Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Günəşin illik hərəkətindəki xüsusiyyətlər



Yüklə 1,47 Mb.
səhifə19/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
Astranomiya kolllllll

Günəşin illik hərəkətindəki xüsusiyyətlər
Günəşin müxtəlif enliklərdə illik hərəkəti müxtəlif cür baş verir.

Yerin Şimal qütbündə (=90º) Günəş göy ekvatorundan yuxarıda olduğu bütün müddətdə (yəni δ>0 olduqda) üfüqdən yuxarıda olur. Məsələn, Yerin Şimal qütbündə Günəş 21 martda (δ>0º) doğur, 22 iyunda (δ=+=+23º27') maksimum hündürlüyə qalxır və 23 sentyabrda (δ=0º) batır. Beləliklə qütbdə yarım il gündüz, yarım il isə gecə olur.

Yer ekvatorunda (=0º) bütün ulduzlar, eləcə də Günəş 12 saat üfüqdən yuxarıda 12 saat üfüqdən aşağıda olur. Deməli ekvatorda həmişə gecə ilə gündüz bərabərdir. İldə iki dəfə -21 martda və 23 sentyabrda (=00) Günəş günorta zentdə olur.

Əgər Günəş disk şəklində deyil nöqtə şəkilində olsaydı və atmosfer işıq şüasını sındırmasaydı və qaytarmasaydı hadisələr yuxarıdakı kimi olardı.Əslində isə hadisələr bir qədər başqa cür baş verir:

1.Şüanın atmosferdə sınması nəticəsində biz ulduzları və Günəşi həqiqi yerindən bir qədər hündürdə görürük. Bundan başqa Günəş disk şəkilində olduğundan onun doğması və batması anı olaraq diskin yuxarı kənarını götürmək lazımdır. Bunun nəticəsidir ki, Günəş qütbdə 21 mardan bir neçə gün əvvəl görünməyə başlayır, 23 sentyabrdan bir neçə gün sonra isə görünməkdə davam edir.

2.Yer kürə şəkilində olduğundan onun səthi qabarıqdı. Ona görə də müşahidəçi üçün günəş batdığı halda o bir neçə dəqiqə dağların başını işıqlandırır. Atmosferin yuxarı qatlarını o, daha uzun müddət işıqlandırmaqda davam edir. Beləliklə gündüzün uzunluğu xeyli artmış olur.



Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin