Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə93/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   89   90   91   92   93   94   95   96   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Polúanın iqtisadi inkiúafı. Polşada siyasi sistemin yenidən qurulması dövründə ölkənin iqtisadiyyatında ciddi çətinliklər yaranmışdı.1989-cu ilin birinci yarısında inflyasiya kəskin şəkildə artmağa başladı. Meçislav Rakovskinin başçılıq etdiyi Polşa Xalq Respublikasının sonuncu hökumətinin qiymətləri və əmək haqqını dondurmaq cəhdi bir nəticə vermədi. Ma- ğazaların rəfləri boşaldı. 1989-cu il iyulun sonlarında bazar qiymətlərinə keçilməsi ilə əlaqə- dar inflyasiya 1989-1990-cı illərdə 558 faizə çatdı, qara bazarda bir Amerika dolları 13 min zlotıya dəyişdirilirdi. Ölkənin borcları 48 milyard dollara yüksəlmişdi.
İqtisadiyyatın yenidən qurulması böyük çətinliklərlə həyata keçirilirdi. Həyat səviy- yəsinin aşağı düşməsi, kütləvi işsizlik, əhalinin sosial müdafiəsinin zəif olması, bütün bunlar etiraz çıxışlarına səbəb olur və ölkənin sosial-siyasi vəziyyətini mürəkkəbləşdirirdi. 1989-cu il seçkilərdən sonra hökumətin baş naziri “Həmrəylik” xadimi Tadeuş Mazovetski oldu. T.Ma- zovetski hökuməti maliyyə naziri Leşek Baltseroviçin hazırladığı iqtisadiyyatın köklü surətdə yenidən qurulması və sağlalaşdırılması palnını həyata keçirməyə başladı. Bu plana Polşa iqtisadiyyatının sabitləşdirilməsinin Baltseroviç planı deyilirdi. Plan qərb ölkələri tərəfindən bəyənildi və maliyyə dəstəyi aldı. O, planlı iqtisadiyyatın sürətlə bazar iqtisadiyyatına keç- məyini nəzərdə tuturdu və “sok terapiya” – yəni məşğulluğun azaldılaması, işsizliyin artması adını aldı. Qiymətlər üzərində nəzarət ləğv olundu, dövlət mülkiyyəti özəlləşdirilməyə baş- landı, xarici kapital iqtisadiyyata cəlb edildi. Bu tədbirlər bazarın sabitləşməsinə nail olmağa imkan verdi, mağazalar müxtəlif mallarla dolmağa başladı, defisit anlayışı yox oldu, ölkənin pul vahidi zlotı konversiya edilmək qabiliyyəti qazandı. Polşanın bazar iqtisadiyyatına keçmə- sində marağı olan Qərb ölkələri Polşaya kömək göstərdilər. Onlar 1991-ci ildə 50 miyard dol- ları – keçmiş borcu azaltmağa razı oldular. Görülən tədbirlər sənaye və kənd təsərrüfatı isteh- salının aşağı düşməsinin qarşısını almaq üçün heç də kifayət deyildi. Sənaye müəssisələrinin müflisləşməsi və dövlət kənd təsərrüfatı müəssisələrinin ləğv edilməsi halları baş verirdi.
Baltseroviç planı nəzərdə tutulduğundan daha sürətlə keçirildiyindən işsizlərin sayı 1991-ci ilin payızında artaraq 2,4 milyon nəfərə çatdı. Ölkədə tətil dalğası, nümyaişlər başladı və bu da vaxtaşırı asayiş qüvvələri ilə toqquşmalara gətirib çıxarırdı, qeyri rəsmi məlumata görə bu toqquşmalarda 18 nəfər həlak oldu ki, bu da 1981-ci ildə tədbiq edilmiş hərbi vəziyyət dövründəkindən çox idi. Eyni zamanda hökumət müəssisələrin səhm ilə satılmasına və özəlləşdirilməsinə başladı. Faktiki olaraq bu proses hələ PBFP-nin idarəçiliyi dövründə başlamışdı və 1989-cu ildə geniş xarakter aldı. Lakin ölkə əhalisinin böyük bir hissəsinin müəssislərin səhmlərini almaq üçün real imkanı yox idi. Buna baxmayaraq, emaledici sənayedə xüsusi bölmənin çəkisi 1989-cu ildəki 7,4 faizdən 1993-cü ildə 36,3 faizə çatdı. Polşa məqsədyönlü şəkildə bazar iqtisadiyyatına doğru irəliləyirdi.
Nəhayət, 1992-ci ildə sənaye istehsalının aşağı düşməsinin qarşısı alındı və onun 2000- ci ilə qədər davam edən yüksəlişi başlandı. İqtisadi yüksəliş daha uğurla 1993-1997-ci illər baş verdi. Ümumi daxili məhsul 1,8 dəfə artdı ki, bu da dünyada ən böyük göstəricilərdən biri idi. 1998-ci ildə istehsal qismən aşağı düşməyə başladı və bu meylin 2005-ci ilə qədər qar- şısını almaq mümkün olmadı. 1990-2005-ci illərə sənaye istehsalının həcmi ildə orta hesabla 4-6,5 faiz artdığı halda, kənd təsərrüfatı məhsulları istehsalında artım hiss olunmurdu. Həm də aldıqları sənaye mallarının qiymətlərinin artmasına baxmayaraq kənd təsərrüfatı məhsulla- rının qiymətlərinin aşağı düşməsi müşahidə olunurdu.
Büdcə kəsirinin artması ciddi iqtisadi problem kimi qalırdı. 2000-ci ildə ümumi daxili məhsulun 33 fazini təşkil edən daxili borc və ona sərf olunan büdcə xərcləri daima artmaqda idi. Bu fəal iqtisadi siyasətin həyata keçirilməsi imkanını məhdudlaşdırırdı. Büdcənin forma- laşdırlmasında vasitəli verginin, həmçinin mütərəqqi şkala ilə tutulan gəlir vergisinin rolu böyük idi. 80-ci illərin sonlarında infilyasiyanın qarşısının alınması 1995-ci ildə milli valyuta zlotını 10.000:1 nisbətə denominasiya etməklə mümkün oldu. Maliyyənin stabilləşdirilməsi xarici ticarətdə, həmçinin sərhədyanı ticarətdə müsbət saldo yaradılmasına imkan yaratdı. Polşaya vizasız gediş-gəlişdən istifadə edən şərqdən gələn “çelnoklar” – alverçilər ildə oradan 5,5 milyard dollarlıq mal alırdılar. Avropa İttifaqına daxil olmaq kursunu götürən Polşa 90-cı
illərin sonlarında Rusiya ilə viza rejiminə keçdi, bunun nəticəsində Kalininqrad vilayəti va- sitəsilə sərhədyanı ticarətin həcmi kəkin şəkildə aşağı düşdü. XXI əsrin əvvəllərində Rusiya- dan idxal edilən neft və qazın qiymətinin kəskin artması vəziyyəti daha da gərginləşdirdi. Nəticədə Polşanın xarici borcu 1994-cü ildəki 26 milyard dollardan 2005-ci ildə 80 milyard dollara çatdı.
İşsizliyin yüksək səviyyədə olması Polşa üçün ən ağır sosial problem kimi qalırdı. Son 15 ildə yalnız 1997-ci ildə bu rəqəm 1,8 milyon nəfərə enmiş, qalan illərdə bu rəqəm 2,5 milyon nəfərdən az olmamışdır. Bununla əlaqədar olaraq həm sayları ildə 200 min nəfərdən çox olan mövsümü, həm də daimi yaşamaq üçün miqrasiya geniş miqyas almaqda idi. Hər il 15-20 min polyak ölkəni tərk edirdi ki, bu da ölkəyə qayıdanların sayından çox idi.
Özəlləşdirmənin ümumi xarakter alması məqsədilə 1993-cü ildə milli İnvestisya fondu (MİF) haqqında qanun qəbul edildi. Qanunda ölkənin bütün yaşlı əhalisinə seçdiyi müəssi- sələrin vəsaitinin 60 faizinin verilməsi nəzərdə tutulurdu ki, bunların səmərəli idarə edilməsi səhm sahiblərinin zənginləşməsinə və iqtisadiyyatın modernləşməsi ilə nəticələnməsi idi. Bunun üçün 512 müəssisə ayrıldı ki, bunların əsasında 15 MİF yaradıldı. Artıq 1997-ci ildə bütün pay şəhadətnamələrinin hamısı satıldı. Ümumi özəlləşdirmə təcrübədə özünü doğrult- madı. MİF-lərin çoxu müflisləşdi. Hökumət və deputatlar onların fəaliyyərinə lazımi diqqət yetirmədilər. Pul özəlləşdirilməsi uğurla davam edirdi və xırda biznes inkişaf edirdi. Xüsusi bölmədə kənd təsərrüfatı istisna olmaqla 1997-ci ildə Ümumi daxili məhsulun (ÜDM) 64 faizi istehsal edilirdi.
Kənd təsərrüfatının yenidən qurulması çətinliklərlə üzləşmişdi. Yenidənqurma dövrü- nün lap əvvəlində iri dövlət təsərrüfatları ləğv edildi ki, bu da kənddə işsizliyin kəskin art- masına səbəb oldu. Dövlətin büdcəsindən yardım almağa adət etmiş kəndli təsərrüfatları Av- ropa İttifaqının kənd təsərrüfatı məhsulları ilə rəqabət aparmağa məcbur oldu. Bunun sayə- sində az məhsuldar torpaqlar dövriyyədən çıxdı, kiçik və orta təsərrüfatlar tənəzzülə uğradı. Polşanın Avropa İttifaqına daxil olması və məqsədli yardım alması ilə kənd təsərrüfatının modernləşdirilməsi artdı.
Polşa sənaye-aqrar ölkəsidir. 2012-ci ildə ümumi məhsul istehsalında əhalinin hər bir nəfərinə düşən alıcılıq payı 22162 dollar təşkil edir. Nominal olaraq ümumi məhsul istehsalı isə 489,795 milyard dollardır. Dünya bankının məlumatına görə 2013-cü ildə nominal ümumi məhsul istehsalı artaraq 517,5 milyard dollar təşkil etmişdir ki, bu da dünyada 24-cü göstərici deməkdir. Polşada iş qabiliyyəti olan əhalinin 2004-cü ildə 18 faizi işsiz olduğu halda, 2008- ci ildə işsizlər 6,5 faizə düşmüşdür.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin