Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Yuqoslaviya özünüidara sosializmi dövründa. 1950-ci illar – 1980-cı illarin sonları



Yüklə 1,22 Mb.
səhifə133/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   129   130   131   132   133   134   135   136   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Yuqoslaviya özünüidara sosializmi dövründa. 1950-ci illar – 1980-cı illarin sonları. Yuqoslaviya dövlatinin dağılması. Xalq təsərrüfatının idarə olunması 1952-ci ildə keçirilmiş YKP-nın VI qurultayının gündəliyində duran əsas məsələ oldu. Qurultay ölkənin iqtisadiyyatı- nın ictimai özünüidarə prinsipləri əsasında yenidən qurulması kursunu qəbul etdi. Qurultayda partiyanın adının dəyişdirilib Yuqoslaviya Kommunistlər İttifaqı (YKİ) adlandırılması haqqında qərar qəbul edildi. YKP, gənclər ittifaqları, həmkarlar ittifaqları və digər ictimai təşkilatların daxil olduğu Xalq Cəbhəsi – Yuqoslaviya 6məkçi Xalq Sosialist İttifaqı adlandırıldı.
Xalq təsərrüfatında, sosial-iqtisadi sahələrdəki dəyişikliklər hüquqi cəhətdən konstitu- siya qanununda möhkəmləndirildi ki, bu qanun da 1953-cü ilin yanvarında qəbul edilmişdir. Bu qanuna əsasən Xalq Skupşinası tərəfindən 5 il müddətinə seçilən prezident vəzifəsi təsis edildi. Nazirlər Şurası yerinə prezidentin başçılığı ilə İttifaq İcraiyyə Veçesi yaradıldı. Xalq Skupşinası İttifaq Veçesi və İstehsalçılar Veçesinə bölündü. Beləliklə, xalq ittifaqı skupşinası dəyişikliyə məruz qaldı. Millətlər Veçesi əvəzinə İstehsalçılar Veçesi yaradıldı. Federal nazir- liklərinin də adları dəyişdirildi, onlar katibliklər adlanmağa başlandı. İ.Titonu YFXR-in prezi- denti, uzun müddət təhlükəsizlik orqanlarına başçılıq etmiş A.Rankoviçi vitse-prezident seç- dilər. 1955-ci ilin iyununda icmaların və rayonların yenidən təşkili və özünüidarə sisteminin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi haqqında qanun qəbul edildi. İcmalar və ya kommunalar zəhmətkeşlərin yerli özünüidarəçiliyinin ilk orqanları elan olundular.
1963-cü ilin aprelində ümumxalq müzakirəsindən sonra YFXR-in İttifaq Skupşinası yeni Konstitusiyanı qəbul etdi. Ölkənin yeni adı –Yuqoslaviya Sosialist Federativ Respub- likası (YSFR) adı qəbul edildi. Konstitusiyada əmək hüququ, 42 saatlıq iş həftəsi, əmək haqqı ödənilən məzuniyyət, sosial təminat, təhsil hüququ, minimal şəxsi gəlir hüququ təsbit edilirdi. İttifaq Skupşinası beş palatadan ibarət idi. Lakin tezliklə ikipalatalı sistemə qayıtmaq qərara alındı. Yeni Konstitusiyada seçkili vəzifəli şəxslərin və deputatların hər iki ildən bir dəyiş- dirilməsi – rotasiyası prinsipləri də öz əksini tapmış oldu. Həmçinin Yuqosaviyanın Konsti- tusiya məhkəməsi haqqında qanun da təsdiq edildi.
İ.B.Tito ölkənin prezidenti oldu, amma hökumətin başçısı – yəni İcraedici İttifaq Veçesinin sədri olmaqdan imtina etdi. İ.B.Titodan sonra hökumətə 1963-1967-ci illərdə Petar Stamboliç, 1967-1969-cu illərdə Mika Şpilyak, 1969-1971-ci illərdə Mitya Ribiçiç, 1971-1977- ci illərdə Cemal Biediç, 1977-1982-ci illərdə V.Curanoviç, 1982-1986-cı illərdə Milka Planints, 1986-1988-ci illərdə Branko Mikuliç, 1989-1992-ci illərdə Ante Markoviç başçılıq etmişdir.
1967, 1968 və 1971-ci illərdə konstitusiya mətninə dəyişikliklər edildi. Bu dəyişikliklərə müvafiq olaraq kollektiv rəhbər orqan funksiyası yerinə yetirən Federasiyasının Rəyasət Heyəti yaradıldı. Onun tərkibinə hər respublikadan 3 nəfər və hər muxtar vilayətdən 2 nəfər daxil idi. Göstərilən dəyişikliklərdən sonra respublikaların və muxtar vilayətlərin hüquqları genişləndi. 6mək kollektivlərinin də adı dəyişildi, onlar birləşmiş əmək təşkilatları adlanmağa başladılar.
Yuqoslaviyada ikinci və üçüncü beşilliklər dövründə (1957-1965-ci illər) ölkənin sənayeləşdirilməsi əsasən başa çatdı. Eyni zamanda dövlət istehsala ayrılan investisiyanın həcmini azaldaraq, qeyri istehsal və kənd təsərrüfatına ayrılan vəsaitin miqdarını artırdı ki, bu da bəhs edilən sahələrin tədricən dövlət və kooperativ bölmələrinə keçmələrinə şərait yaratdı. 1957-1961-ci illərdə həyata keçirilən islahatlar sayəsində müəssisələr tam müstəqillik alaraq qazandıqları milli gəlirin 45 faizini istədikləri kimi bölmək hüququna sahib oldular.
1965-ci ilin iyulunda İttifaq Skupşinası yeni sosial-iqtisadi islahatların əsasını qoyan bir sıra qanunverici aktlar qəbul etdi. Bu qanunların əsas məqsədi təsərrüfatın intensivləşdiril- məsinə keçilməsi, iqtisadiyyatın sahələrarası uyğunsuzluğunun ləğv edilməsi və onun stabil- ləşdirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, ölkənin beynəlxalq əmək bölgüsünə fəal cəlb edilməsi idi.
Daxili və xarici bazarlarda Yuqoslaviya sənayesinin rəqabət qabiliyyətini artırmaq üçün bazar iqtisadiyyatının bəzi prinsipləri də həyata keçirildi. Bununla əlaqədar xarici ticrətdə inhisarın ləğv edilməsi, müəssisələr üçün güzəştlər, avadanlıqların və texnoloji proseslərin modernləşdirilməsi nəzərdə tutulurdu. Qeyri-rantabelli müəssisələrə dövlət dotasiyası ləğv edilir, Yuqoslaviyada işə düzələ bilməyən şəxslərin xaricə getməsinə icazə verilirdi. Respublikalar və vilayətlər daha çox müstəqillik əldə etdilər.
Bu islahatların həyata keçirilməsi zamanı onun müsbət və mənfi tərəfləri üzə çıxdı. Bir tərəfdən sənaye istehsalında irəliləyiş baş verdi, müəssisələrin rentabelliyi artdı, onların ava- danlığı modernləşdirildi. Nəticədə gəlirlərin üçdəiki hissəsi əmək məhsuldarlığının artması hesabına baş verdi. Təkcə 1952-1980-cı illərdə sənaye istehsalı ildə orta hesabla 9,1 faiz artdı. Yuqoslaviyada tədbiq edilən iqtisadi modelin nəticəsində cəmiyyətin iqtisadiyyat üzərində, zəhmətkeşlərin öz əməklərinin yekunu və şəraitində hakimiyyəti möhkəmləndi. Lakin istehlakın artması, idxalın çoxalması iqtisadiyyatın sabitliyini pozdu. Ölkənin xarici borcları sürətlə artmağa başladı. İşə düzəlmə problemi kəskinləşdi, 70-ci illərin əvvəllərində işsizlərin sayı artmağa başladı, bir milyondan çox yuqoslav vətəndaşı iş dalınca xaricə getməyə məcbur oldu.
60-cı illərin sonu – 70-ci illərin əvvəlləri sosial və millətlərarası gərginliyin kəskin art- ması ilə xarakterizə olunur. 1968-ci ilin mayında Yuqoslaviyanın bir sıra şəhərlərində tələbə- lərin kütləvi nümayişləri oldu. Belqradda onlar daha geniş idi. “Evsiz tələbələrə-yataqxa- nalar!” “Rədd olsun qırmızı burjuaziya!” – bunlar Belqrad tələbələrinin əsas şuarları idi. Aryı- ayrı milli regionlar inkişafına görə bir-birindən xeyli fərqlənirdi. İqtisadi, təhsil və əhalinin həyat səviyyəsinin bütün göstəricilərinə görə YSFR-də Sloveniya birinci yerdə idi. 6halisinin
əsas hissəsi albanlardan ibarət olan Serbiyanın tərkibinə daxil olan Kosovo muxtar vilayəti axırıncı yerdə gedirdi. Qonşu Albaniya Xalq Respublikasının kütləvi informasiya vasitələri Kosovanı alban əhalisini Albaniya ilə birləşməyə çağırdı. 1968-ci ilin noyabrında muxtar vilayətin bir sıra şəhərlərində tələbələrin, şagirdlərin və fəhlələrin nümayişləri keçirildi. Lakin Belqradda olduğu kimi Kosovada keçirilən nümayişlər polis tərəfindən dağıdıldı, onun iştirakçılarının çoxu həbs edildilər.
İqtisadi islahatın doğurduğu milli və sosial gərginlik və yaranmış siyasi və iqtisadi duruma qarşı etiraz dalğası daha güclü şəkildi 1971-ci ildə Xorvatiyada baş verdi. 1970-ci ilin noyabrında Xorvatiyanın hər yerində yeni konstitusiya layihəsi müzakirə edilirdi. Konstitusiyanın maddələrində ittifaq respublikaların hüquqlarının daha da artırılması nəzərdə
tutulurdu, lakin bu yenə də federasiyanın orqanlarının hüquqlarının azaldılması hesabına həyata keçirilməli idi. Konstitusion dəyişikliklərin keçirilməsi zəruriliyini bir sıra amillər diktə edirdi. Onların içərisində heç olmasa respublikalararası münasibətlərdə və gərginlikdə yaranmış ziddiyyətlərin az da olsa zəiflədilməsi nəzərdə tutulurdu. Konstitusiya islahatlarında nisbətən inkişaf etmiş Sloveniya və Xorvatiyaya daha geniş imtiyazlar verilirdi, xüsusilə ölkənin milli regionlarının inkişafı üçün federasiya fonduna ayrılmaların azaldılması nəzərdə tutulurdu. Praktiki olaraq bütün respublikalarda – Serbiyada, Çernoqoriyada, Makedoniyada, Bosniya və Herseqovinada konstitusiya dəyişiklikləri tənqid olunurdu. Xorvatiyanın kütləvi informasiya vasitələrində respublika büdcəsindən vəsaitin “geridə qalmış rayonların əmək qa- biliyyəti olmayan əhalisinə” köçürülməsi xorvat xalqının istismar edilməsi kimi səslənməkdə idi. Xorvatiyanın iqtisadi və siyasi inkişafının yolları məsələsinə yanaşmada fikir ayrılığı respublikanın partiya-dövlət rəhbərliyində parçalanmaya səbəb oldu. Xorvatiya rəhbərliyinin bir hissəsi Xorvatiyada daha geniş müstəqillik verilməsini müdafiə edir, eyni zamanda ölkə rəhbərliyini şovinizmdə və bürokratik mərkəzləşdirmədə günahlandırırdı. Hətta məişət zəminində də xorvatlar və serblər arasında münasibətlər ciddi şəkildə kəskinləşmişdi.
Xorvatiyadakı şəraitə qiymət verərək ölkənin prezidenti və Yuqoslaviya Kommunistlər İttifaqının lideri İ.Tito qeyd edirdi ki, ölkəm millətlərarası vətəndaş müharibəsi ərəfəsindədir. YSFR -in prezidentin göstərişi ilə Xorvatiyada baş vermiş 1971-ci ilin payız çıxışları milisin və ordunun köməyi ilə ləğv edildi. Onun fəalları, respublikanın rəhbərləri, əsaslı iqtisadi və sosial dəyişikliklərin əleyhinə kəskin çıxış edənlər həbs edildilər. Onların arasında Xorva- tiyanın gələcək prezidenti, general-mayor F.Tucman da var idi. 1971-ci ilin dekabrında bəzi respublikaların və vilayətlərin, o cümlədən Serbiya və Xorvatiyada ali partiya və dövlət orqanlarının rəhbərləri vəzifələrindən uzaqlaşdırıldılar. Sonrakı hadisələr göstərdi ki, mürək- kəb millətlərarası və sosial-siyasi münasibətlərin güc tətbiq edilməklə həll edilməsi yalnız müvəqqəti nəticə verdi.
1971-ci ildə serblər və xorvatlar arasında millətlərarası münasibətlərin kəskinləşməsi ölkə rəhbərliyini sosial-iqtisadi həyata daha dərindən müdaxilə etməyə məcbur etdi. 1964-cü ildə YKP-in VIII qurultayında göstərildiyi kimi kommunistlərin başlıca vəzifəsi ideologiyanın formalaşdırılmasına və əhalinin tərbiyə işinə yönəldilmişdirsə, 70-ci illərdə keçirilən forum- larda əsas diqqət sosial-iqtisadi və maddi sahələrə yönəldildi. Qeyd edilirdi ki, fəhlə sinfinin rəhbər rolu şəraitində ictimai inkişafın və sosialist özünüidarəçiliyinin həyata keçirilməsində aparıcı qüvvə YKİ-dir. 1971-1973-cü illərdə partiya-dövlət və təsərrüfat həyatının bütün sahələrində rəhbər partiya kadrları içərisində təmizləmə aparıldı.
1974-cü ildə qəbul edilmiş Konstitusiya “birləşmiş xalqlar dövləti”nin tarixində sonuncu konstitusiya oldu. Konstitusiyaya əsasən istehsal vasitələri bütövlükdə ictimai mülkiyyətə çevrilir və birləşmiş əmək kollektivinə verilirdi. 1974-cü il Konstitusiyasına
əsasən ölkə ikipalatalı qanunverici orqan olan YSFR Məclisi sisteminə qayıtdı. Federasiya Məclisi respublika və dairə yığıncaqlarının seçdiyi İttifaq Respublika və dairə Şurasından, özünüidarə təşkilat və ictimai-siyasi birliklərin seçdiyi İttifaq Şurasından ibarət idi.
Konstitusiyaya görə sosialist respublikalarının hər birinin birtərəfli qaydada Yuqos- laviya İtifaqının tərkibindən çıxmaq hüququ var idi. Hər bir muxtar vilayətin sosialist respublikalarının malik olduğu səsvermə hüququ mövcud idi, lakin onlar respublikalardan fərqli olaraq birtərəfli qaydada İttifaqın tərkibindən çıxa bilməzdilər. Hakimiyyətin icraedici orqanı İttifaq İcraedici Şurası təsbit olundu. 1974-cü il Konstitusiya ilə müttəfiq respub- likaların hüquqları xeyli genişləndirildi. Bu hüquqlar Serbiyanın Voyevodina və Kosovo muxtar vilayətlərinə də verilirdi. Respublikalar və vilayətlər əslində həm iqtisadi, həm də hüquqi-siyasi sahədə müstəqil dövlətlərə çevrildilər.
YSFR Skupşinası (İttifaq veçesi və respublika-vilayətlərin veçesi) YSFR Rəyasət Heyətini – dövlət hakimiyyətinin ali orqanını seçdi. Onun tərkibinə 8 nəfər, 6 respublikanın və 2 muxtar vilayətin hərəsindən bir nümayəndə daxil idi. Yuqoslaviya xalqı qarşısında tarixi xidmətlərinə görə İ.Broz Tito ömürlük Rəyasət heyətinin sədri seçildi. Onun ölümündən sonra Rəyasət Heyətinin 8 üzvü növbə ilə YSFR Rəyasət Heyətinin sədri olmalı idilər.
1978-ci ilin iyulunda keçirilən YKİ-nin XI qurultayı İ.Broz Titonun iştirak və çıxış etdiyi sonuncu qurultay oldu. Özünün məruzəsində o, bir daha qeyd etdi ki, sosialist özünüidarəsi və birləşməmək siyasəti YSFR -in daxili və xarici siyasətində əsas olaraq qalır. Qurultayda MK ilə yanaşı YKİ MK-nın 23 nəfərdən ibarət Rəyasət Heyəti də seçildi. Onun üzvləri bir il müddətinə seçilirdi. Yalnız hökumət İttifaq İcraiyyə Veçesi-Skupşina tərəfindən
4 il müddətinə seçilirdi. 1980-ci il mayın 4-də Yuqoslaviya kommunistlərinin və yeni Yuqoslaviyanın bir neçə on il dəyişilməz rəhbəri olmuş İ.Broz Titonun ölümü federasiyanın gələcək taleyinə təsir göstərməyə bilməzdi.
İosip Broz Tito 1892-ci il mayın 7-də Avstriya-Macarıstanın tərkibinə daxil olan Kumrovetsdə anadan olmuşdur. 1910-cu ildə Xorvatiya və Sloveniya Sosial Demokrat partiyasının sıralarına daxil olmuşdur. 1913-cü ildə imperiya ordusunda qulluq edərək unter- zabit rütbəsi almışdır. Birinci Dünya müharibəsində iştirak edərək döyüşdə yaralanıb ruslara
əsir düşmüşdür. Rusiyada vətəndaş müharibəsində Qırmızı qvardiyaçılar tərəfində döyüş
əməliyyatlarında iştirak etmiş, 1920-ci ildə Yuqoslaviyaya qayıtmışdır. Yuqoslaviyada kom- munist hərəkatında iştirak edərək dəfələrlə həbs edilmiş, 1937-ci ilin dekabrından Yuqos- laviya Kommunist pasrtiyasına rəhbərlik etmişdir. Alman işğalçıları Yuqoslaviyanı zəbt etdikdən sonra 1941-ci il iyulun 4-də İ.B.Tito Yuqoslaviya Xalq Azadlıq Ordusunun rəhbərlik kimi düşmənə qarşı partizan hərəkatının əsas təşkilatçısı olmuşdur. İlk vaxtlar çetniklər və partizanlar işğalçılara qarşı birgə mübarizə aparsalar da, ideoloji fikir ayrılığı üzündən 1941-ci ilin noyabrında onlar arasında əsl vətəndaş müharibəsi getmişdir. 1944-cü il mayın 25-də alamların hava desant qüvvələri Drvar şəhərində Titonu məhv etmək məqsədi ilə əməliyyat keçirsə də buna nail ola bilməmişdir. 1945-ci il aprelin 5-də İ.B.Tito Sovet qoşunlarının mü- vəqqəti olaraq Yuqoslaviya ərazisinə yeridilməsinə dair İ.Stalinlə saziş bağladı. Birgə döyüş
əməliyyatı ilə Yuqoslaviya işğalçılardan təmizləndi. İ.B.Titonun rəhbərliyi ilə Yuqoslaviya Federativ Xalq Respublikası təşkil olundu. Yuqoslaviya Balkan Federasiyasına qoşulmaq haqqında İ.V.Stalinin təklifini qəbul etmədiyi üçün 1949-cu ildə SSRİ rəhbərliyi Yuqoslaviya ilə dostluq, qarşılıqlı yardım və müharibədən sonrakı əməkdaşlıq haqqında müqaviləni ləğv etdi. Sovet rəsmi təbliğatında antikommunist faşist tipli rejimin başçısı bəyan edilən İ.B.Tito 1953-cü ildən ölkəsinin prezidenti seçildi və ömrünün sonuna kimi bu vəzifədə qalmışdır.
N.S.Xruşşovun “mülayimləşmə” siyasəti zamanı SSRİ Yuqoslaviya kəsilmiş münasi- bətləri bərpa edilməsinə baxmayaraq ölkə öz sosialist modlei yolundan əl çəkməyərək VMT və QİYS-nın üzvü olmaqdan imtina etmişdir. İ.B.Titonun hakimiyyəti illərində Yuqoslaviya Birləşməmək hərəkatının təşkilatçılarından biri olmuş, ölkənin iqtisadi və sosial göstəriciləri isə Avropa dövlətlərinin çoxundan üstün olmuşdur. 1980-ci il mayın 4-də Marşal İosin Broz Tito Lyublyanada vəfat etmişdir.
İ.B.Titonun ölümündən sonra Yuqoslaviya Federasiyasının liderləri əvvəlki kursu davam etdirərək növbə ilə YSFR -nın Rəyasət Heyətinin sədri vəzifəsini yerinə yetirməyə başaldılar. 1982-1986-cı illərdə hökumətə Milka Planints, 1986-1988-ci illərdə Branko Mikuliç başçılıq etmişdir. 1980-ci illərdə Yuqoslaviyada iqtisadi problemlər kəskinləşməkdə davam edirdi. 1983-cü ilin iyulundan qəbul edilən iqtisadi vəziyyəti sabitləşdirmək proqramı
əsasən əmək məhsuldarlığının yüksəldilməsini, inflyasiya, xarici ticarət kəsirinin azaldılma- sını, məşğulluğun artırılmasını, iqtisadi siyasətin sərtləşdirilməsini nəzərdə tuturdu. Lakin proqramda nəzərdə tutulanların həyata keçirilməsi gözlənilən nəticəni vermədi. 1987-ci ilə doğru ölkənin xarici borcu 19 milyard ABŞ dollarına, inflyasiya 167 faizə çatdı. 6halinin real gəliri isə 7 fazi azaldı.
YSFR 80-cı illərlə iqtisadi çətinliklərin kəskin şəkildə dərinləşməsi və Kosovo muxtar vilayətində milli-siyasi böhranın üzə çıxması şəraitində daxil oldu. 1981-ci ilin aprelində Kosovoda kütləvi mitinqlər və nümayişlər başladı. Etiraz edənlərin başlıca şüarlarından biri muxtar vilayətə ittifaq respublikası statusunin verilməsi tələbi idi. Bu çıxışlar Belqrad üçün göz- lənilməz oldu. Sonradan aydın olmuşdur ki, Kosovoda milis və təhlükəsizlik orqanları işçilərinin çoxu albanlardan idi ki, onlar da əhali içərisində millətçilik və separatçılığın artması haqqında vaxtında məlumat verməmişlər. Kosovo hadisələri Titodan sonrakı dövrdə Yuqosla-
viya üçün ilk ciddi həyəcan əlaməti idi. Vəziyyəti normallaşdırmaq məqsədilə YSFR Rəyasət Heyəti Kosovoda fövqəladə vəziyyət elan edilməsi haqqında qərar qəbul etdi. Muxtar vilayətin
ərazisinə ordu hissələri və İttifaq katibliyi daxili işlər nazirliyinin milis bölmələri yeridildi.
Eyni zamanda, Yuqoslaviya iqtisadiyyatında böhran da artmağa başladı. 1974-cü il Konstitusiyası respublikalara və vilayətlərə o qədər böyük müstəqillik vermişdi ki, artıq Yuqoslaviya Federasiyasında vahid iqtisadi sistem fəaliyyətini dayandırmışdı. Yuqoslaviya
ərazisində 8 muxtar iqtisadi region yaradılmışdı ki, onlar da dövlət içərisində praktiki olaraq dövlətə çevrilmişdilər. Respublikaların və vilayətlərin iqtisadi muxtariyyəti şəraitində respublikalar arasında mal dövriyyəsi azalmağa başladı. Respublikalar buraxılan məhsulun yalnız yarıdan çoxunun qiymətlərinə nəzarət edirdi və məhsulu maksimum baha qiymətə satmağa cəhd edirdi ki, bu da qiymətlərin artmasına və infilyasiyaya səbəb olurdu. Respub- likalarda real hakimiyyət özünüidarə orqanlarının deyil, məmurların əllərində cəmləşmişdi.
Kosovada yaranmış vəziyyət nəinki 80-ci illərdə, həmiçinin bütünlükdə 90-cı illər
ərzində də gərgin olaraq qalmaqda davam etdi. Kosovo problemi Yuqoslaviya federasiyasının vahid dövlət kimi dağılmasına gətirib çıxaran mühüm faktor oldu. 1988-ci ildə Serbiya Skupşinasının qəbul etdiyi qanunla vilayətlərin hakimiyyət orqanlarının səlahiyyətləri xeyli məhdudlaşdırıldı. Voyevodina və Kosovo qanunverici və məhkəmə hakimiyyəti funksiyala- rının bir hissəsindən məhrum edildilər. Bu qərarı Kosovo albanları etiraz aksiyaları – nümayişlərlə, tətillərlə qarşıladılar. Muxtariyyətin məhdudlaşdırılması ilə əlaqədar separat çıxışlara və etiraz aksiyalarına cavab olaraq serblərin kütləvi manifestləri və sərt cəza tədbirləri həyata keçirildi. Belə ki, 1988-ci ilin payızında Belqradda keçirilən mitinqlərin birində bir milyon nəfər iştirak etmişdi. 1989-cu ildə vilayətin rəhbərləri əvvəl vəzifədən uzaqlaşdırıldılar və sonra həbs edildilər. Vilayətdə komendat saatı tətbiq edildi.
Kosovo ətrafındakı münaqişəyə tədricən başqa respublikalar da cəlb edilirdi. Kosovoda ictimai qaydaların bərpası əməliyytalarının maliyyələşdirilməsi Serbiyanın respublika büd- cəsindən deyil, bütün respublikalar tərəfindən formalaşdırılan ümumfederal büdcədən maliy- yələşdirilirdi. Bununla da Kosovo problemi ağır yük kimi Sloveniya və Xorvatiyanın iqtisa- diyyatı və maliyyəsi üzərinə düşürdü. Halbuki, bu ölkələr Serbiyanın daxili problemlərinin həll edilməsində iştirak etməyə deyil, Avropa İttifaqı ölkələri ilə inteqrasiyada iştirakında maraqlı idilər.
1989-cu ilin dekabrında Kosovoda yaşayan serblər və çernoqoriyalılar Sloveniya ictimaiyyətinin diqqətini muxtar vilayətdə baş verən hadisələrə cəlb etmək məqsədilə Lyubli- yanada mitnq keçirmək istədiyini elan etdilər. Sloveniya bunun yolverilməz olduğunu və qarşısının güc vasitəsilə alınacağını bildirdi. Buna cavab olaraq Serbiya hökuməti öz respublikası vətəndaşlarına müraciət edib sloveniyalılarla iqtisadi əlaqələri kəsməyə çağırdı. Sloveniya mallarının boykotu Serbiya Skupşinasının gizli qərarı ilə təsdiq olundu. 1990-cı ilin fevralında Sloveniyadan gəlmiş milis dəstəsi nümayişkəranə şəkildə Kosovodan çıxarıldı. Həmin ilin aprelində Xorvatiya da belə bir addım atdı.
Ölkənin federal hökuməti ölkədə iqtisadi və siyasi böhranı dəf etmək məqsədilə bir sıra addımlar atdı. 1988-ci ildə Yuqoslaviya Skupşinası YSFR konstitusiyasına yeni düzəlişlər etdi. Veçeyə məşhur iqtisadiyyatçı A.Markoviç başçılıq edirdi. Həyata keçirilən pul islahatı nəticəsində yuqoslav dinarının alıcılıq qabiliyyəti artırıldı. Lakin iqtisadi dirçəliş çox qısa müddətli oldu. Ante Markoviçin 1989-1992-ci illəri əhatə edən hökuməti ölkədə vəziyyəti qaydaya salmaq məqsədilə iqtisadi tədbirləri sərtləşdirdi, əmək haqqı və iqtisadiyyatın libe- rallaşmasına nəzarət artırıldı. Tamamilə bazar iqtisadiyyatına keçmək, bütün mülkiyyət for- malarının bərabərliyini təmin etmək, siyasi sahədə çoxpartiyalı sistemə keçmək və hüquqi dövlət yaratmaq nəzərdə tutulurdu. Məhz bu tədbirlər nəticəsində 1990-cı ildə ölkədə inflya- siyanın qarşısını almaq və ya xarici dövlət borclarını xeyli azlatmaq mümkün oldu. Lakin iqtisadiyyatın liberallaşdırılması ölkədə sosial-iqtisadi vəziyyəti daha da kəskinləşdirdi, etiraz və tətillər artdı. Serbiya, Voyevodina və Çernoqoriyada daha güclü etiraz aksiyaları keçirildi, bir çox partiya və dövlət rəhbəri istefaya getməyə məcbur oldu. 1980-ci illərin sonunda Yuqoslaviyanın respublika və vilayətlərində milli çıxışlar, yerli partiya dövlət rəhbərliyində
hakimiyyət uğrunda mübarizə kəskinləşdi. 1988-ci ilin oktyabrında Voyevodina, 1989-cu ilin fevralında Çernoqoriyadakı kütləvi mitinqlər bu regionların hakim dairələrinin istefasına gətirib çıxardı. 1990-cı ilin yanvar-fevralında millətlər arasındakı ziddiyətlər, sosial-siyasi gərginlik Yuqoslaviya Kommunist İttifaqının parçalanmasına səbəb oldu. 1990-cı ilin yanvarında toplanan növbədənkənar YKİ-nin XIV qurultayında Kommunistlərin Sloveniya və Xorvatiya nümayəndələri zalı tərk etdilər. Bununla da praktik olaraq Yuqoslaviya Kommu- nistlər İttifaqı vahid partiya kimi fəaliyyətini dayandırdı. 1990-cı ildə Kosovanı yenidən kütləvi nümayişlər bürüdü. Nümayişi dağıtmaq üçün güc tətbiq edildi, ölənlər və yaralananlar oldu. Belqrad Universitetinin tələbələri YSFR -nin Skupşinası qarşısında “Kosovonu vermərik!” şuarı altında nümayiş təşkil etdilər.
1990-cı ilin aprelində Sloveniyada parlament və prezident seçkiləri oldu. Müharibədən sonra Yuqoslaviyada ilk dəfə olaraq seçkilər çoxpartiyalı sistem əsasında keçdi. Sloveniyanın kommunistlər ittifaqına başçılıq edən M.Kuçan ölkə prezidenti seçildi. Eyni vaxtda Xorva- tiyada da Sloveniyadakı kimi seçkilər keçirildi. Xorvat Demokratik 6məkdaşlıq partiyası deputat yerlərinin üçdəikisini qazandı, partiynın lideri F.Tucman Xorvatiyanın prezidenti seçildi.
1990-cı il iyulun 2-də Sloveniyanın Skupşinası Sloveniya Respublikasının tam müstə- qilliyi haqqında bəyənnamə qəbul etdi. Bu əslində 1945-ci ildə elan edilən Yuqoslaviya Fe- derasiyasının dağılması demək idi. 1991-ci il yanvarın 25-də Makedoniya, 1991-ci il iyunun 25-də Xorvatiya parlamentləri müstəqillik haqqında qərar qəbul etdilər. Bununla da dünənki Yuqoslaviya Federasiyası dağılaraq vahid hüququ dövlət statusunu itirdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin