Sosial fəlsəfə


Bazar iqtisadiyyatının fəlsəfi təhlili



Yüklə 72,75 Kb.
səhifə27/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   23   24   25   26   27   28   29   30   ...   55
sosial fəlsəfə

30.Bazar iqtisadiyyatının fəlsəfi təhlili

. Bazar, cəmiyyətin sosial- iqtisadi həyatında qayda yaradan və onun tərəqqisinə kömək edən çox güclü mexanizmdir. O tarixən formalaşan və inkişaf edən obyektiv iqtisadi və sosial reallıqdır. Bazar münasibətləri, mövcud tələbatları üzə çıxarmağın və onları ödəməyin, istehsalçı ilə istehlakçı arasında münasibətləri tənzim etməyin bəşəriyyətin tarixi praktikasında sübuta yetirilmiş ən ağıllı formasıdır. Bu münasibətlər tələb ilə təklifin nisbətinin qorunmasında, təşkilat, müəssisə, firmalar və ayrı- ayrı şəxslər arasında azad rəqabətin tə'min olunmasında müstəsna əhəmiyyətə malikdir. Bazar təsərrüfatı insanları gəlir əldə etməyə sövq edir və buna şərait yaradır. Iqtisadi həyatın əsas hüceyrəsini təşkil edən fayda götürmək prinsipi bazar şəraitində daha asan reallaşır. Çünki bazar iqtisadi mənafelərə əsaslanan müxtəlif sövdələşmələrin meydanıdır. Təbiidir ki, məhsul istehsalçısı ilə alıcı arasında gizli şəkildə olsa da, belə bir fikir ümumiliyi vardır: birinci satmaq, ikinci isə almaq istəyir. Doğrudur bu işdə qiymətlər heç də həmişə hər iki tərəfi qane etmir. Lakin nəticədə müəyyən razılığa gəlinir və alqı- satqı baş tutur. Bazar münasibətləri həm də öz sərtliyi və amansızlığı ilə səciyyələnir. Onda yazığa acımaq hissi, həya və vicdan əzabı yoxdur. Bazar yalnız tələb və təklif prinsipinə tabedir. Hər hansı bir məhsula tələb nə qədər çoxdursa, onun qiyməti də bir o qədər yüksək olur. Və əksinə, tələbin az olması qiyməti aşağı salır. Bu işdə istehlakçıların sayı da mühüm rol oynayır. Belə ki, müəyyən növdən olan məhsulu almaq istəyən istehlakçıların çoxluğu qiymətin artmasına gətirib çıxarır. Əksinə onların sayının az olması satış qiymətinin aşağı düşməsinə kömək edir




Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin