Sosial işçinin səriştə və bacarıqlarını şərh edin.
Sosial işçinin səriştə və bacarıqları • Güclü tərəfləri və ehtiyacları müəyyən etmək, habelə ailəni güclü tərəflərə əsaslanan dəyərləndirmə prosesinə cəlb etmək bacarığı. • Uşağın qayğıya ehtiyacı olduqda, müvafiq və həlledici addım atmaq bacarığı. • Mürəkkəb məlumatları təhlil etmək bacarığı. • Uşaqların rifahı ilə bağlı yanaşmada israrlı ola bilmək bacarığı. • Böhran vəziyyətinə anında müdaxilə və erkən müdaxilələrlə bağlı xidmət və strategiyaları tətbiq etmək bacarığı. • Ailələrlə peşəkar əlaqələr yaratmaq və saxlamaq bacarığı. • Dinləmək bacarığı. • Asanlıqla uyğunlaşa bilmək bacarığı. • Ədavətli və ya inadkar olan könülsüz müştərilərlə işləmək bacarığı. • Sənədləşdirmə və məhkəmə ifadəsi də daxil olmaqla, hüquqi sistemlərdə işləmək bacarığı. • Maliyyə davamlılığı üçün uşaq və ailəni gücləndirmək, o cümlədən ailə və icma dəstəyindən istifadə etmək bacarığı. Əsas səriştə və bacarıqlar 1. Dəyərləndirmə bacarıqları • Müxtəlif müştərilərin problemlərini dəyərləndirmək, müvafiq müdaxilə strategiyası tətbiq etmək, müştərinin olduğu vəziyəti yaxşlaşdırmaq üçün bir plan hazırlamaq, o cümlədən bu planın icrasını asanlaşdırmaq bacarığı. 2. Terapiya bacarıqları • Sosial işçilər, uşaqlara və ailələrə məişət zorakılığı, etinasızlıq, maddə asılılığı və digər məsələlərin öhdəsindən gəlməyə köməklik edirlər. Onlar təlim zamanı əldə etdikləri bacarıqları öz işlərində sosial, psixoloji və emosional məsləhətlər verən zaman tətbiq etməlidirlər. 3. İnsanlararası münasibətlər üzrə bacarıqlar Sosial işçilər, müştərilərlə işləyən zaman empatiya qurmağı və anlayış göstərməyi bacarmalıdırlar. İstiqanlılıq, empatiya duyğusu, düzgünlük və səmimiyyət sosial işin əsasını təşkil edir. 4. Yazılı və şifahi ünsiyyət • Sosial işçilər, uşaqlara və ailələrə dəstək ola bilmək üçün geniş sayda sənəd işləri ilə məşğul olmalı, müxtəlif hesabatlar və müştərinin məsələsi ilə bağlı protokollar hazırlamalı, yazışmalar və şifahı danışıqlar aparmalı, habelə müştərinin əvəzinə bir sıra xidmət orqanlarına zəng etməlidirlər. 5. Uyğunluluq • Sosial işçilər sadəcə müxtəlif vəziyyətə və insanlara uyğunlaşmalı deyil, həm də bir sıra evləri ziyarət etməli və müxtəlif təşkilatlarla görüşməlidirlər. 6. Müxtəlifliyi qəbul etmək • Sosial işçilər müxtəlif sosial, irqi və etnik qrupdan olan uşaqlarla işlədikləri üçün onlar, müxtəlif sosial qruplarla səmərəli əlaqə qurmağı və hər bir müştəriyə eyni hörmətlə yanaşmağı bacarmalıdırlar. 7. Sərhəd qoymaq • Müştəri ilə effektiv münasibət yaratmaq üçün empatiya qurmaq bacarığı qədər mühim olan bu bacarığa sosial işçinin sərhəd qoymaq ehtiyacını anlaması və bu sərhədləri saxlaya bilməsi aididir. 8. İcma resursları barədə məlumatlı olmaq • Peşəkar sosial işçi, hər zaman uşaqlara və ailələrə dəstək olmaq üçün vacib olan icma resusrlarından xəbərdar olmalıdır. Sosial işçi, hansısa bir şəxsin tibbi qayğı, qidalanma, geyim, psixoloji məsləhət və hüquqi məsləhət üçün necə çıxış əldə edə biləcəyini bilməlidir. Ətrafdakı stress amillərini anlamaq • Sosial işçilər, xüsusi problemlərin nədən yarandığını, insanların verdikləri reaksiyaların səbəbini, ailədaxili, sosial və maddi problemlərin ailələr və fərdlər üzərində necə təsir göstərdiyini anlamalıdırlar. Bu səbəbləri anlamaq müştərinin olduğu vəziyyəti daha yaxşı başa düşməyə, habelə daha effektiv həll yolu tapmağa kömək edir