Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Real sosializmin yaranması, inkiúafı va böhranı. 1949-1989-cu illar



Yüklə 1,22 Mb.
səhifə91/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   87   88   89   90   91   92   93   94   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Real sosializmin yaranması, inkiúafı va böhranı. 1949-1989-cu illar. SSRİ-nin əli ilə Polşada meydana gələn kommunist sistemi qorxu, terror və saxta təbliğat nəticəsində “xalq demokratiyası” yalançı adını davam etdirirdi. 6slində ölkənin siyasi, sosial və iqtisadi həyatının idarə edilməsi PBFP-nın əlində cəmləşmişdir. Partiyanın rəhbərliyi sovet qruluşunu sosializmə keçməyin klassik forması hesab edirdi. Sosializm quruculuğu ideyasını əməli fəaliyyətə çevirmək məqsədilə proletar diktaturasının qurulması, sənayeləşdirmə və kənd təsərrüfatının kollektivləşdirilməsi, marksist-leninçi ideologiyanın hakim mövqeyini təmin edən mədəni inqilabın həyata keçirilməsi zəruri idi.
1940-cı illərin axırlarında Polşada hakimiyyət İ.Stalindən asılı olmağa hazır olan kommunistlərin tabeliyinə verildi. Hər yerdə qorxu, terror, kütləvi repressiyalar davam edirdi. 6sas məqsəd cəmiyyəti qorxutmaq və bununla bərabər, əhali üzərində hökmranlıq etməyi təmin etmək məqsədilə sistemin əsl və potensial düşmənlərini aradan götürmək idi. 6məli addım kimi 1949-cu ildə Polşa Xalq Partiyasının fəaliyyəti dayandırıldı, onun üzvlərinin bir hissəsi Birləşmiş Kəndli Partiyası sıralarına daxil oldu. Liberal görüşlü siyasətçilər, o cümlədən Stanislav Mikolayçik Təhlükəsizlik idarəsi tərəfindən təqib və təzyiqə, həbs edilmək təhlükəsi ilə qarşı-qarşıya qaldıqları üçün hələ 1947-ci ilin oktyabrında Polşanı gizli şəkildə tərk etməyə məcbur oldular. 1950-ci ildə 6mək partiyası özünü buraxdı, partiya üzvlərinin bir hissəsi Demokratik partiyanın sıralarına daxil oldu. Məktəblərdə və ondan kənarda təşkilatı cəhətdən PBFP MK-ya tabe olan gənclik təşkilatı – Polşa Gənclər İttifaqı (ZMP) təşkil olundu. Onlar öz işində marksizm-leninizm ideyalarını rəhbər tutaraq cəmiy- yətdə öz fəaliyyətlərilə qorxu şəraiti yaradırdılar. PBFP-nin üzvləri ilə bərabər Polşa Gənclər İttifaqının döyüşkən fəalları da ölkədə təqib, təzyiq, qorxaqlıq və arsızlığa şərait yaradırdılar.
Polşada real hakimiyyətə sahib olan PBFP ilə bərabər digər partiyalar, o cümlədən kəndli partiyası olan Birləşmiş Kəndli Partiyası (BKP), sənətkarları və ziyalıları birləşdirən Demokratik partiya (DP) fəaliyyət göstərirdi. 1952-ci ildə seym nəzəri cəhətdən, yəni sözdə demokratik dövlətlərin qanunvericilik prinsipinə, söykənən Konstitusiyanı qəbul etdi. Kons- titusiyaya əsasən kağız üzərində qanunverici hakimiyyət “şəhər və kənd zəhmətkeşlərinin” nümayəndələrinə məxsusdur, idarəedici hakimiyyətə isə hökumət və Dövlət şurası sahibdir. Məhkəmə aparatının fəaliyyətinin müstəqillik prinsipi əsasında qurulduğu bəyan edildi. Dövlətin yeni adı Polşa Xalq Respublikası oldu. 6vvəlki kimi yenə hakimiyyət PBFP MK Siyasi Bürosunun və Mərkəzi Komitənin şöbələrinin əlində cəmləşmişdir.
1947-1949-cu illəri əhatə edən Polşanın təsərrüfatının bərpasına dair üçillik planda ağır sənayenin inkişafı, daş kömürün istehsalının artırılması və kəndin kollektivləşdirilməsi başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Müəyyən edilən plan tapşırıqlarının yerinə yetirilməsi gedişində kommunist rəhbərliyi onun ilkin göstəricilərin dəyişmələrinə baxmayaraq plan
əsasən yerinə yetirildi. 1950-1955-ci illərə dair altıillik planda başlıca vəzifə sənayenin, ma-
şınqayırmanın inkişaf etdirilməsi nəzərdə tutulurdu. Planın əsas vəzifələri SSRİ-nin ehtiyac- larına cavab verməklə bərabər, fəhlə sinfinin sayının artırılmasını tələb edirdi. Bu məqsədlə Krakov ətrafında V.İ.Lenin adına metallurgiya kombinatının (hazırda Sendzimir adına) və Yeni Qut şəhərinin tikintisinə başlandı. Dövlətin xalqa mənsub olması yalançı təbliğatı işə salan partiya fəalları müəssisələrdə mitinqlər təşkil edir, “əmək yarışmaları”, “sosializmin qurulması”, “sabotajçılarla və ziyankarlarla mübazirə” şüarları səsləndirirdilər.
Sənayeləşdirmə ilə bərabər hökumət kəndin kollektivləşdirilməsinə, yəni əsl koopera- siya ilə heç bir əlaqəsi olmayan kənd təsərrüfatı kooperativlərinin təşkilinə başladı. İqtisadi və polis özbaşınalığından istifadə edərək kəndliləri kooperativlərə zorla girməyə məcbur edir- dilər. Tabe olmaq istəməyənlər qolçomaq damğası ilə sıxışdırılır və həbs edilirdi. Svidniksk kəndlilərin üsyanını yatırmaq üçün yaxınlıqda yerləşən Sovet ordusunun hissələrini səfərbər etdilər. Şesinsk voyevodalığında təhlükəsizlik qüvvələri kəndlilərin ərzaq ehtiyatını dağıtdı. Kollektivləşdirmənin həyata keçirilməsindəki əyintilər kənd təsərrüfatı məhsullarının isteh- salının aşağı düşməsinə gətirib çıxardı. Kənd təsərrüfatı SSRİ-də olduğu kimi sənayeləşdir- məni həyata keçirmək üçün vasitə, xammal və işçi qüvvəsi mənbəyi rolunu oynayırdı. İnzibati cəza metodlarının geniş miqyas alması, repressiyalar nəticəsində ölkədəki istehsal koope- rativlərinin sayı 1950-ci ildəki 635-dən, 1955-ci ildə 9076-ya çatdı.
1953-cü ilin martında İ.V.Stalinin ölümündən sonra Sov. İKP-nin daxilində hakimiyyət uğrunda mübarizə N.S.Xruşşovun qələbəsilə başa çatdı. 1956-cı ilin fevralında Sov. İKP-nin XX qurultayında bu zamana kimi partiya və dövlət qarşısında xidmətləri şişirdilərək göylərə qaldırılan İ.V.Stalinin fəaliyyəti kəskin tənqid edilərək bir çox cinayət əməllərində ittiham olundu. N.S.Xruşşovun məruzəsinin məzmunu Kremlin divarlarını aşaraq PBFP-nın daxilində Stalinizm adlandırılan bir sıra qaydaların tənqidi üçün zəmin hazırladı. Polşada bütün hakimiyyəti ələ keçirmiş Boleslav Berutun məlum olmayan səbəblər nəticəsində Moskvada vəfat etməsi PBFP daxilində çəkişmələri daha da artırdı. Bir qrup kommunist xadimi sosializmin islahatı şüarı ilə bəzi dəyişikliklər etməyə səy göstərdi. Polşanın ictimai həyatında Sovet İttifaqında olduğu kimi “mülayimləşmə” adını almış proses baş verdi. İnsanların şüu- runda müstəqillik, tarixi ənənələrə bağlılıq və s. şüarlar yenidən canlandı. Belə şüar və fikirləri ilk dəfə ucadan söyləmək məqsədilə 1956-cı ilin iyununda Poznan fəhlələri küçələrə çıxdı. İlk günlər onlar əmək haqqının artırılmasını tələb edirdi, amma çox keçmədən bu hərə- kat hökumət əleyhinə olan vətənpərvərlər nümayişinə çevrildi. Hərəkat iştirakçıları həbsxana- ları dağıdaraq məhbusları azad etdilər, silahları ələ keçirərək şəhərin küçələrini döyüş meydanına çevirdilər. Hakimiyyət nümayəndələri küçələrə zirehli avtomobil və tank hissələri yeridərək fəhlələrin çıxışlarını güc tətbiq etməklə amansızlıqla yatırdılar. Dəqiq olmayan məlumatlara əsasən 1956-cı il 18-19 iyun hadisələrində 75 nəfər adam öldü, 900 nəfər isə yaralandı. Poznan iyunundan sonra terror, zor və qanunsuzluğa söykənən sovializm sisteminə qarşı nifrət və kin daha da artdı. Zavodlarda həqiqi özünüidarə nümunəsi olan fəhlə ittifaqları təşkil olunur, kəndlilər isə onlara qəbul etdirilən kooperativləri dağıdırdılar.
PBFP MK-nın VI plenumunda birinci katib seçilən E.Oxabın və Baş nazir Y.Siran- keviçin təmsil etdiyi Polşa rəhbərliyi rəsmi olaraq “poznan iyunun” imperializm agentlərinin və onların irticaçı yerli əlaltılarının işi olduğunu, belə təxribatların qarşısının qanunverici orqanların cəza tədbirlərilə kəsiləcəyini bəyan etdi. Sovet İttifaqının hakimiyyət orqanları Poznan hadisələrini okeanın o tayındakı təxribatçı qüvvələrin Polşanın xalq hakimiyətinə qarşı alçaq təxribat əməlləri kimi səciyələləndirdi. İyulun 21-də Polşanın Milli dirçəliş günü münasibətilə bayram tədbirlərində iştirak edən SSRİ Nazirlər Sovetinin sədri N.Bulqanin məsələyə toxunaraq qeyd etdi ki, Poznandakı hadisə göstərdi ki, beynəlxalq irtica sosialist ölkələrində kapitalizmi bərpa etmək kimi xam xəyallarından əl çəkməyib. 6slində həm yerli, həm də Sovet hakimiyyəti Polşadakı hadisələrə səhv siyasi qiymət verməklə vəziyyəti daha da kəskinləşdirdilər.
1956-cı il iyulun 18-28-də Varşavada işə başlayan PBFP MK-nın VII plenumunda Poznan hadisələri müzakirə olunarkən hakim partiyanın rəhbərliyində parçalanma baş verdi. Məsələyə münasibətdə hakimiyyətlə cəmiyyət arasında ziddiyyət daha da dərinləşdi. Polşa-
dakı sovet səfiri P.K.Ponomarenko partiyanın hakim dairələrində və cəmiyyətdə baş verən proseslər haqqında sovet rəhbərliyinə ətraflı məlumat təqdim etmişdir. Odur ki, yaranmış vəziyyətdə Sovet rəhbərliyi E.Oxaba əvəz axtarmağa başladı.
1956-cı il oktyabrın 9-da Varşava Universitetində tələbələr və 20 Varşava sənaye müəssisəsinin nümayəndələri Polşa Gənclər İttifaqı adı altında mitinq təşkil etdilər. Mitinqdə qəbul edilən “Bütün Polşa tələbələrinə açıq məktub” gəncləri demokratik dəyişikliklərə, siyasətdə aşkarlığa, Stalinpərəst siyasətin tərəfdarlarının cəzalandırılmasına çağırırdı. Bundan sonra Varşavada kütləvi tələbə həyəcanları başladı.
Polşanın partiya və dövlət hakimiyyətinin üst qatlarında, cəmiyyətdə baş verənn qarşı- durma və gərginlik hakimiyyət dəyişikliyinə şərait yaratmışdır. Oktyabrın 1-2-də PBFP MK- nın Siyasi Bürosunun iclasında ölkədəki siyasi böhran müzakirə edildi. Məlum oldu ki, yaranmış vəziyyətdə ölkənin siyasi rəhbərliyini birləşdirə bilən, daxili şəraiti normallaşdır- mağa səriştə və bacarığı çatan yeni bir liderə ehtiyac vardır. Belə bir rəhbər vaxtilə ölkənin Stalinist hakimiyyəti tərəfindən millətçilikdə ittiham olunaraq partiya sıralarından xaric edilib, 5 il həbs cəzası çəkən İ.Stalinin ölümündən sonra bəraət alan Vladislav Qomulka oldu.
V.Qomulka 1905-ci ildə Krosno şəhəri yaxınlığındakı Byalobjeqdə anadan olmuşdur. 1921-ci ildə sosialist gənclər hərəkatına qoşulan V.Qomulka 1927-ci ildən Kommunsit partiyasının üzvüdür. 1934-1936-cı illərdə Moskvada Beynəlxalq Lenin məktəbində təhsil aldıqdan sonra Polşaya qayıtmış, siyasi fəaliyyətinə görə dəfələrlə həbs edilmişdir. Alman işğalçıları Varşavaya daxil olduqdan sonra Lvovda müqavimət hərəkatının iştirakçısı olmuş, 1945-ci ildə Polşa Fəhlə partiyasının Baş katibi seçilmişdir. 1948-ci ildə Stalin repressiyasının qurbanı olaraq “burjua millətçiliyində” ittiham olunaraq, partiya sıralarında xaric olunaraq həbs edilmişdir. İ.Stalinin ölümündən sonra bəraət alaraq partiya sıralarına bərpa edilmişdir. 1956-cı ilin oktyabrında PBFP MK-nın Birinci katibi seçilərək ölkəni mümkün Sovet müdaxi- ləsindən xilas etmişdir. “Sosializmə Polşa yolu” ideyasın müdafiə edərək aqrar siyasəti dəyiş- dirmiş, katolik kisləsilə münasibətləri qaydaya salmış, müəssisələrdə fəhlə özünüidarəsini inkişaf etdirmişdir. 1970-ci illərin sonunda ölkədəki iqtisadi problemləri həll etmək məqsədilə hökumət ərzaq malları və enerji daşıyıcılarının qiymətini artırdığı üçün Polşada başlayan nümayişlər onun 1970-ci il dekabrın 20-də istefaya göndərilməsinə gətirib çıxarmışdır. 1982- ci ildə dünyasını dəyişmişdir.
Polşada sovet quruluşunun ağır böhran keçirdiyi bir vaxtda PBFP MK-nın VIII plenumu 1956-cı ilin oktyabrında oldu. Plenumun işində iştirak edən N.S.Xruşşov Vladislav Qomul- kanın PBFP MK-nın Birinci katibi seçilməsinə razı oldu, qarşı tərəf isə partiyanın yaranmış şəraiti düzəldəcəyinə, Polşanın Varşava müqaviləsində qalacağına, onun dövlət quruluşunun
əsas prinsiplərinin dəyişməyəcəyinə vəd verdilər. Plenumdan sonra sovet nümayəndə heyəti, bunun ardınca isə sovet müşavirləri və Polşanın Milli Müdafiə naziri marşal K.Rakossovski Moskvaya qayıtdılar.
Polyak xalqının gözündə V.Qomulka böyük inam qazanaraq milli qəhrəmana çevrildi. Varşavadakı izdihamlı mitinqdə yarım milyondan çox insan onun görüşünə gəldi. Polşada böhranı təhlil edən partiya rəhbərliyi onun baş verməsində aşağıdakı səhvlərə yol verildiyini bilirdi: 1. Keçmiş rəhbərlik tərəfindən sosialistcəsinə yenidənqurmanın sürətini və müddətinin müəyyənləşdirilməsində nöqsanlara yol verilməsi; 2. Ölkə rəhbərliyinin fəhlə sinfindən uzaq düşməsi; 3. Rəhbərlikdə inzibati-amirlik metodlarına üstünlük verilməsi; 4. Polşa şəraitinə etinasızlıq göstərilməsi; 5. Marksizm-leninizm nəzəriyyəsinə ehkam kimi yanaşılması. V.Qo- mulka tərəfindən sosializmin quruculuğunun Polşa şəraitinə uyğunlaşdırılmış konsepsiyası formalaşdırıldı. Buraya aqrar siyasətin dəyişdirilməsi; katolik kilsəsi ilə münasibətlərin nor- mallaşdırılması; fəhlə özünüidarəsinin inkişaf etdirilməsi; ölkənin idarə edilməsində Seymin və xalq sovetlərinin rolunun yüksəldilməsi daxil idi.1956-1957-ci illərdə bu konsepsiyanın həyata keçirilməsi üçün əməli iş görüldü. Birləşmiş Kəndli partiyası ilə birlikdə yeni aqrar siyasətin əsasları işlənib hazırlandı. İstehsal kooperativlərinin əksəriyyəti buraxıldı. Aqrar bölmədə fərdi kəndli təsərrüfatları üstün mövqe tutmağa başladılar. Təcrid edilmiş və kilsə- lərdən birində saxlanılan Polşanın priması kardinal Stefan Vışinski azad edildi. Valideynlərin
arzusu ilə uşaqlar xüsusi dini mərkəzlərdə dini ayinləri öyrənə bilərdi.
Polşa-Sovet münasibətlərində bəzi mürəkkəb məsələləri nizama salmaq mümkün oldu. SSRİ-dən 100 mindən artıq polyakın Polşaya qayıtmasına şərait yarandı. Polşanınn SSRİ-yə borcu, Polşa kömürünün SSRİ-yə ixrac edilməsi, Polşadakı Sovet ordusu Şimal qrupu qoşunlarının statusu həll edildi. Ağır sənayeyə kapital qoyuluşunun azaldılması və kənd təsər- rüfatı istehsalının artması, siyasi və mədəni həyatın müəyyən qədər liberallaşması, rep- ressiyaların pislənilməsi və onun qurbanlarına bəraət verilməsi cəmiyyətdə sosial gərginliyin müvəqqəti olaraq zəifləməsi kimi 1956-cı ildən sonra baş verən bu hadisələr əhalinin maddi vəziyyətinin qismən yaxşılaşmasına səbəb oldu.
Lakin 60-cı illərin əvvəllərində yenidən iqtisadi və siyasi çətinlikıər yaranmağa başladı. Belə ki, sənayeləşdirilmənin davam etdirilməsi istehlak malları istehsalını ləngitdi, mənzil tikintisini dayandırdı. Fərdi təsərrüfatla məşğul olan kəndlilər vəd olunmuş yardımı ala bilmədilər, əsas kapital qoyuluşu ictimailəşdirilmiş bölməyə yönəldildi. Halbuki, bu bölmə becərilən əkin sahəsinin 13 faizini tuturdu. Müəssisələrdə fəhlə özünüidarəsi unuduldu, bürokratik sistem öz mövqeyini qoruyub saxladı. 60-cı illərin ortalarında pisləşməyə başlayan iqtisadi vəziyyət şəraitində sosial-siyasi böhran artmağa başladı. Ölkədə böyük nüfuzu olan katolik kilsəsi üzərində nəzarət qoymaq cəhdi yepiskopluqla münaqişəyə səbəb oldu. Kilsə ilə mübarizə və qarşıdurma yenidən başlandı, şəriət qanunu dərsləri məktəb proqramından çıxarıldı, yeni kilsələrin tikilməsinə icazə verilmədi.
1960-cı illərin başlanğıcında elm, mədəniyyət və incəsənət nümayəndələri arasında partiya rəhbərliyinin yeritdiyi siyasətin bir sıra istiqamətlərinin tənqidi artdı. Hədsiz dərəcədə mərkəzləşdirmə, mədəniyyət xadimlərinin partiyanın siyasətinə sözsüz tabe olmaları tələbi, senzuranın zorla qəbul etdirdiyi qadağalar narazılığın başlıca səbəbləri idi. V.Qomulka mədəniyyət xadimlərinə hücum edərək bəyan etdi ki, “müxtəlif fikirlərin eyni hüquqla təqdim edilməsi” yol verilməzdir. Hansı fikrin doğru olmasını yalnız senzura seçmək hüququna malik ola bilər. Senzuranın amansızlığı, marksizm ideologiyasının zorla qəbul etdirilməsi ziyalılarla ziddiyətə gətirib çıxartdı. Bir qrup elm və mədəniyyət xadimi 1968-ci ildə partiya diktarura- sına etiraz ifadə edən “34-lərin məktubu”nu dərc etdilər. Tələbələr də fəal çıxış edirdilər. Tələbələrin çıxışlarını yaradıcı ziyalılar və professorların bir hissəsi də müdafiə edirdi. Tələbə çıxışlarında xüsusilə fəal rolu 50-ci illərin birinci yarısının məşhur siyasətçiləri – A.Mixnik, K.Modzelevski və b. uşaqları oynayırdılar ki, onlar sonralalr müxalifətin görkəmli xadim- lərinə çevrildilər.
İqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə hökumət 1970-ci ilin dekabrında ərzaq və bəzi sənaye mallarının qiymətlərini qaldırmaq haqqında qərar qəbul etdi. Bu şəhər əhalisinin qəti etirazına səbəb oldu. Qdansk, Qdın, Şetsin, Elblonq şəhərlərinin fəhlələri daha qətiyyətlə çıxış edirdilər. Nümayiş iştirakçıları “Çörək, çörək!”, “Köhnə qiymətləri istəyirik!” şuarları səs- ləndirir, dini vətənpərvər və sosialist mahnılar ifa edirdilər. 1970-ci il dekabrında 15-də PBFP MK-nın Siyasi Bürosu nümayişi dağıtmaq məqsədilə ordu hissələrindən və odlu silahdan istifadə etmək haqqında qərar qəbul etdi. Dekabrın 16-da Qdnask tərsanəsində ilk atəş səsləri eşidildi, dekabrın 17-də isə tərsanənin qapıları önündə əsgərlər yaxınlaşmaqda olan silahsız fəhlələrə atəş açdı. Elblonqda və Şetsində də eyni hadisələr təkrar olundu. Bir həftə ərzində sahilboyunda 44 nəfər həlak oldu, 1164 nəfər yaralandı. Milis və əsgərlər 3 minə yaxın adamı həbs etdi.
Nümayişlər Polşanın digər rayon və müəssisələrini də bürüdü. Bu şəraitdə PBFP MK Siyasi Bürosunun tərkibində kadr dəyişikliyi baş verdi. Rəsmi dövlət məlumatında göstə- rildiyi kimi xəstəliyi ilə əlaqədar olaraq V.Qomulka tutduğu vəzifədən azad edildi. PBFP-nın Katovits voyevodalığı komitəsində birinci katib vəzifəsində işləyən Edvard Qerek (1913 – 2001) MK-nın Birinci katibi seçildi. 20 il qısa fasilələrlə Nazirlər Şurasının sədri vəzifəsində çalışan Yuzef Sirankeviç işdən azad edildi. Dövlət şurasının sədri M.Spıxalski istefa verdi. Baş nazir vəzifəsinə P.Yaroşeviç, Dövlət Şurasının sədri vəzifəsinə isə görkəmli tarixçi və siyasi xadim X.Yablonski təyin edildi. Bütün bu dəyişikliklər etiraz nümayişlərinin qarşısını almadı və 1971-ci ilin fevralında nümayişlərin yeni dalğası başlandı. Yeni partiya və dövlət
rəhbərliyi 1971-ci ilin martında ərzaq məhsullarının qiymətini aşağı saldıqdan sonra nüma- yişlər dayandı. 1956-cı ildə hakimiyyətə demək olar ki, qəhrəman kimi gələn Vladislav Qo- mulka 14 illik hakimiyyətdən sonra onu polyak xalqının nifrət və qəzəbini qazanaraq tərk etdi.
PBFP-nın yeni birinci katibi Edvard Qerek xalqın ümumi rifahının yüksəldilməsi, vətəndaşlarla iş üslubunun daha sərbəst münasibətlər çərçivəsində qurulması, katolik kilsəsi ilə əlaqələrin yaxşılaşdırlması sahəsində addımlar atmağa başladı. O, həmçinin Polşadakı və- ziyyəti sabitləşdirmək məqsədilə kapitalist ölkələri ilə iqtisadi və siyasi əlaqələri möhkəm- ləndirmək üçün Moskvanın razılığını almağa müəssər oldu. Qərb ölkələrinin prezidentləri və baş nazirlər, NATO və Aİ6-nin nümayəndələri Polşaya səfər etməyə başladılar. Polşanın kommunist rəhbərliy eyni zamanda Vatikanla razılaşma imzaladılar. Polyaklar əvvəlki illərə nisbətən xarici ölkələrə daha azad səfər edə bilirdilər.
Yeni hökumətin qarşısında duran təxirəsalınmaz vəzifə iqtisadi islahatın keçirilməsi idi. Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinin hazırlanması ilə əlaqədar yaranmış
əlverişli beynəlxalq şəraitdən istifadə edən Polşa rəhbərliyi xalq təsərrüfatının modernləş- dirilməsi üçün qərbdən kredit və texnologiyanın cəlbinə başladı. İşçilərin maaşı xeyli artırıldı. Bütün bunlar sənaye istehsalının artmasına səbəb oldu. Sənayenin yenidən qurulması sürətlə aparıldı. Qərbdən alınan lisenziyaların sayı artdı. Polşa dövləti böyük kreditlər, yəni xarici borclar götürərək onların bir hissəsini yeni investisiyalar üçün ayırırdı. Polşa dövlətinin rəhbərliyi 1970-ci illərin ortalarında baha başa gələn yerli inzibati bölgü islahatını həyata keçirdi, əvvəlki 17 voyevodalıq və 5 seçilmiş şəhər yerinə 49 voyevodalıq yaradıldı. Bu isə mərkəzi hakimiyyətdən asılı olan imtiyazlı vətəndaşların sayını daha da artırdı. 1952-ci il Konstitusiyasına xalqın razı olmadığı yeni düzəlişlər, o cümlədən SSRİ ilə möhkəm əlaqə yaratmaq və PBFP-nın dövlətdə rəhbər rolu məsələsi öz əksini tapdı.
70-ci illərin ortalarında iqtidasi çətinliklər yenidən üzə çıxdı. Polşa iqtisadiyyatı iflasa yaxınlaşırdı. Polşanın dövlət borcu sürətlə artaraq 70-ci illərin sonunda 20 milyard dollara çatdı. Dövlətdən heç bir yardım almayan kəndli təsərrüfatları əhalini ərzaq məhsulları ilə təmin edə bilmirdi. 6sas ərzaq məhsullarına kartoçka sistemi tətbiq olundu. 1976-cı ilin yayında dövlət əhaliyə azacıq konpensasiya verməklə yeyinti məhsullarının qiymətlərini artırdı. Bu, ölkədə tətil dalğasına səbəb oldu, Rodomun, Varşava ətrafı “Ursus” traktor zavodunun və Plotskın fəhlələri tətil etdilər. Dövlət qiymət artımını ləğv etsə də mitinqçilərə qarşı göndərilən milislərin hərəkətləri xalqın etirazına səbəb oldu.
1976-cı ilin iyunundakı hadisələr müxalifətin çıxışına təkan verdi. Ziyalılar qrupu fəhlələri müdafiə komitəsi təşkil etdi. Komitənin tərkibinə 1968-cı il tələbə çıxışlarının işti- rakçıları, məşhur yazıçılar, alimlər, din xadimləri daxil idi. Komitə etiraz aksiyası iştirak- çılarına maddi və mənəvi kömək edir, hüquqi yardım göstərirdi. Fəhlə təbəqəsinə xüsusi diqqət yetirilirdi. Fəhlələrə Polşa tarixinin “ağ ləkələri” və Polşa-Sovet münasibətləri haq- qında mühazirələr oxuyur, 1939-cu il sovet-alman gizli müqaviləsinin məzmununu, Xatın haqqında həqiqətləri izah edirdilər. Demokratik müxalifətin fəaliyyətinin əsas formalarından biri senzuradan asılı olmayan, yəni gizli, qeyri rəsmi, ədəbiyyat və kitabların nəşr edilməsi idi. Bu siyahıya əsasən xaricdə çıxan nəşrlərin yenidən çapı daxil idi. Müxalifət təşkilatları da meydana gəlirdi: İnsan və Vətəndaş hüquqlarının müdafiəsi hərəkatı, Müstəqil Polşa Konfederasiyası, Gənc Polşa hərəkatı və s. PBFP-nin siyasətinə tənqidlə yanaşan Krakovun baş keşişi Karol Voytıla, II İohan Pavel adını qəbul etdi, 1978-ci ildə Roma papası seçildikdən sonra katolik kilsəsinin nüfuzu kəskin surətdə artdı. 1979-cu ildə onun Polşaya gəlişindən sonra bu özünü qabarıq şəkildə biruzə verdi. Ölkənin hər yerində onu dindarların möhtəşəm dəstələri bayram havasında qarşıladı.
Karol Yuzef Voytıla və ya qəbul etdiyi dini adı ilə İohan Pavel II 1920-ci ildə cənubi Polşanın Vadovitse şəhərində anadan olmuşdur. 1938-ci ildə litseyi bitirərək Krakovdakı Yaqellon Universitetinin fəlsəfə fakültəsinə daxil olsa da müharibənin başlanması ilə təhsilini yarımçıq qoymağa məcbur olmuşdur. 1942-ci ildə gizli Krakov dini seminariyasının ümum- təhsil kurslarını bitirmişdir. 10 dildə danışan Y.Voytıla 1946-cı il noyabrın 1-də keşiş olaraq
dini təhsilini davam etdirmək məqsədilə Romaya getmişdir. 1948-ci ildə Beynəlxalq Papa Ateniumunda doktorluq dissertasiyası müdafiə edərək Polşanın cənubundakı Neqoviç kəndində məhəllə keşişinin köməkçisi təyin edilmişdir. 1953-cü ildə Yaqellon Universitetinin ilahiyyət fakültəsində doktorluq müdafiə etmişdir. O, Krakov dini seminariyasının və Lyublin katolik Universitetinin professoru olmuşdur. 1958-ci il iyulun 4-də papa XII Piy onu Krakov axiyepiskopluğunun yepiskop müavini təyin etmişdir. 1967-ci il iyunun 28-də papa VI Pavel onu kardinal seçmişdir. 1978-ci ilin oktyabrında uzun müzakirələrdən sonra son 455 ildə ilk slavyan əsilli papa seçilərək II İohan Pavel adını qəbul etmişdir. Onun hakimiyyəti dövründə katolik kilsəsi avtoritar rejimlərə, kommunist ideyasına, müasir dünyadakı neqativ işlərə qarşı mübarizə aparmışdır. II İohan Pavel eyni zamanda cəsarət nümayiş etdirərək katolik kilsəsinin 8 konkret günah əməlini qəbul edərək bağışlanmasını təmənna etmişdir. Papa II İohan Pavel 2005-ci il aprelin 28-də dünyasını dəyişərək Vatikanın müqəddəs Pyotr məqbərəsində dəfn edilmişdir.
İqtisadi vəziyyətin sonradan daha da pisləşməsi 1980-ci ilin iyul-avqust aylarında tətil dalğasının artmasına səbəb oldu. Baş nazir P.Yaroşeviçin E.Babyxla əvəz edilməsi də heç bir nəticə vermədi. Tətil dalğasının mərkəzi Baltikyanı şəhərlər Qdansk, Qdınya, Şetsin idi. Hö- kumət tətilçilərlə danışıqlar aparmağa və tətil komitələri ilə müqavilələr bağlamağa məcbur oldu. Onların təkcə sosial tələbləri təmin olunmadı, həmçinin müstəqil həmkarlar ittifaqlarının yaradılmasına razılıq verdi. Belə şəraitdə meydana gəlmiş “Həmrəylik” adlı həmkarlar ittifaqı təşkilatına Qdanskda tərsanə tətil komitələtindən birinə rəhbərlik edən fəhlə Lex Valensa başçılıq etdi. Demokratik müxalifətin də yardımı ilə gəmiqayıranlar Qdanskda elektrotexnik Lex Valensanın rəhbərliyi ilə zavodlararası tətil komitəsi (MKS) təşkil etdilər ki, bu da avqustun sonunda 700 müəssisinin nümayəndələrini birləşdirirdi. Tətilçilər 21 tələb, o cüm- lədən partiyadan və hökumətdən asılı olmayan həmkarlar ittifaqının yaradılmasını irəli sürdülər. Fəhlələr öz müəssisələrini tərk etməyərək tərsanədə çıxan nəşrlərlə tanış olur, mahnı oxuyur və ümumi ibadətlər zamanı dualar edirdilər – həmrəylik belə meydana gəldi. 1980-cı il avqustun sonunda hökumət güzəştə getməyə məcbur oldu, əvvəl Şetsində, avqustun 31-də isə Qdansk tərsanəsində hökumət nümayəndə heyətinin başçısı Meçislav Yaqelski ilə tətil- çilərin başçısı L.Valensa razılıq imzaladı. Sənədə əsasən hökumət tərsanədə müstəqil həm- karlar ittifaqı olan həmrəyliyin qeydiyyata alınmasına (1980-ci il 10 noyabr), siyasi məh- busların azad edilməsinə, iqtisadi islahatların keçirilməsinə, 1970-ci ilin dekabr qurbanlarına abidə ucaldılacağına razılıq verdi.
Qısa müddətdə “Həmrəylik” kütləvi hərəkata çevrildi. Bu hərəkatda milyonlarla adam, o cümlədən PBFP-nin üzvləri də iştirak edirdi. 1980-ci ilin sonlarında onun sıralarında 8 milyon üzvü var idi. “Həmrəyliyin” fəaliyyətinə müxalifətin məşhur xadimləri B.Qermek, Y.Kuron, T.Mazovetski, A.Mixnik, Y.Olşevski və b. kömək edirdilər.
Tətil hərəkatı bütün ölkəni bürümüşdü. “Həmrəylik” və digər müxalifətçi təşkilatlar təkcə sosial problemlərin həll olunmasını deyil, həm də iqtisadi islahatlar keçirilməsini, PBFP-nin rəhbər roldan imtina etməsini, azad seçkilərin keçirilməsini tələb edirdilər. Katolik kilsəsi bilavasitə siyasi mübarizədə iştirak etməsə də, bu hərəkatı müdafiə edirdi. Hətta PBFP- nin özündə “Həmrəylik”lə saziş yolu tapmağı zəruri hesab edən qanad formalaşdı. Bu şəraitdə E.Qerekin komandası hakimiyyətdən getməyə məcbur oldu. Stanislav Kanya PBFP MK-nin baş katibi seçildi.1981-ci ilin fevralında Polşa silahlı qüvvələrinin komandanı, general Voysex Yaruzelski Nazirlər Sovetinin sədri təyin olundu. 1981-ci ilin mayında Romada müqəddəs Pyotr meydanında II İohan Pavelə sui-qəsd edildi, o ağır yaralandı. Bu zaman polyakların sevimlisi kardinal Stefan Vişinski vəfat etdi, Yuzef Qlemp onun xələfi seçildi.
1989-cu il məlumatına əsasən 38 milyon nəfər əhalisi olan Polşada “Həmrəylik” həm- karlar birliyinin 10 milyon nəfərdən çox üzvü var idi. 1981-ci ildə sentyabrda “Həmrəyliyin” qurultayı oldu, qurultay “həmrəy cəmiyyət və özünüidarə edən Reç Pospolita” qətnamələrini qəbul etdi. Nüfuzu və gücü ölkənin sərhədlərini aşan həmrəyliyin nümayəndələri “Şərqi Avropa zəhmətkeşlərinə müraciətnamə” göndərərək SSRİ hakimiyyəti altında olan xalqları “Həmrəylik”dən örnək götürməyə dəvət etdilər.
1981-ci ilin iyulunda PBFP-nin növbədənkənar IX qurultayı islahatlar, milli razılıq siyasəti elan etsə də onun sıralarını tərk edən üzvlər hesabına partiyanın mövqeyi və nüfuzu daha da zəiflədi. PBFP ilə “Həmrəylik” arasında ziddiyyət kəskinləşdi, kütləvi tətillər sayəsində istehsalın dayanması ilə ölkə iqtisadiyyatı iflic vəziyyətinə düşdü. 1981-ci ilin payızında S.Kanya istefaya çıxdı, əvvəlki vəzifələrini saxlamaq şərtilə general V.Yaruzelski PBFP MK-nın baş katibi oldu. Ölkədə vəziyyəti sabitləşdirmək məqsədilə güc tətbiq etmək tərəfdarı olan yeni rəhbərlik “Həmrəyliyin” ləğv edilməsini planlaşdırırdı. 1981-ci il dekabrın 12-dən 13-nə keçən gecə “həmrəyliyin” rəhbərlərinin həbs edilməsi başlandı. 1981-ci il de- kabrın 13-də Polşa küçələrində tanklar, zirehli avtomobillər və əli silahli əsgərlər gö- ründü.V.Yaruzelski televiziya ilə çıxış edərək ölkədə hərbi vəziyyətin yarandığını bəyan etdi. Bu addım konstitusiyaya zidd idi və real sosializm islahatının qarşısını aldı.
«Həmrəylik» həmkarlar birliyinin fəaliyyəti dayandırıldı, sonra isə qanundan kənar elan edildi. 10 mindən çox insan həbs edildi. Ümumi tətilin qarşısını almaq üçün aparıcı sahələr, limanlar və 129 iri müəssisə hərbi iş rejiminə keçirildi. Hərbi vəziyyətin tətbiqi ilə əlaqədar olaraq 8 nəfər həlak oldu. Hökumətin həbs edə bilmədiyi “Həmrəyliyin” rəhbərləri fəaliy- yətlərini gizli davam etdirirdilər. Polşanın bütün rayonlarında qeyri-leqal vərəqlər, mətbuat və kitablar əldən-ələ gəzməyə başladı. “Həmrəyliyin” gizli radiosu Varşavada fəaliyyətə başladı. Hərbi vəziyyətin rəsmi olaraq 1983-cü ilin iyulunda ləğv edilməsinə kimi, yəni 15 ay ərzində təhlükəsizlik orqanları 700-dən çox gizli həmkarlar qrupunu ləğv etdi, 1300 poliqrafiya qurğusunu müsadirə etdi. Terror aparatı tərəfindən əhalinin təqib olunmasının güclənməsinə baxmayaraq, 1982-1988-ci illərdə cəmiyyətin dövlətin siyasətinə müqaviməti müxtəlif formalarda davam etdirilmişdir. Televiziya xəbərlərinin axşam yayın zamanı adamlar etiraz
əlaməti olaraq küçələrə çıxır, hər ayın 13-də pəncərələrdə şamlar yandırır və s. II İohan Pavelin Polşaya 1983 və 1987-ci illərdə iki dəfə keşiş ziyarəti və öz moizələrində dəfələrlə “Həmrəyliyi” xatırlaması mühüm əhəmiyyət kəsb edirdi. II İohan Pavel Tatrada Lex Valensa və onun ailəsi ilə görüşdü, 1983-cü ildə isə birliyin lideri L.Valensa Nobel sülh mükafatına layiq görüldü.
1980-ci illərin axırlarına doğru “real sosializm” quruluşu dağılırdı. 1988-ci ildə Polşada fəhlələr növbəti dəfə tətil edərək iqtisadi islahatlarla yanaşı “Həmrəylik” həmkarlar birliyinin yenidən qeydə alınmasını tələb etdilər. 1988-ci ilin avqustunda Polşanın daxili işlər naziri Çeslav Kişak “müxtəlif ictimai və həmkarlar dairəsinin nümayəndələri ilə “dəyirmi masa” arxasında görüş keçirməyi irəli sürdü.”1989-cu il fevralın 6-dan aprelin 5-dək “Həmrəylik”, PBFP, hökumət, müttəfiq partiyalar, ümumpolşa həmkarlar ittifaqı, yepiskopluğun nümayən- dələrinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Qəbul edilən razılıq sənədində hökumət “Həmrəyliyin” leqallaşdırılmasına, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə, pre- zident vəzifəsinin təsis edilməsinə icazə verdi. Razılaşmaya əsasən seymə seçilən mandatların 65 faizini hökumət tərəfi tutmalı idi. PBFP-ın SSRİ müdafiə edirdi, “Həmrəyliyi” isə xalqın böyük bir hissəsi dəstəkləyirdi.
1989-cu il iyunun 4-də seym və senata seçkilər keçirildi, polyakların müstəqilliyinə və demokratiyaya qovuşmaq rəmzi olan “Həmrəylik” qələbə çaldı, kommunistlər məğlub oldu. Mandatların 65 faizinin hökumət tərəfdarlarına ayrılması nəticəsində Voytsex Yaruzelski Polşanın prezidenti oldu.
Yaruzelski Voytsex Vitold 1923-cü ildə mülkədar ailəsində anadan olmuşdur. 1939-cu ilə kimi xüsusi gimnaziyada təhsil almışdır. 1939-cu ildə ailəsilə birlikdə Litvaya köçən V.Yaruzelski SSRİ Litvanı ilhaq etdikdən sonra 1940-cı ildə XDİK-ğı tərəfindən həbs olu- naraq Altay diyarına sürgün edilmişdir. 1943-cü ildə SSRİ ərazisində yaradılan Kostyuşka adına Birinci Polşa piyada diviziyasına daxil olaraq Ryazan piyada uçilişini bitirmişdir. Visla hərbi əməliyyatında, Varşavanın azad edilməsində, Baltik sahilləri, Oder, Elba döyşlərində iştirak edərək igidliyə görə bir çox orden və medallarla təltif olunmuşdur. 1947-ci ildən PFR- nın, 1964-1990-cı illərdən PBFP MK-nın üzvüdür. Baş Qərargah Akademiyasını əla qiymət- lərlə bitirərək 1957-1960-cı illərdə Lyudovo Ordusunun 12-ci mexanikləşdirilmiş divizyasının komandiri, 1960-1965-ci illərdə Polşa Ordusunun Baş Siyasi İdarəsinin rəisi, 1965-1968-ci
illərdə Baş Qərargah rəisi, 1962-1968-ci illərdə Müdaifə nazirinin müavini, 1968-1983-cü illərdə Polşanın Milli Müdafiə Naziri olmuşdu. 1971-1990-cı illərdə PBFR MK-nın Siyasi Bürosunun üzvü, 1981-ci ilin fevralından PXR Nazirlər Sovetinin sədri, 1981-ci ilin oktyab- rından PBFR MK-nın Birinci katibi seçilmişdir. 1981-ci ilin dekabrında Polşada hərbi və- ziyyət elan edərək “Həmrəyliyin” liderlərin nəzarət altına almışdır. Sovet qoşunlarının Polşa
ərazisinə yeridilməsi təklifinin qəti əleyhinə olmuşdur. 1990-cı ildə çoxpartiyalı sistem əsa- sında Polşada prezident seçkiləri keçirilməsinə razılıq vermişdir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin