Hazırlanması: Yağlı-quyruqlu qoyun əti çəkilir, düyü, duz, istiot, pomidor vurulub qiymə hazırlanır. Hazır qiyməyə 1 ədəd turş narın yarısı sıxılır. Qazanın dibinə qoyunun döş, qabırğa, irtmək hissələri döşənilir. Ətlər duzlanıb üzərinə yarımçıq qalmış nar sıxılır. Pörtlədilmiş Bərdə kələminə dolmalar bükülüb qazandakı ətin üzərinə düzülür. Bu xörəkdə nar suyunu ayrıca vermək də olar. Dolmanın üzərinə su əlavə edilib tam yağa düşməsi gözlənilir. Qırto
Tərkibi: 2 st. qatıq
1 st. xama
Qarabaü mÿtbÿxi
182 ●
1 ədəd yumurta
Zövqə görə duz
1 kiçik baş soğan
1 dəstə tər (və ya quru) nanə
1 çimdik zəfəran
Hazırlanması: Bir qədər acı, suyu süzülmüş qatığa xama əlavə edilir. Alınmış kütləyə çox az miqdar duz və yumurta qatılıb çalınır. Yığcam bir qazanda soğan qızılı rəng alanadək öldürülür. Soğan hazır olduqda nanə doğranılıb qazana tökülür. Nanə 3 dəqiqə öldükdən sonra bir çimdik zəfəran da əlavə edilib, hazırlanmış qatıq qarışdırıla-qarışdırıla qazana tökülür. 10 dəqiqədə ara-sıra bulana-bulana qırto hazır olur. “Qırto” Qarabağ mətbəxinin ləzzətli sousu adlana bilər. Qırtonu başqa bir yeməyin yanında (məs. kartof qızartması) və yaxud duzlanıb-istiotlanmış baş soğanla vermək olar. Bomba
Tərkibi: Y.dəstə göy soğan, yaxud baş soğan
0.5 l ət suyu (işgənə)
1 st. yumru düyü
4-5 ədəd qara alça
1 dəstə ispanaq
1 dəstə quzu-qulağı
1 dəstə əməköməci
y.dəstə keşniş
y.dəstə şüyüd
Hazırlanması: Göy soğan, yaxud baş soğan kərə yağda qovrulur. Ət suyu əlavə edilib bir qədər qaynatdıqdan sonra şorbaya yumru düyü əlavə edilir. 4-5 ədəd qara alça da əlavə edilib əvvəlcədən yuyulub doğranmış göyərtilər şorbaya tökülür.
Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 183
Yumurta bozbaşı