Sosial fəlsəfə


Mülkiyyət anlayişı, onun növləri və cəmiyyətdə rolu



Yüklə 72,75 Kb.
səhifə26/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
sosial fəlsəfə

29.Mülkiyyət anlayişı, onun növləri və cəmiyyətdə rolu.

İnsanlar arasında çoxtərəfli iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr iki əsas tipə ayrılır. Birinci, mülkiyyət münasibətləri (insanlar arasında bu əlaqələrə müvafiq qərarlaşan sosial-iqtisadi münasibətlər) hesab olunur. Bu qəbildən olan əlaqələr böyük sosial qruplar, ayn-ayrı kollektivlər və cəmiyyət üzvləri arasında istehsalın nəticələrini mənimsəməyə görə fərqlər yaradır. Sosial-iqtisadi münasibətlər mülkiyyət formalarından asılı olaraq formalaşır. Başqa sözlə məhz mülkiyyət formaları həmin münasibətlərin başlıca məzmununu və inkişaf istiqamətini müəyyən edir. Belə ki, bu inkişaf həmişə və bütün sahələrdə mülkiyyətçilərin mənafelərinə uyğun həyata keçirilir.

İkinci tip təşkilati-iqtisadi münasibətlər adlanır. Həmin münasibətlər də çox mühümdür, çünki istehsalın bütün tərəfləri müəyyən səviyyədə təşkil edilməlidir. Bunsuz insanların heç bir birgə fəaliyyəti sahəsində keçinmək mümkün deyildir. Qeyd olunan münasibətlər tipi insanların ayrı-ayrı iş sahələri üzrə bölünməsini, təsərrüfat fəaliyyətinin üsullarını və istehsalın idarə olunmasını əhatə edir.

Mülkiyyət iqtisadi sferanın əsas məsələsidir. Mülkiyyət münasibətləri aşağıdakı üç əsas məsələni aydınlaşdırır: islehsalın nəticələrinin mənimsənilməsi; istehsal şəraitindən daha yaxşı istifadə olunması və təsərrüfat fəaliyyətinin gəlirinin sahilbiyi. Mülkiyyət münasibətlərinin bütün sistemi insanlarda iqtisadi-maddi, əmlak maraqları əmələ gətirir.

Mülkiyyətin fəlsəfi mövqedən təhlili ona hüquqi, siyasi və qismən də iqtisadi elmlərin yanaşmasından fərqlənir. Həmin elmlər mülkiyyəti əsasən hüquqi baxımdan şərh edirlər. Fəlsəfə isə mülkiyyətin hüquqdan kənar tərəflərini də araşdırır, onu sosial münasibətlərin növü kimi nəzərdən keçirir. Bu cəhətə diqqət yetirərək J.Russo göstərirdi ki, mülkiyyət vətəndaş cəmiyyətinin həqiqi əsası və vətəndaşların öz öhdəliklərini yerinə yetirməsinin həqiqi zəmanətçisidir, əgər əmlak insanın insan üçün götürdüyü girov olmasaydı, onda insanların öz öhdəliklərindən boyun qaçırması və qanunları lağa qoymasından asan heç nə olmazdı


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin