Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Çexoslovakiyanın siyasi inkiúafı



Yüklə 1,22 Mb.
səhifə97/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   93   94   95   96   97   98   99   100   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Çexoslovakiyanın siyasi inkiúafı. 1920-ci il fevral Konstitusiyası ÇSR-i parlamentli demokratik respublika elan etdi və parlament dövlətdə ali qanunverici orqan oldu. Parlament müvafiq surətdə 300 və 150 nümayəndədən ibarət olan iki palatadan – deputatlar palatası və
senatdan ibarət idi. Prezident parlament tərəfindən seçilirdi və böyük səlahiyyətlərə malik idi. O, hökuməti təyin etmək və istefaya göndərmək, parlamenti buraxmaq hüququna malik idi. Prezident həm də ölkənin ali baş komandanı idi. Konstitusiya bütün vətəndaşların hüquq bərabərliyini və şəxsiyyətin toxunulmazlığını, söz, yığıncaq, dini azadlığını elan edir, tətil hüququnu, müxtəlif məqsədli ictimai və siyasi təşkilatların yaradılması hüququnu verirdi.
Milli azlıqlara geniş hüquqlar verirdi. Onların hamısı faktiki olaraq mədəni muxta- riyyətdən istifadə edirdilər. Milli azlıqların sayı 20 faiz olardısa kargüzarlıq iki dildə aparı- lırdı. Ümumiyyətlə, ölkənin ictimai həyatının bütün sahələrində demokratikləşmə baş verdi. Ölkədə 8 saatlıq iş günü tətbiq edildi, əmək haqqı artırıldı, ən zəruri malların qiymətləri aşağı salındı. Daxili stabilliyin əldə edilməsində aqrar islahatın çox mühüm rolu oldu. Çexoslo- vakiya regionun inkişaf etmiş demokratik ölkəsinə çevrildi. 6vvəllər mövcud olan milli zülm ləğv edildi, lakin milli ziddiyyətlərin səbəbləri nəinki qalırdı, həm də onlar yeniləri ilə əvəz olunurdu. Almanların və macarların azlıq təşkil etmələri yeni ziddiyyətlər doğururdu. Ölkədə sosial, siyasi, milli və s. prinsiplər əsasında iyirmidən artıq siyasi partiya yaradıldı. Onların içərisində üç, yəni respublika, milli və kommunist istiqamətləri göstərmək olar. Birincilər, T.Q.Masarik ruhunda parlament demokratiyası mövqeyində duran çex, çex-slovak və alman partiyalarının birliyindən ibarət idi. Buraya sosial-demokratlar, milli sosialistlər, aqrar və katolikyönümlü partiyalar daxil idi. İki digər istiqamətin tərəfdarları mövcud rejimə qarşı barışmaz müxalifətdə dayanaraq parlament demokratiyası çərçivəsində öz mübarizələrini davam etdirirdilər. Millətçi təmayüllü partiyalar respublikanı əhalinin çoxmillətli xarakterinə müvafiq olaraq yenidən qurmağı tələb edirdilər. Onlardan biri olan keşiş A.Qlinkanın Slovak Xalq partiyası müstəqil dövlətin yaranmasını müdafiə etdiyi halda, digər alman və polyak millətçiləri onu müdafiə etmirdi.
Görkəmli xadim B.Şmeralın (1880-1941) rəhbərlik etdiyi inqilabi istiqamət 1921-ci ilə kimi sosial-demokratiya çərçivəsində fəaliyyət göstərirdi. Birinci Dünya müharibəsində əsir düşərək Rusiyadakı inqilabi hadisələrə şahidlik etmiş və sonra vətənə dönən bu istiqamətin təmsilçiləri öz radikalizmi ilə fərqlənirdilər. Ölkənin siyasi sistemi konstitusiya azadlıqları çərçivəsində fəaliyyət göstərirdi. Bu dövrdə, fəhlə və sosialist hərəkatında sağlara və çoxlu miqdarda sollara, marksistlərə bölünmüş cərəyanlar meydana gəldi. 1919-cu ilin dekabrında B.Şmeral, İ.Qibeş, A.Zapototski başda olmaqla Çexoslovakiya Sosial Demokrat Fəhlə partiyasının inqilabçı marksist sol qanadı təşkil olundu.1920-ci ilin sentyabrında partiyanın 13-cü qurultayı ÇSDFP (Sol)-nın yarandığını elan etdi. Partiyanın sağ liderləri bu qərarı qəbul etmədilər. Dekabrın 9-da polis Solların İcraiyyə komitəsinin yerləşdiyi binanı tutdu. “Rude pravo” qəzetinin mətbəəsini möhürlədi. Buna cavab olaraq Solların çağırışı ilə ölkəni, xüsu- silə Slovakiya və Zakarpat Ukraynasını tətil hərəkatı bürüdü. Dekabr siyasi tətili Kommunist partiyasının yaranmasını sürətləndirdi. 1921-ci il mayın 14-16-da Çexoslovakiya Sosial- Demokrat (sollar) partiyasının qurultayı oldu, bu qurultay Çexoslovakiya Kommunist Parti- yasını yaratdı. Qurultay “Çexoslovakiya Kommunist Partiyası” adını qəbul edərək, Komin- ternə daxil olması haqqında qərar qəbul etdi. 1921-ci il oktyabrın 30- noyabrın 4-də olan bir- ləşdirici qurultay vahid Çexoslovakiya Kommunist Partiyasının yaradılmasını başa çatdırdı.
Müstəqillik əldə etdikdən sonra 1920-ci ilin aprelində ilk dəfə parlament seçkiləri keçi- rildi. Seçkilərdə A.Qlinkanın başçılıq etdiyi Slovakiya Xalq partiyası daha çox deputat man- datı aldı. Sosial-Demokratlar və Milli Sosialistlər də xeyli uğur qazandılar. Sosialist təma- yüllü və aqrarçılardan ibarət “qırmızı yaşıllar” adını almış hökumət yaradıldı. Aqrarçılar məclisdə ikinci seçici səsə toplanmış partiya idi. Hökumətə ilk vaxtlar sosial-demokrat V.Tu- sar başçılıq etdi. 1920-ci il sentyabrın 15-də onun yerini bitərəf mütəxəssis Yan Çernı tutdu. Hökumətin tərkibinə beş partiyanın nümayəndələri daxil edildiyindən kabinetə “Pyaterka”, yəni beşlik deyilirdi. Ölkədə siyasi mübarizənin kəskinləşməsi Y.Çernı hökumətinin 1921-ci ilin oktyabrında istefaya getməsi və A.Şveqlanın başçılığı altında “Milli birlik” adlanan höku- mətin hakimiyyət başına gəlməsinə şərait yaratdı. 1925-ci ildə “Milli birlik” hökuməti dağıldı, həmin ilin payızında vaxtından əvvəl parlament seçkiləri keçirildi. Seçkilər sosialistlərin və həmçinin iri burjuaziyanın milli demokratlar partiyasının mövqelərinin zəifləməsini nümayiş
etdirdi. Seçkilərdə 13,5 faiz səs toplayan Aqrar partiya qələbə qazandı. Çexoslovakiya Kom- munist partiyası seçkilərdə ikinci yeri tutdu. Slovakiyada isə A.Qlinkanın Xalq partiyası daha çox səs toplayaraq, xeyli mandat qazandı.
Seçkilərdən sonra, 1926-cı ildə A.Şveqlanın başçılığı altında yeni hökumət təşkil edildi. Hökumətin tərkibinə alman Aqrar partiyasının və Xristian-Sosial partiyasının nümayəndələri də daxil edildilər. 1927-ci ildə T.Masarikin yenidən ÇSR-in prezidenti seçilməsi əksər siyasi qüvvələrin ölkənin demokratik inkişafı və milli zidiyyətlərin aradan qaldırılması kursunu müdafiə etdiyini göstərirdi. 1927-ci ildə həmçinin idarəçilik sistemində də islahat keçirilirdi. Mərkəzləşmədən imtina edildi və əraziləri idarə etmək məqsədilə Çexiya, Moraviya, Sleziya, Slovakiya, Podkarpat Rusu-Qərbi Ukrayna ərazi vahidləri yaradıldı. Yerlərdə seçkili özünü- idarə orqanları yaradıldı, vergi islahatı da keçirildi və hakim təbəqələrə bəzi güzəştlər edildi.
1929-cu ilin oktyabrında vaxtından əvvəl, 1931-ci ildə keçirilməsi nəzərdə tutulmuş parlament seçkiləri keçirildi. Sosial-Demokratlar 13,5 faiz, Milli Sosialistlər 10,4 faiz səs topladılar. Kommunistlər əvvəlki seçkilərlə müqayisədə 20 faiz az səs topladılar. Burjua parti- yaları içərisində yalnız Aqrar partiyası böyük uğur qazanaraq 14,9 faiz səs topladı. 1929-cu il seçkilərindən sonra prezident T.Masarikin fəal iştirakı ilə1938-ci ilə qədər ölkənin siyasi- iqtisadi inkişafını müəyən edən tədbirlər həyata keçirildi. İslahatçılardan və burjua partiya- larından ibarət yeni koalisiya yaradıldı. Burada demək olar ki, bütün partiyalar təmsil olun- muşdur. Bu koalisiyaya yalnız milli-siyasi muxtariyyət uğrunda mübarizə aparan Slovakiya Xalq partiyasının nümayəndələri daxil edilməmişdilər. Yeni hökumətə F.Udrjal başçılıq edirdi.
İqtisadi böhran şəraitində fəhlə və kəndli hərəkatının radikallaşması gücləndi, nüma- yişçilər və tətil hərəkatı iştirakçıları ilə polis arasında toqquşma baş verdi. Slovakiyanın 25 min kənd təsərrüfatı fəhləsinin tətili və Mostov kömür hövzəsinin 15 min mədənçisinin tətili bu tətillər içərisində fərqlənirdi. 1929-cu il avqustun 1-də 60 min nəfərin iştirakı ilə kütləvi siyasi çıxışlar baş verdi. 1929-cu ildən 1933-cü ilə qədər ölkədə işsizlik artmışdı. Hökumət 1930-cu ildə işsizlərin pulsuz yeməklə təmin olunması proqramını həyata keçirməyə başladı. Həmkarlar ittifaqlarının üzvü olmayan işsizlər isə həftədə 10-20 kron yemək pulu alırdı.
Böhranın sosial nəticələrini həll edə bilmədiyinə görə F.Udrjal hökuməti 1932-ci ilin payızında istefaya getməyə məcbur oldu. Hakimiyyətə Y.Malipetra hökuməti gəldi və bu hökumət hakimiyyətdə 1935-ci ilin payızına qədər qaldı. Böhrandan çıxmaq üçün yeni hökumətə fövqəladə hüquqlar və vəkalətlər verilməsi haqqında qanun qəbul edildi. Sağ qüvvələrin Baş nazirə fövqəladə səlahiyyətlər verilməsi tələbləri isə rədd edildi. Bu ÇSR-in siyasi sisteminin avtoritar ssenari üzrə inkişafının qarşısını ala bildi. Yuxarıda qeyd etdiyimiz qanundan sonra daha bir neçə qanun – dövlət mühafizəsini gücləndirmək haqqında, ilkin senzura tətbiqi haqqında qanunlar da qəbul edilmişdi. Eyni zamanda Çex və Slovak cəmiy- yətinin böyük əksəriyyəti daxili irticanın qol-qanad açmasının əleyhinə idilər.
İqtisadi böhran xüsusilə sərhəd rayonlarının vəziyyətinə daha ağır zərbə vurdu. Başqa bir tərəfdən onlar çex rayonlarından daha az dövlət yardımı alırdılar. Bu isə hitlerçi təbliğatın almanları çexlər və onların dövləti ilə qarşı-qarşıya gətirmələrinə şərait yaradırdı. Odur ki, hökumət ölkədə, Almaniyada Hitler hakimiyyəti ələ keçdikdən sonra öz fəaliyyətini xüsusilə gücləndirmiş faşist təşkilatlarının yaradılmasına birmənalı yanaşmır və açıq milli-sosialist rəmzlər daşıdığı üçün iki alman radikal partiyası 1933-cü ilin oktyabrında qadağan edilmişdi. Lakin onların liderləri bir neçə gündən sonra Sudet-alman vətənpərvər cəbhəsi yaratdılar ki, bu da 1935-ci ildə Sudet-alman partiyası adını aldı. Partiyaya bədən tərbiyəsi müəllimi K.Henleyn başçılıq edirdi və bu separatçı hərəkatın üzvləri henleynçilər adlanırdı. Bu partiya- nın güclənməsi çex siyasi elitasını çox narahat edirdi. Bundan başqa, Slovakiyada slovak Xalq partiyası adını almış, katolik ruhani Qlinka tərəfindən başçılıq edilən burjua millətçi partiyası da fəaliyyət göstərirdi.
1935-ci ilin mayında parlamentə seçkilər keçirildi. Bu seçkilər olduqca gərgin daxili siyasi şəraitdə keçirildi. Parlament seçkiləri göstərdi ki, Çexoslovakiyanın siyasət cəbhəsində nəzərə çarpacaq qruplaşma baş verməmişdir. Parlamentdə 45 mandat almış Aqrar partiyası
birinci yerə (14,3%), 44 mandat almış henleynçilər, yəni henleyn Sudet-alman faşist partiyası ikinci yerə çıxdı. Seçkilərdə Kommunist partiyası 850 min səs toplayaraq 30 mandat aldı.
T.Masarik Çexoslovakiya respublikasının prezidenti vəzifəsindən xəstəliyi ilə əlaqədar istefa verdikdən sonra mürtəce ittifaq 1935-ci ildə keçirilən prezident seçkilərində öz nami- zədini keçirməyə çalışdı, lakin bacarmadı. Prezident vəzifəsinə 1933-1935-ci illərdə koolektiv təhlükəsizliyin bəzi tədbirlərini müdafiə etmiş Masarikin şagirdi Eduart Beneş parlamentdə 340 deputatın səsini alaraq seçildi. Bununla da ölkənin siyasi sistemi özünün demokratik xarakterini saxladı.
Beneş Eduard 1884-cü ildə Bogemiyanın Rakovnik şəhərində anadan olmuşdur. 1896- 1904-cü illərdə Vinoqraddakı gimnaziyada, 1904-cü ildə Sarbonna Universitetində, Berlində təhsil alaraq 1908-ci ildə hüquq, 1909-cu ildə fəlsəfə doktoru dərəcəsi almışdır. 1916-cı ildə T.Masarik və R.Ştefaniklə birlikdə Parisdə Çexoslovakiya Milli Şurasını təşkil etmişdir. 1918-ci il oktyabrın 28-də Çexoslovakiyanın müstəqilliyi elan olunduqdan sonra ölkənin Xarici İşlər naziri təyin edilərək 1918-1935-ci illərdə 17 il fasiləsiz xarici siyasət idarəsinə rəhbərlik etmişdir. Paris Sülh konfransında Xarici İşlər naziri kimi ölkəsini təmsil edərək Millətlər Cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. 1926-cı ildən Çexoslovakiya Milli Sosialist partiyasının rəhbərlərindən biri olmuşdur. 1935-ci il dekabrın 18-də T.Masarikdən sonra Çexoslovakiyanın ikinci prezidenti seçilmişdir. Münhen sövdələşməsindən sonra 1938- ci il oktyabrın 5-də istefa verərək 1940-cı ildə Londonda Mühacir hökumətin prezidenti kimi fəaliyyət göstərmişdir. 1942-ci ildə o, antihitler koalisiyasının iştirakçıları tərəfindən Münhen sövdələşməsinin ləğv edilməsinə müvəffəq olmuşdur. 1945-ci il oktyabrın 28-də ölkənin müvəqqəti parlamenti onun prezidentliyini təsdiq etmiş, 1946-cı il iyulun 19-da o, yeni parlament tərəfindən təkrar ölkənin prezidenti seçilmişdir.1948-ci il mayında kommunistlərin hazırladığı ölkə konstitusiyasını imzalamaqdan imtina edərək iyunun 7-də istefa vermişdir. 1948-ci il sentyabrın 3-də vəfat etmişdir. 2005-ci ildə Praqanın Loretan meydanında onun xatirə büstü ucaldılmışdır.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin