Sosial siyasətin funksiyaları və istiqamətləri haqqında məlumat verin
Sosial siyasətin istiqamətləri aşağıda göstərilənləri əhatə etməlidir:
Sosial əmək münasibətləri və məşğulluq siyasəti;
Gəlirlərlərin ədalətli bölgüsü siyasəti;
əhalinin istehsal prosesinin təkrar istehsalı siyasəti;
sosial sahələrin təkmilləşdirilməsi siyasəti;
regional sosial siyasət.
Sosial siyasətin subyektləri olan cəmiyyət üzvləri, sosial qruplar, onların maraqlarını təmin edən və onları təmsil edən hakimiyyət orqanları, təşkilatlar, institutlar, qurumlar daim bir-biriylə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Sosial siyasətin subyeklərinə konkret olaraq ixtisaslaşdırılmış dövlət orqanlarını, xeyriyyə təşkilatlarını və birliklərini, həmçinin, qeyri-dövlət təşkilatlarını aid etmək olar. Sosial siyasətin funksiyaları aşağıdakılardır:
Cəmiyyətin sosial təhlükəsizliyini təmin edərək sosial sabitliyi qorumaq;
Dövlət hakimiyyətinin siyasi sabitliyini qorumaq;
Dövlət hakimiyyətinin ədalətli bölgüsünün təmin edilməsi, yəni hakimiyyətin bölgüsü çoxları tərəfindən ədalətli hesab olunacaq prinsiplə bölünməlidir;
Həm cəmiyyət, həm də dövlət tərəfindən ekoloji təhlükəsizliyin zəruri səviyyəsinin əldə edilməsi;
Cəmiyyət və dövlət tərəfindən tamamilə cəmiyyətin, həm də hər bir sosial qrupun lazimi səviyyədə sosial müdafiə ilə təmin edilməsi;
Cəmiyyəti iqtisadi ehtiyyatların və iqtisadi səmərənin bölgü sistemi ilə təmin etmək.