, elektro- maqnit dalğalarının köməyi ilə siqnalların ötürülmə sistemini kəşf etmişdi. Vətənində lazımi diqqət görməyən alim ABŞ-da yaşayıb yaratmışdır. Geofizik A.Moxoroviçin tədqiqatları dünyada yayılmışdır.
Sloveniya tarix elminin nümayəndələri İ.Priyatel və D.Lonçarın tədqiqatları yeni dövrdə slovenlərin siyasi və sosial tarixinə həsr edilmişdir. Tarixçi M.Preloq “Qədim dövrlərdən Krallığın məhvinə qədər olan dövrdə Bosniya tarixi” əsərini yazaraq Bosniya və Xorvatiyanın tarixinə işıq tutmuşdur. F.Şişiç Xorvatiyanın yeni tarixinin öyrənilməsinin
əsasını qoymuşdur. 20-30-cu illərdə materialist filosof Svetozar Markoviç, O.Pritca, D.He- delkoviç markisist fəlsəfənin inkişaf etdirilməsində, İ.Broz Tito, E.Kardel, B.Bakariç, B.Kud- riç sosializm quruculuğununun aktual məsələlərinin işıqlandırılmasında mühüm rol oynayırdı. 1918-ci ildən sonra Yuqoslav xalqlarının vahid dövlətdə birləşməsi milli ədəbiyyatlar arasında əlaqələrin güclənməsinə, onların qarşılıqlı zənginləşməsinə zəmin yaratdı. 6dəbiy- yatda ekspessionizm hakim cərəyana çevrildi. Ekspessionistlərin bir çoxu, o cümlədən A.B.Şimiç, M.Tsrnyanski üçün müharibə və burjuaziya əleyhinə anarxist fərdiyyətçi üsyan- karlıq, N.Şon, E.Kotobek, A.Bodnik üçün isə mistik əhval-ruhiyyə, dini motivləri səciyyəvi
idi. Sol ekspessionistlər A.Tsesarest, M.Krleja, M.Klopçik, B.Kreft və b-nın yaradıcılığı Yuqoslaviyada inqilabi hərəkatla bağlı idi. 20-ci illərdə B.Nuşiç, B.Petroviç, F.Bevk, O.Jupançiç, B.Tsar-Emin realist ədəbiyyatı təmsil edirdilər. Serb ədəbiyyatında modernizmin nümayəndələrindən biri İ.Sekuliçin yaradıcılığı üçün isə simvolizm xarakterik idi. Yazıçı- lardan M.Beqoviç, D.Domeniç isə xorvat modernizminin görkəmli nümayəndələri idi. Sloven
ədəbiyyatında naturalizmin meydana gəlməsi F.Qovekarın adı ilə bağlıdır. Onun “Qnda”
romanı çox məşhurdur. Yazıçı E.Kristian da yaradıcılığında naturalizmə müraciət etmişdir.
20-30-cu illərdə boyakarlıqda postimpressionizm, kubizm, fovizm və ekspressionizmin müxtəlif üsullarından istifadə edirdi. K.Xegeduşiç, İ.Generalçiç milli mövzulara müraciət edir, xalq sənəti ənənələrini inkişaf etdirirdilər. 30-cu illərdə Ç.Andreyeviç-Kui, O.Tostrujnik ictimai-tənqidi qrafika sahəsində ön plana çıxmışdır. Bu illərdə neoklassizmi V.Kovaçiç, funkssionalizmi D.Braşovan, D.İbler təmsil edirdilər. Sloven memarlığının inkişafında Y.Pleçnikin xidmətləri böyükdür. Xorvat memarlığının inkişafına öz töhfəsini verən sənətkarlardan biri də İ.Meştroviç hesab olunur. Monumentallıq, vətənpərvərlik, dramatizm heykəltaraşın yaradıcılığı üçün səciyyəvidir. U.Prediç, P.Yovanoviç, M.Murat və b. Serb rəssamlığında realist istiqamətin görkəmli nümayəndələri idilər. Çernoqoriya rəssamlıq məktəbinin yaradıcılarından olan M.Milunoviç (1897-1967) Florensiyada təhsil almışdır.
1920-30-cu illərdə ölkənin inkişaf etmiş vilayətlərində milli bəstəkarlıq məktəbləri formalaşdı, professional musiqi sənəti yaranmağa başladı. Bəstəkarlardan Serbiyada P.Konoviç, Xorvatiyada K.Baranoviç, Sloveniyada M.Koqo, Bosniya və Herseqovinada F.Mareyovski, V.Miloşeviç, Makedoniyada J.Firfov bir çox musiqi əsərlərinə imza atdılar.
1918-ci ildən sonra teatr sənəti inkişafa başladı. Rejissor B.Qavellanın yaradıcılığı aktyor və rejissor sənətinin yüksəlməsinə təsir göstərdi. Senzuranın qadağan etməsinə baxmayaq, teatrların reperturalarına B.Nuşiç, B.Şop, L.Pirandello, K.Çapek, V.Katayevin
əsərlərinin daxil edilməsi mütərəqqi ictimai meyilləri qüvvətləndirdi. Makedoniyalı dramaturq V.Çernodrinski (1875-1951) mənşəcə bolqar idi. Onun “Makedoniya qanlı toyu”, “Makedoniya sui-qəsdi”, “Makedoniya üsyanı”dram əsərləri çox məşhurdur. Belqrad, Novi Sad və Skople teatrları öz fəaliyyətləri ilə serb teatr sənətinin inkişafına böyük töhfə vermişdir. Sloven milli teatrının inkişafında aktyor İ.Borştnikin böyük rol oynamışdır.
Sloven bəstəkar R.Savinin yaradıcılığında modernizm və neoromantizm ənənələri əsas yer tutur. Xorvat S.Albininin “Baron Trenk” operettası bir çox ölkələrin teatrlarında tamaşaya qoyulmuşdu. Serbiyanın teatr səhnələrində V.Yoksimoviçin “Miloş Obiliçin evlənməsi”, S.Biniçkinin “Dan yeri ağararkən”operaları səslənmişdir. İkinci Dünya müharibəsi müvəqqəti də olsa sürətlə inkişaf etməkdə olan Yuqoslaviya mədəniyyətinin qarşısını aldı.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin