Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Polşa Respublikası. 1989-2015- ci illər



Yüklə 1,22 Mb.
səhifə92/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   88   89   90   91   92   93   94   95   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Polşa Respublikası. 1989-2015- ci illər




Polúanın siyasi inkiúafı. 1989-cu il aprelin 17-də “Həmrəylik” təkrar qeydiyyatdan keçirildi. “Dəyirmi masa”nın işi qurtardıqdan sonra PBFP, müttəfiq partiyalar və müxalifət parlament seçkilərinə hazırlaşmağa başladı. Tərəflərin razılığına görə seymdəki mandantların 65 faizi hakim koalisiyaya (o cümlədən 37 faizi PBFP-yə ), 35 faizi müxalifət üçün nəzərdə tutulmuşdu. Senata seçkilər azad idi. 1989-cu ildə keçirilmiş parlament seçkilərinin iki turu müxalifətə böyük uğur qazandırdı. O, özünün bütün namizədlərini artıq birinci turda par- lamentə keçirə bildi. Senatda isə 100 yerdən 99-nu tutdu. Seym və senatın birgə iclasında V.Yaruzleski ölkənin prezidenti seçildi.
Hökumətin tərkibi avqustun 17-də müəyyən edildi. PBFP-nin keçmiş müttəfiqləri Birləşmiş Kəndli partiyası və Demokratik partiya da hökumətin tərkibinə daxil olmaqla hazır olduğunu bildirdilər. Katolik ziyalıları hərəkatının tanınmış xadimi, əvvəllər “Həmrəyliyin” müşaviri olmuş Tadeuş Mazovetski hökumətin başçısı təyin olundu. Beləliklə, kommunist- lərin əməli olaraq 40 ildən artıq uzun sürən şəriksiz hökmranlıq dövrü başa çatdı. Polşa parlamentli demokratiya yoluna daxil oldu. İkinci Dünya müharibəsindən sonra Polşa 45 il müddətində siyasi, ideoloji və təşkilati cəhətdən SSRİ-dən asılı olaraq mövcud olub. 1993-cü ildə tamamilə Polşanı tərk edən Sovet ordusunun və Dövlət Təhlükəsizlik komitəsinin yüksək rütbəli şəxslərinin hökumət strukturlarında və orduda mühüm vəzifələr tutmaları bu asılılığın mühüm şərtləri idi. Nəticədə kommunistlər tərəfindən qurulan sosial-iqtisadi sistem həyatın sınağından keçmədi, planlı iqtisadiyyat baş tutmadı, “blok” dövlətlərindəki sosialist nailiy- yətlərin real həyatdan çox uzaq olduğu bəlli oldu.
1989-cu ilin payızında real sosializm adlanan quruluşun sürətlə dağılması prosesi başladı. İlk olaraq Macarıstanda demokratik partiyalar meydana gəldi və onlar hakimiyyəti ələ aldılar. 1989-cu ilin noyabrında kəskin etirazlardan sonra alman kommunistlərinin lideri Erix Honneker istefaya göndərildi. Berlini iki yerə bölən divar uçuruldu və vahid Almaniya dövləti yarandı. Bolqarıstanda “diktator” Todor Jivkovun hakimiyyəti devrildi. Çexoslovakiyada de- mokratik müxalifət qansız “məxməri” inqilabı həyata keçirdi, Vaslav Qavel prezident oldu. 1989-cu ilin dekabrında Rumıniyada Nikolay Çauşeskinin edamı ilə başa çatan hakimiyyət dəyişikliyi baş verdi. Xalq inqilabı nəticəsində hakimiyyət Milli Qurtuluş Cəbhəsinin əlinə keçdi. MQC-nin lideri İon İliyeski Rumıniyanın prezidenti seçildi. Bununla da Şərqi Avropa ölkələrində kommunist rejimləri süquta uğradı. Onun iqtisadi və siyasi hərbi strukturları buraxıldı.
Şərqi Avropanın sosialist ölkələrində cərəyan edən bu hadisələrin təsiri altında 1989-cu ilin ikinci yarısında Poşanın siyasi həyatında böyük dəyişikliklər əmələ gəldi. 1989-cu ilin noyabrında ölkədə 154 siyasi partiya qeydə alımışdı. 6vvəllər fəaliyyət göstərən partiyalar
əsaslı dəyişikliyə məruz qaldılar. 1989-cu ilin sonu – 1990-cı ilin əvvəllərində Birləşmiş Kəndli Partiyası təşkilati cəhətdən yenidən qurularaq Polşa Kəndli Partiyası (PKP) kimi yenidən quruldu. 1990-cı ilin yanvarında PBFP-nin buraxılması haqqında qərar qəbul edən sonuncu XI qurultayı keçirildi. Onun bazasında yaradılan güclü partiyalardan biri Aleksandr Kvasnevski və Leşek Millerin rəhbərlik etdikləri Polşa Respublikası Sosial-Demokrat par- tiyası (PRSDP) onun varisi oldu. PRSDP elan etdi ki, çoxpartiyalı sistem, parlamentli de- mokratiya və bazar iqtisadiyyatı tərəfdarıdır. PBFP-nin üzvlərinin sayı 1989-cu ilin axır- larında təxminən 2 milyon nəfər olduğu halda yeni yaranan PRSDP-nin cəmi 50 min məfərə
yaxın üzvü var idi.
1989-cu ilin dekabrında Polşa parlamenti yeni konstitusiyanın qəbul edilməsinə kimi bəzi maddələri dəyişdirilmiş 1952-ci il Konstitusiyası qüvvədə qalırdı. Lakin onun mətnindən dövlətin sosialist xarakteri, PBFP-nin rəhbər rolu, SSRİ ilə ittifaq kimi məsələlər çıxarılaraq siyasi partiyaların azad fəaliyyəti, özünüidarə və müstəqil sahibkarlığın ölkənin demokratik sisteminin əsası olması müddəaları əlavə edilmişdir. 1989-cu il dekabrın 29-da konstitusiya- nın dəyişdirilmiş mətninin qəbul edilməsi nəticəsində formal olaraq Polşa Xalq Respublikası öz fəaliyyətini dayandırdı. Yeni dövlət Polşa Respublikası və yaxud III Reç Pospolita adlandı. 1990-cı ilin noyabrın axırlarında Polşa Respublikasında ilk prezident seçkiləri keçirildi.
5 nəfər namizədin iştirak etdiyi seçkidə yalnız ikinci turda Qərbdə böyük nüfuz sahibi olan, Nobel sülh mükafatı laureatı, onlarla Universitetlərin fəxri doktoru Lex Valensa Polşa Respublikasının prezidenti seçildi.
Valensa Lex 1943-cü ildə nasistlərin ilhaq etdiyi Pomorski voyevodalığında dülgər ailəsində anadan olmuşdur. 1961- ci ildə Lipnodakı texniki-sənət məktəbini bitirmişdir. 1963- 1965-ci illərdə Polşa ordusuna qulluq etmişdir. 1967-ci ildən Qdansk tərsanəsində elektrik iş- ləmişdir. 1976-cı ildə tənqidi çıxışlarına və rejim əleyhinə görüşlərinə görə işdən azad edil- mişdir. 1980-cı ildə bir qrup tərəfdarı ilə Şərqi Avropada ilk dəfə azad, dövlətin nəzarət et- mədiyi həmkarlar təşkilatı olan “Həmrəyliyi” yaratmışdır. 1981-ci ildə general V.Yaruzel- skinin siyasi rejimi “Həmrəyliyi” qanundankənar elan etmiş, L.Valensa isə həbsxanaya salın- mışdır. 1983-cü fəhlələrin hüququnun müdafiəçisi kimi Nobel sülh mükafatı almışdır. 1990-cı ildəki prezident seçkilərində ikinci turda seçicilərin 74,25 faiz səsini toplayaraq Polşanın prezidenti seçilmişdir. 1995-ci ildə və 2006-cı ildəki prezident seçkilərin uduzaraq köhnə iş yerinə qayıtmışdır. Dövlət təhlükəsizlik orqanları ilə əməkdşlıqda ittiham edilir.
1991-ci ilin oktyabrında Polşa parlamentinə seçkilər baş tutdu. Parlamentdə mütləq çoxluğu “Həmrəylik” cəbhəsindən çıxan, lakin hazırda bir-birinə qarşı duran sağ və mərkəzçi partiyalar qazandılar. PRSDP başda olmaqla Demokratik sol qüvvələr ittifaqı seçki blokunda (DSQİ) birləşən sollar ikinci nəticə göstərdilər. Seçkilərdə iştirak edən partiyalardan heç bir səslərin mütləq əksəriyyətini qazana bilmədi. 6slində 20-ci illərdə yaranmış vəziyyət təkrar olundu, parlament 29 siyasi fraksiyadan təşkil edilmiş oldu. Bu da, öz növbəsində, hökumətin yaradılması işini olduqca çətinləşdirirdi. Eyni zamanda, prezident L.Valensa daima səlahiy- yətlərini aşaraq qanunverici orqanların işinə müdaxilə edirdi. Çətin danışıqlardan sonra yara- dılmış Y.Olşevski hökuməti yarım ildən bir az çox fəaliyyət göstərə bildi. Hökumətin süqu- tuna səbəb ali dövlət xadimlərinin lyustrasiyası haqqında seym tərəfindən qəbul edilən qərar və Daxili İşlər Nazirliyi tərəfindən PXR dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq edən ali dövlət xadimlərinin gizli siyahısının açıqlanması ilə bağlı başlanmış qalmaqal idi. Onların içərisində çoxlu məşhur siyasətçilər, o cümlədən prezident L.Valensa da vardır.
Seymin ən böyük uğuru 1992-ci ilin avqustunda Polşanın “kiçik” Konstitusiyası adla- nan konstitusiyasının qəbul edilməsi oldu. Parlament idarəçiliyi sistemi parlament-prezident idarəçiliyi sisteminə çevrildi ki, bu da seym, prezident və hökumətin sıx konstruktiv fəaliy- yətinin tarazlığını təmin etdi. Konstitusiyaya görə 5 il müddətinə seçilən prezident seym tərə- findən formalaşdırılmış hökuməti təyin etmək, onun istefasını qəbul etmək, güc nazirlərinin və xarici işlər nazirlərinin namizədlikləri haqqında rəy vermək hüququ aldı. Prezident Nazirlər Kabinetinin istefasından sonra yeni kabinet təşkil etmədikdə parlamenti də buraxa bilərdi.
1992-ci ilin iyununda Polşa tarixində ilk dəfə qadın baş nazir – Xanna Suxotskaya “Milli razılıq” hökumətinə başçılıq etdi. O, dövlətin təsərrüfat fəaliyyətini məhdudlaşdırmaq, müəssisələrin özəlləşdirilməsini sürətləndirmək, kənd təsrrüfatını yeniləşdirmək kursunu götürdü. 1993-cü ilin mayında seym bir səs üstünlüyü ilə X.Suxotskaya hökumətinə etimad- sızlıq göstərdi və hökumət istefaya göndərildi. X.Suxotskayanın rəbərlik etdiyi hökuməti istefaya göndərildikdən sonra yeni hökumətin təşkili bir ay çəkdi və bu dəfə sağmərkəzçi koalision hökumət yaradıldı. Bu hökumət də sağdan və soldan kəskin tənqidə məruz qaldı.
1993-cü ildə prezident Lex Valensa konstitusiya səlahiyyətlərindən istifadə edərək,
dövlət büdcəsini müəyyən edilmiş vaxtda təsdiq edə bilmədiyi üçün parlamenti vaxtından
əvvəl buraxdı. Parlament seçkiləri seymin buraxılmasından bir müddət əvvəl qəbul etdiyi seçkilər haqqında yeni qanuna uyğun keçirildi. Qanuna görə seçicilərin 5 faiz səsini toplamış partiyalar parlamentə seçilə bilərdi.
1993-cü il seçkiləri sol qüvvələr – Demokratik Sol Qüvvələr İttifaqı və Polşa Xalq partiyası üçün uğurlu oldu. İkinci yeri tutmuş Polşa Kəndli partiyası ilə birlikdə sollar seymdə mütləq səs çoxluğu qazandılar ki, burada da 6 partiya təmsil olunmuşdu. Tezliklə koalisiya haqqında razılıq əldə edildi. Onlar parlamentdə çoxluq qazandıqlarından yeni hökuməti təşkil etmək hüququ əldə etdilər. İki il hakimiyətdən qalan solların hökumətinə əvvəlcə PKP-dan Valdemar Pavlyak, sonra isə sosial-demokrat Yuzef Oleks başçılıq etdi. Koalision hökumətin
əsas diqqəti əvvəlki hökumətin buraxdığı səhvlərin aradan qaldırılmasına yönəldilmişdi. Özəlləşdirmənin sürəti azaldıldı, sənayenin dağılmağının miqyası məhdudlaşdırıldı, nəticədə işsizliyin artmasınının qarşısı alındı, əmək haqqı stabilləşdirildi.
Seym ilə prezident münasibətlərinin kəskinləşməsinə yol verməmək məqsədi ilə koa- lisiya iştirakçıları L.Valensaya güc nazirliklərinə və xarici işlər nazirliyinə nazirlərin təyin edilməsi hüququnun verilməsi ilə razılaşdı. Baxmayaraq ki, “kiçik” Konstitusiyada bu hüquq prezidentə verilməmişdi. Hakim koalisiya ilə Prezident arasında vaxtaşırı çəkişmə və hətta münaqişə baş verirdi. Hökumətin əleyhdarları bəzən heç bir əsas olmadan yüksək rütbəlu siyasətçilər PXR təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməkdə əsassız ittihamlar irəli sür- mək üsulundan istifadə edirdilər. Bunun nəticəsi olaraq Baş nazir Y.Oleksi onların qurbanı oldu. Onun yerini Vlodzimej Çimoşeviç (DSQİ) tutdu. Bütün bu çəkişmələrə və fikir ayrılıq- larına baxmayaraq bu illər Polşada parlament siteminin möhkəmlənməsi istiqamətində mü- hüm addımlar atılmış oldu.
1995-ci ilin noyabrında prezident seçkiləri keçirildi. Seçkinin nəticələrinə görə ikinci tura L.Valensa və PRSD partiyasının lideri A.Kvasnevski çıxdılar. Gənc seçicilərin səslərinin çox hissəsini toplayan A.Kvasnevski Polşanın prezidenti seçildi.
1997-ci ilin yazında parlament ümummilli referendum nəticəsində bəyənilmiş Polşa Respublikasının yeni Konstitusiyasını qəbul etdi. Konstitusiyada Polşa parlamentli Respub- lika kimi təsbit edildi. Konstitusiya Polşanı “sosial ədalət prinsipləri üzərində qurulan demok- ratik, hüquqi dövlət” kimi səciyyələndirdi. Parlament 4 il müddətində, prezident 5 il müddə- tinə seçilirdi. Qanunvericilik təşəbbüsü hüququ seym, senat, hökumət və prezidentlə yanaşı sayı 100 mindən az olmayan vətəndaş qrupları da əldə etdilər. Parlament kabineti formalaşdır- maq və istefaya göndərmək səlahiyyətinə malik idi. Kabinetin başçısını qələbə çalan partiya və ya koalisiya təqdim edir, hökumət isə formal olaraq prezident tərəfindən təsdiq edilirdi. Prezident güc nazirləri və xarici işlər naziri təyin edilərkən əvvəllər verilmiş səlahiyyətdən məhrum edildi. Prezident parlament tərəfindən qəbul edilmiş qanunlara veto qoymaq hüququ
əldə etdi. Lakin parlament veto qoyulmuş qanuna seymin təcrübəli iştirakçılrının 3/5 his- səsinin səsini topladıqda prezidentin veto hüququnu ləğv edə və ya konstitusiya tribunalına göndərə bilərdi. Sonuncunun qəbul etdiyi qərar qəti idi. Yeni hökumət təşkil edə bilmədikdə prezident seymi buraxmaq hüququna malik idi.
Demokratik Sol Qüvvələr İttifaqı və Polşa Kəndli partiyası daxili və xarici siyasət sa- həsində mühüm uğurlar qazanmasına baxmayaraq, 1997-ci il seçkilərində əvvəlki seymdə təmsil olunmayan müxalifət qüvvələrinə uduzdu. Onlar hələ 1996-cı ildə “Həmrəylik” Seçki Aksiyasında (HSA) birləşmişdilər. Bununla yanaşı, DSQİ 1992-ci il seçkilərinə nisbətən daha çox səs qazansalar da Həmrəylik Seçki Aksiyasına uduzdu. Seymə yalnız 5 patiya daxil ola bildi. Seçkinin nəticələrinə görə Yeji Buzek başda olmaqla koalision hökumət formalaşdırıldı ki, hökumətin tərkibinə qalib gəlmiş blokla yanaşı əvvəllər “Həmrəylik” təşkilatının baza- sında meydana gəlmiş mərkəzçi Azadlıq Uniyası da daxil oldu.
Hökumət, ilk növbədə, PXR dövrünə mənfi münasibəti özündə əks etdirən bir sıra qərarları seymdən keçirə bildi. Qərarlarda Polşa xalqının iradəsinə zidd olaraq ona qəbul etdirilmiş totalitar kommunist sistemi tənqid edilirdi. 1945-1989-cu illərdə hakimiyyət orqan- larında fəaliyyəti cinayət xarakteri daşıyanların cəzalandırılacağı göstərilirdi. Həmçinin lüstra-
siya haqqında qanuna müvafiq olaraq dövlət strukturlarında yüksək vəzifələrdə çalışan şəxslər PXR-in xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmələri haqqında bəyannamə təqdim etməli idilər. Bunun yoxlanılması lüstrasiya məhkəməsinə və prokurora həvalə edilirdi. PXR- in bütün gizli xidmət arxilvəri Milli Yaddaş İnstitutuna verildi. Hər bir Polşa vətəndaşı onun haqqında burada olan və ya nə vaxtsa açılan dosya ilə tanış olmaq hüququna malik idi.
Y.Buzek hökumətin fəaliyyətinin növbəti istiqaməti seçki kampaniyası ərəfəsində vəd edilmiş idarəçilik sistemində, səhiyyədə, təhsildə, orduda və sosial təminat sahələrindən asılı islahatlar keçirilməsinə hazırlığa başlaması idi. Səhiyyə və təhsil sahəsində yenidənqurma cəmiyyət tərəfindən ağrılı qarşılandı. Bu müəssisələr üçün ayrılan vəsaitin çox hissəsi vətən- daşların və yerli özünüidarə orqanlarının üzərinə düşməklə yanaşı, həm də xırda yaşayış məntəqələrində çoxlu xəstəxana və məktəblərin bağlanmasına səbəb oldu. İnzibati islahatın gedişində voyevodalıqların sayı 49-dan 16-ya endirilməsi də, dövlət qulluqçularının gözlə- nilən sayı nəinki azalmadı, icmalarla voyevodalıqlar arasında daha 227 aralıq orqanlar yara- dıldı. Nəticədə mərkəzi dövlət orqanlarında çalışan qulluqçuların sayı 1989-cu ildəki 40 min- dən 2000-ci ildə 150 minə, voyevodalıqda isə müvafiq olaraq 110 mindən 118 minə çatdı. Paralel olaraq, çox hallarda dövlət orqanlarını təkrarlayan, tam fəaliyyət göstərmək üçün kifayət qədər maliyyə vəsaiti olmayan özünüidarə orqanları yaradılırdı. Hökumət dövlət haki- miyyəti və özünüidarə orqanlarında islahatın köməyi ilə idarəetmənin səmərəliliyini yüksəlt- mək və həm də əsas vəzifələrə özünün tərəfdarlarını yerləşdirmək məqsədi güdürdü. 1997- 2000-ci illərdə dövlət idarəçiliyin yenidən qurulması istiqamətində hökumətin atdığı addımlar cəmiyyət tərəfindən müdafiə edilmədi və rəyi soruşulanların 50 faizi hökumətin bu addım- larına mənfi münasibət bildirdi. Cəmiyyətdə hökumətin nüfuzunun aşağı düşməsi 2000-ci ilin mayında Azadlıq Uniyasının koalisyasından çıxmasına gətirib çıxardı. Hökumət parlamentdə çoxluğu itirsə də hakimiyyətdə qala bildi. Azlığın hökuməti kimi fəaliyyətini davam etdirən Y.Buzak kabineti islahatları dayandırdı.
2000-ci ilin payızında yeni Polşada növbəti – sayca üçüncü prezident seçkiləri keçirildi. Seçkinin elə birinci turunda özünün yaxın rəqibindən üç dəfə çox səs toplayan A.Kvasnevski qalib gəldi. Keçmiş kommunistlərə qarşı dayanmağa qadir və iqtisadi vəziyyəti düzəldə bilə- cək vahid namizəd kimi özünü təqdim edən L.Valensa seçicilərin yalnız bir faizinin səslərini toplaya bildi. Bu nəticə əslində onun siyasi karyerasının başa çatması idi və L.Valensa əvvəlki iş yerinə – Qdansk tərsanəsinə qayıtdı.
2001-ci il Polşanın sonrakı siyasi sisteminin yenidən qurulması dövrünün başlanğıcı oldu. Belə ki, həm Azadlıq Uniyası və həm də “Azadlıq Seçki Aksiyası” (ASA) böhran və parçalanmaya məruz qaldılar. Sağların və mərkəzçilərin bir hissəsi bu təşkilatlardan ayrılaraq Vətəndaş Platformasını (VP) yaratdılar. Digər yeni yaradılmış sağmərkəzçi siyasi təşkilat bir vaxtlar L.Valensanın qızğın tərəfdarları və sonralar onun qəti əleyhdarları olan əkiz qardaşlar Lex və Yaroslav Kaçinskilərin rəhbərlik etdikləri Hüquq və 6dalət təşkilatı idi. “Özünümü- dafiə” partiyası da ölkədə böyük nüfuz qazanmaqda idi. Bu partiyaya yollarda, hökumət idarələrində blokadarlar quran, kütləvi yürüşlər və s. təşkil edən, populist çıxışları ilə cəmiy- yət tərəfindən, xüsusilə bazar xüsusiyyətli dəyişikliklərlə həyat səviyyəsinin aşağı düşməsin- dən narazı olan kənd seçiciləri tərəfindən özünə çoxlu tərəfdar tapan Anje Lepperin başçılıq edirdi. 2001-ci ildə keçirilən parlament seçkiləri seçicilərin 40 faizindən çoxunun səslərini toplamış Sol Qüvvələr Demokratik İttifaqının (SQDİ) və 6mək Uniyası koalisiyasının qələ- bəsi ilə nəticələndi. Cəmi 6 partiya öz deputatlarını seymə keçirə bildi. Onların içərisində “Həmrəylik” Seçki Aksiyası və Azadlıq Uniyası yox idi. Lakin solların qələbəsinə baxmaya- raq hökuməti təşkil etmək üçün kifayət qədər mandat olmadığından onlar Polşa Kəndli par- tiyası ilə koalisiyaya girməyə məcbur oldular. SQDİ-nin nümayəndəsi L.Miller Baş nazir oldu. Maliyyə sistemini sağlamlaşdırmaq, ölkəni iqtisadi böhran təhlükəsindən qurtarmaq və Avropa İttifaqına daxil olmağa tezləşdirmək hökumətin qarşısında duran ən yaxın vəzifələr idi. Polşanın iqtisadi vəziyyəti olduqca ağır idi. Büdcə kəsiri 88 milyard zlotı təşkil edirdi, sənayedə durğunluq hökm sürürdü, işsizlərin sayı 2,8 milyon nəfərə çatmışdı.
Polşa Kəndli partiyası ilə koalisiya heç də möhkəm deyildi. “Özünümüdafiə” parti-
yasının kənddə nüfuzunun daima artması Polşa Kəndli partiyasının kənddə sosial dayağını get-gedə zəiflədirdi. Həm də Polşada istehsal olunan kənd təsərrüfatı məhsulları Avropa İtti- faqı dövlətləri və ABŞ-da istehsal olunan kənd təsərrüfatı məhsulları ilə rəqabət apara bil- mirdi. Hökumət heç cür iqtisadiyyatdakı böhran hallarını aradan qaldırmaq proqramnı həyata keçirə bilmirdi. İqtisadi bloka daxil olan nazirlərin tez-tez dəyişdirilməsi də xalq təsərrüfatının sabit inkişaf etməsini təmin edə bilmirdi. Bu və digər səbəblər 2003-cü ilin fevralında höku- mət koalisiyasının dağılmasına gətirib çıxardı. Lakin Y.Buzek Hökuməti kimi, L.Millerin kabineti də istefa vermədi. Hökumət daha iki il fəaliyyət göstərsə də kabinetin və SQDİ-nin nüfuzu daima aşağı düşürdü. 2004-cü ilin martında SQDİ-nin tarixində ilk dəfə parçalanma baş verdi və 2004-cü ilin mayında Polşanın Avropa İttifaqına daxil olmasının ertəsi günü L.Miller baş nazir vəzifəsini tərk etdi. Onun varisi Marek Belka 2005-ci ilin sentyabrında keçirilən parlament seçkilərinə qədər hökuməti saxlaya bildi.
2005-ci il seçkilərində seçkiqabağı mübarizəyə qoşulmuş 52 partiyadan yalnız 6-sı 5 faizlik həddi keçərək parlamentdə yer ala bildilər. Sağçı Hüquq və 6dalət partiyası seçkilərin qalibi oldu. İkinci yerə sağmərkəzçi Vətəndaş Platforması, üçüncü yerə heç kəsin gözləmədiyi halda “Özünümüdafiə” partiyası çıxdı.
2005-ci ilin oktyabrında Polşada növbəti prezident seçkiləri keçirildi. İkinci turda Polşa Kəndli partiyasının namizədi Lex Kaçinski birinci turun qalibi, Vətəndaş Platformasının lideri Donald Tusku qabaqlayaraq qələbə çaldı. D.Tuskun məğlubiyyətinin başlıca səbəbi onun partiyasının PKP ilə koalisiyaya girməkdən imtina etməsi idi. Seçkilərdən sonra 2005-ci ilin noyabrında PKP-nin nümayənəsi Kazimej Martsinkeviçin başçılıq etdiyi yeni hökumət yara- dıldı. 2006-cı ilin mayında PKP, “Özünümüdafiə” partiyası və Polşa Ailələri Klerikal Liqası nümayəndələrindən təşkil olunmuş koalision hökumət formalaşdı. 2006-cı ilin iyununda K.Martsinkeviçi PKP-nin lideri D.Kaçinski əvəz etdi.
Parlament demokratiyası şəraitində Polşanın siyasi inkişaf təcrübəsi göstərdi ki, ölkədə islahatları ardıcıllıqla həyata keçirə bilən sabit hökumətin yaradılması vəzifəsi həll edilməmiş qaldı. Partiyaların təşkilatlanması hələ tam başa çatdırılmamışdı. 1991-ci ildən sonra keçirilən bütün parlament seçkilərində yalnız iki partiya – Sol Qüvvələr Demokratik İttifaqı (SQDİ) və PKP müntəzəm iştirak etmişdir. Son illərdə “Özünümüdafiə” partiyası və millətçi Polşa Ailə- ləri Liqası təşkilatlarının nüfuzunun artması müşahidə edilir. Bu iki partiya 2005-ci il seçki- lərində birlikdə 19 faizdən çox səs toplaya bildilər. Nəhayət, prezident və parlament seçki- lərində iştirak edənlərin sayının azalması tendensiyası da müşahidə olunmaqdadır. Belə ki, 2005-ci il parlament və prezident seçkilərində müvafiq olaraq əhalinin 40,57 faizi və 50 faizə yaxını iştirak etmişdir. Buna səbəb cəmiyyətin müxtəlif təbəqələrinin parlament demokrati- yasından və özlərinin həyat səviyyəsindən narazılığı idi. XXI əsrin əvvəllərində ölkədə keçi- rilən rəy sorğusuna görə əhalinin 39 faizi özlərinin ən yaxşı illərini E.Gerek dövrünə, 40 faizi V.Yaruzleski dövrünə, 15,5 faizi isə cəmiyyətin yenidən qurulması dövrünə aid edirlər. Buna baxmayaraq, Polşanın siyasi qüvvələrinin böyük hissəsi konstitusiyanın və seçki qanunun dəyişdirilməsi məsələsini irəli sürmür, hakimiyyət sükanında sağ və sol qüvvələrin vaxtaşırı bir-birini əvəz etməsi onları tam qane edir. Xaricilərlə bərabər rəqabət aparmaq iqtidarında olmayan və dövlətin müdafiəsinə ehtiyacı olan ölkə sahibkarları da bu vəziyyətlə razılaşmalı oldular.
2007-ci ilin oktyabrında Polşada növbədənkənar parlament seçkiləri oldu. Seçkilərdə “Vətəndaş Platforması” qələbə qazandı, onun lideri Donald Tusk Baş nazir seçildi. 2010-cu il aprelin 10-da Polşanın prezidenti Lex Kaçinski Xatın faciəsinin ildönümündə iştirak etmək məqsədilə Rusiyanın Smolensk şəhərinə uçarkən təyyarəsi qəzaya uğradı, dövlət başçısı, hə- yat yoldaşı və təyyarədəkilər həlak oldu. Dövlət başçısı vəzifəsini Seymin marşalı Bronislav Komorovski yerinə yetirməyə başladı. 2010-cu il iyulun 4-də prezident seçkilərinin ikinci turu oldu, Bronislav Komorovski prezident seçilərək avqustun 6-da fəaliyyətə başladı. 2011-ci il oktyabrın 9-da növbəti parlament seçkiləri keçirildi, “Vətəndaş Platforması” və Polşa Kəndli partiyası Seym və Senatda çoxluq təşkil etdi. 2015-ci il avqustun 6-dan Ancey Duda Polşanın Prezidentidir. 2014-cü il sentyabrın 22-də Eva Kopaç “Vətəndaş Platforması”nın liderlərindən
biri kimi Polşanın 54-cü hökumətini təşkil etmişdir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin