Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə131/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   127   128   129   130   131   132   133   134   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Xalq-Azadlıq Ordusunun va Yuqoslaviyanın ali orqanlarının yaradılması. İúğalçıların qovulması. 1941-ci ilin sonlarından – 1943-cü ilin sonlarına qədər olan dövrdə partizanlar bir sıra uğursuzluqlardan sonra çetniklərə nisbətən daha mobil, effektli hərbi təşkilatlar yaratdılar. Xalq milli-azadlıq və sosial inqilabının sonrakı gedişinə təsir edən əhəmiyyətli hadisələr baş verdi. 1941-ci il dekabrın 21-də Rudo da Yuqoslaviya Xalq Azadlıq Ordusunun (YXAO)
əsasını qoyan 1-ci proletar zərbə briqadası yaradıldı. Bu birləşmənin fəaliyyəti partizan dəstələrinin fəaliyyət göstərdiyi kimi müəyyən ərazilərdə deyil, ölkənin hər hansı bir yerində baş verən hərbi-siyasi vəziyyətlə müəyyən olunurdu. Partizan dəstələri və YXAO-nun ilk birləşmələri YKP MK-nı, Baş qərargahı və Yuqoslaviyanın bir hissəsini nəzarətdə saxlayan Titonun partizan dəstələrini məhv etmək üçün hücuma keçən işğalçıların və onların əlaltılarının bir neçə hücumlarını dəf etdilər. 1942-ci ilin noyabrında YXAO-nun korpus və diviziyaları formalaşdı ki, ilin axırına yaxın onlar artıq ölkənin beşdə bir hissəsinə nəzarət edirdilər.
Hələ 1941-ci ilin yayında Xalq-Azadlıq komitələri azad edilmiş yerlərdə kəndlilərdən böyük kömək almağa başladı. 1942-ci ilin fevralında Foça şəhərində Baş qərargah və YKP MK “Foça əsasnamə”sini qəbul etdi. Bu əsasnamədə qeyd olunurdu ki, Xalq Azadlıq komi- tələri adamların dini, milli və sinfi mənsubiyyətinə fərq qoyulmadan seçilən qeyri-partiya təşkilatıdır. Partizanların uğurları çox hallarda mənəvi, psixoloji amillərlə bağlı idi. Parti- zanlara və YXAO hissələrinə möhkəm intizam xas idi, intizamı pozanlar, əhalini qarət edənlər sərt cəzalandırılır və hətta öz yoldaşları tərəfindən güllələnirdi. Xalq Azadlıq komitələrinin istər azad olunmuş, istərsə də işğal altında olan ərazilərdə fəaliyyətini təşkil etmək üçün Baş qərargah xüsusi siyasi orqan yaratmaq qərarına gəldi ki, buraya seçilmiş nümayəndələr operativ olaraq siyasi, iqtisadi və mədəni məsələləri həll etməli idi. Bu orqan Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi oldu.
1942-ci il noyabrın 26-27-də Bosniyanın Bixaç şəhərində ölkənin əksər milli rayon- larının 54 nümayəndəsi toplaşdı. Onlar tərəfindən ümumyuqoslav siyasi orqanı olan Yuqoslaviya Xalq Azadlığı Antifaşit Veçesi (YXAAV) yaradıldı. Onun əsas vəzifəsi ölkəni azad etmək uğrunda mübarizədə Yuqoslaviya xalqlarının birliyini möhkəmlətmək və xalqların tam bərabərliyi üçün şərait yaratmaq idi. Bu sessiyada həmçinin icariyyə komitəsi də yaradıldı. Bu Veçenin bütün iştirakçıları antifaşistlər idi, belə ki, kommunistlərdən başqa müharibədən əvvəl fəaliyyət göstərən müxtəlif partiyaların və siyasi qrupların nümayəndələri də buraya daxil edilmişdi.
1943-cü ildə YXAO və partizan dəstələri Neretva və Suteski çaylarının vadilərində almanların hücumunun qarşısını ala bildilər. “Vayss I” və “Vayss II” adlanan bu əməliy- yatlarda 5 alman, 4 italyan diviziyası, o cümlədən ustaşlar, domobran və çetniklərin hərbiləş- miş birlikləri partizanlar üzərinə hücuma keçdilər. Rama çayı vadisində, Neretva çayı boyunda Konits və Yablanitsa şəhərləri arasında düşmənin canlı qüvvəsini və texnikasını
məhv edərək bir neçə həmləsinin qarşısını aldılar. 1943-cü il fevralın 15-dən martın 15-nə kimi düşmən mühasirəsinə düşən partizanlar onu yarıb Herseqovinaya keçərək hücum edib Draje Mixayloviçin 26 minlik çetniklərini darmadağın etdilər. Neretve məğlubiyyətindən sonra işğalçılar 1943-cü il mayın 15-də 127 minlik ordu ilə 19700 patizanla tarixdə Suteske
əməliyyatı adını alan döyüşə başladılar. İyunun 9-da ağır döyüşlərin birində yaralanan İosip Broz Tifo şəxsi nümunəsi ilə döyüş meydanını tərk etməyərək partizanları ruhlandırdı, nəticədə onlar almanlarıın hücumunu dayandıraraq strateji qələbə çaldılar. Yuqoslaviyanın bütün milli regionlarında azadlıq hərəkatının yüksəlməsi müşahidə olunurdu ki, bunun əsas səbəblərindən biri ABŞ və İngiltərə hökumətləri tərəfindən Titonun partizanlarının tanınması idi. 1943-cü ilin mayında YXAO Baş qərargahına ingilis hərbi missiyası gəldi. D.Mixay- loviçin dəstəsinin baş qərargahı nəzdində fəaliyyət göstərən missiyası əvvəlki kimi ölkənin bütün antifaşist qüvvələrini bura birləşdirilməsini irəli sürməsə də, yenə də çetniklərə hərbi yardımın artırılmasını təkid edirdi. 1943-cü ildə qərbi Serbiyada YXAO-nun hissələri ilə çeltniklər arasında şiddətli döyüşlər davam edirdi.
1943-cü ilin sentyabrında İtaliyanın təslim olmasından sonra Yuqoslav kommunistləri Çernoqoriya və Dalmasiyada olan İtalyan diviziyalarının bir hissəsinin silahlarını ələ keçirə bildilər ki, bu da antifaşist qüvvələrinin geniş hərbi əməliyyatlar aparmasına şərait yaratdı. 1943-cü ilin sonlarında YXAO-nun sıralarında 56 briqada və 30 mindən çox döyüşçü var idi. Bu vaxt ərzində əslində ölkənin bütün milli regionlarında Xalq Azadlığı Antifaşist Veçeləri yaradıldı.
1943-cü il noyabrın 29-30-da Bosniyanın Yaytse şəhərində Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesinin ikinci sessiyası keçirildi. Sessiyanın 150 nümayəndəsinin qəbul etdiyi bəyannamə yeni Yuqoslaviyanın siyasi quruluşunun əsaslarını müəyyən etdi. YXAAV ali qanunverici və icraedici orqan elan edildi. Öz üzərinə hökumət funksiyalarını götürən Yuqoslaviya Milli Komitəsi (YMK)-də yaradıldı, marşal İosip Broz Tito onun başçısı oldu. Bəyannamə mühacir hökumətinin fəaliyyətini tənqid etdi, kral II Pyotra mühariə qurtarana qədər ölkəyə qayıtmaq qadağan edildi. Bəyan edildi ki, yeni Yuqoslaviya bütün xalqların federasiyası, qardaşlığı və birliyi prinsipləri əsasında qurulacaqdır. Eyni zamanda qərara alındı ki, müharibə başa çatdıqdan sonra Birinci Dünya müharibəsinin nəticələrinə əsasən İtaliyaya verilən Sloveniya ərazisinin bir hissəsi yenidən Yuqoslaviyaya birləşməlidir.
YXAAV-nın ikinci sessiyası antihitler koalisiyası dövlət başçılarının Tehran konfransı ilə eyni vaxtda düşdü. U.Çörçillin Banklarda ikinci cəbhə açmaq tələbi qəbul edilmədi, lakin qərb müttəfiqləri Yuqoslaviyaya hərbi yardımın həm partizanlara, həm də çetniklərə eyni zamanda göstərilməsini təkid etdilər.
Yuqoslaviya partizanlarının dəstəklənməsi təkcə onların işğalçılarla mübarizədəki hərbi qələbələri ilə deyil, həm də SSRİ-nin köməyi ilə əlaqədar idi. Belə ki, əvvəllərdə SSRİ yuqoslav partizanlarına köməyini əsirgəmirdi, Baş qərargahla gündəlik radio əlaqəsi saxlanırdı. 1941-ci ilin payızından başlayaraq Moskvada “Azad Yuqoslaviya” radiostansiyası fəaliyyət göstərirdi. Lakin SSRİ Yuqoslaviyaya maddi yardımı ingilis-amerikan qoşunlarının azad etdiyi Şimali İtaliya ərazisində aviabaza yaratdıqdan sonra əməli olaraq yalnız 1944-cü ildə göstərməyə başladı. YXAO-nun Baş qərargahına 1944-cü il fevralın sonunda Sovet hərbi nümayəndələri gəldi. Yuqoslaviyada qüvvələr nisbətinin açıq-aydın dəyişməsi, həmçinin Qırmızı Ordunun qərbə doğru sürətlə irəliləməsi şəraitində ingilis hökuməti özünün hərbi missiyasını çetniklərin qərargahından geri çağırdı və rəsmi şəkildə D.Mixayloviçə hərbi yardım göstərməyi dayandırdı. Onlar bunu D.Mixayloviçin işğalçılarla və Serb kollabo- rasionistləri ilə əlaqə saxladığına görə etdiklərini bildirdilər. Lakin Mühacir hökuməti və kral II Pyotrla rəsmi əlaqələr davam etdirilirdi.
1944-cü il mayın 25-də almanların SS 500 paraşüt batalyonu, “Prins Oygen” SS divi- ziyası İosip Broz Titonu məhv etmək məqsədilə Bosniya Drvarına düşdülər. Lakin əməliyyat uğursuz oldu, İ.B.Tito qaça bildi, almanlar isə ağır itki ilə üzləşdilər və iyunun 6-da əmə- liyyatı dayandırdılar. 1944-cü ilin payızında sovet qoşunları Yuqoslaviyanın sərhədlərinə yaxınlaşdılar. Sovet komandanlığının nümayəndələri ilə Baş qərargah arasında danışıqlardan
sonra rəsmi şəkildə elan edildi ki, YXAAV və YMK-nın razılığı ilə işğalçılara qarşı birgə hərbi əməliyyatlar aparmaq üçün Qırmızı Ordu hissələri Yuqoslaviya ərazisinə daxil oldu. Bu zəruri diplomatik addım idi və bu Çörçillin təkidi ilə yuqoslaviyada hərbi əməliyyatlar aparmaq istəyən ingilsilərin yolunu rəsmi surətdə kəsdi. 1944-cü il oktyabrın 20-də sovet qoşunları YXAO hissələri və partizanarla birlikdə Yuqoslaviyanın paytaxtını azad edərək sentyabrın 28-də başladıqları Belqrad əməliyyatını sona çatdırdılar. YXAO-nun bir hissəsi cənuba, Sremsk cəbhəsinə keçdi, digər bir hissə Serbiyanın şimalında vuruşmağa davam edirdi, böyük bir hissəsi isə qərbə müstəqil Xorvatiya ərazisindəki əməliyyatlara cəlb olundu. Sovet ordusunun iştirakı ilə əməliyyatların gedişində Makedoniya, həmçinin Çernoqoriya və Serbiyanın böyük bir hissəsi azad edildi.
1944-cü ilin noyabrında YMK və Mühacir hökuməti arasında birləşmiş Yuqoslaviya hökuməti yaratmaq haqqında saziş imzalandı. Dövlət quruluşu məsələsi hərbi əməliyyatların sonuna qədər təxirə salındı. 1945-ci ilin martında, Yalta konfransının qərarına əsasən, yeni hökumət yaradıldı ki, ona da İ.Tito başçılıq etməyə başladı. Londondakı hökumətin başçısı müharibəyə qədərki Xorvatiyanın banı olmuş İ.Subaşiç Xarici İşlər naziri oldu. Tezliklə birləşmiş hökumət beynəlxalq miqyasda tanındı.
1945-ci il yanvarının 20-də Yuqoslaviyanın axırıncı kralı II Pyotr Qaragiorgiyeviç İosip Broz Tito və İvan Subaşiçin hökumətin yeganə qanuni hakimiyyət olduğunu qəbul edərək, general Draje Mıxayloviçin çetniklərin dövlət xaini kimi xarakterizə etdi. Bununla bərabər, general Draje Mixayloviç silahı yerə qoymayaraq həm kommunist partizanlara, həm də nasist ustaş ordusuna qarşı müqavimət göstərməkdə davam edirdi.
1944-cü ilin sonunda 1945-ci ilin mayına qədər YXAO, Qırmızı Ordu hissələri və antihitler koalisiyasına qoşulmuş Bolqarıstan qoşunları ilə Almaniya və Üçüncü Reyxin sonuncu müttəfiqi Müstəqil Xorvatiya dövləti qoşunları arasında şiddətli döyüşlər oldu. 1945- ci il mayın 6-8-də Yuqoslav ordusu yolunu kəsən ustaşların hərbi qüvvələrini əzərək Zaqrebə yaxınlaşdı. Sisakadan sıxışdırılıb çıxarılan ustaşlar Zaqrebə çəkildilər. Mayın 9-da ikinci yuqoslav ordusu Zaqrebi azad etdi. 1945-ci il mayın 15-də Polyanska əməliyyatı ilə parti- zanlar 30 minlik düşmən qüvvəsini məhv etdi, bu Avropada sonuncu hərbi əməliyyat oldu. 1945-ci il mayın 15-də Yuqoslaviya tamamilə azad edildi. Müharibə illərində Xalq Azadlıq hərəkatı silahlı qüvvələri təxminən 350 min nəfər itki vermişdi. Yuqoslaviya torpaqlarının tam azad olunması əməliyyatlarında 223-cü Azərbaycan atıcı diviziyası da iştirak etmişdir. Müasir məlumatlara əsasən müharibə illərində 1,2 milyon Yuqoslaviya vətəndaşı həlak olmuşdur ki, onların da təxminən 581 min nəfəri dinc əhalidir.
Azərbaycanın igid oğulları Mehdi Hüseynzadə və Mirdamət Seyidov yuqoslav partizanları ilə çiyin-çiyinə İvan Qradnik adına üçüncü Sloveniya Xalq Azadlıq briqadasının birinci batalyonun tərkibində faşist işğalçılarına qarşı bir çox diversiya əməliyyatlarında bilavasitə iştirak etmişlər. Mixaylo ləqəbli M.Hüseynzadə və M.Seyidov Triyest yaxın- lığındakı Opçim yaşayış məntəqəsində kino teatrın, Via Qeqa küçəsindəki əsgər evi olan restoranın, Triyesdəki “İl-Pikkolo” qəzet mətbəəsinin partladılmasında, çoxsaylı faşist zabit və əsgərinin məhv edilməsində bilavasitə iştirak etmişlər. Bir çox diversiya əməliyyatları keçirən “Mixaylo” ilə birlikdə Azərbaycan oğulları Mirdamət Seyidov, 6li Tağıyev, 6kbər Ağayev Sloveniyanın uzaq Adriatik sahillərində əsl qəhrəmanlıq və igidlik göstərmişlər.
1944-cü il noyabrın 16-da növbəti tapşırıqdan qayıdan “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə Vitovle kəndində bir evdə almanlar tərəfindən mühasirəyə alınaraq son döyü- şündə qəhrəmanlıqla həlak olmuşdur. Onu ürəkdən sevən yerli sakinlər M.Hüseynzadənin nəşini Çepovani qəbristanlığında dəfn edərək məzarının üzərində xatirə abidəsi ucaltmışlar. 1957-ci il aprelin 11-də Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan oğullarının İtaliyanın ərazisində Triyest şəhəri və Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusunun kəşfiyyat-diversiya qrupunun tərkibində alman-italyan faşistlərinə qarşı qəhrəmanlıq əməlləri yuqoslav xalqı tərəfindən ehtiram və hörmətlə yad edilməkdədir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin