Çalışma 111.
Yuxarıdakı mətndə Avropa dillərindən gələn
sözlərə görə statistik təhlil aparın, onların termin yoxsa ümumiş- lək
sözlər olduğunu izah edin.
Çalışma 112.
Verilmiş sözlərin mənasını aydınlaşdırmağa
çalışın, onların nə vaxt termin, nə vaxt beynəlmiləl söz kimi işlənmə
məqamlarını izah edin, onlara ən çox hansı üslubda rast gəldiyinizi
deyin:
snoubord, fristayi, tras, buzadırmanma, alpinizm, sertifikat,
taekvondo, missiya, çempionat, konfederasiya, vitse-prezident, liqa,
komer, legioner, limit, turnir, matç, arena, debüt.
Çalışma 113.
Məşqçi kimi ixtisasınıza uyğun məşğələlər
keçirmək istəyirsiniz. Onun haqqında
məlumat
yazın.
Çalışma 114.
Uzaqda yaşayırsınız: Ailənizə min manat pul
göndərdiyiniz barədə
teleqram
vurun.
17^
4.
RaSMl-KARGÜZARLIQ ÜSlURU
Rəsmi-kargüzarlıq üslubu "əməli üslub", "rəsmi-əməli üslub";
"işgüzar üslub" adları ilə də işlənir. Rəsmi sənədlər, təlimatlar,
qanunvericilik aktları və s. rəsmi-kargü- zarlıq üslubuna uyğun tərtib
olunur, yazılır. Bu üslubun əsas xüsusiyyəti ifadə düzgünlüyü, fikir
dəqiqliyi və yığcamlıqdır.
Rəsmi sənədlərin dilində artıq, mətləbdənkənar sözlərə,
təkrarlara, bədii ifadələrə yer verilmir, dəqiq söz və terminlər işlədilir,
qrammatik normalara riayət edilir, ştamp xarakterli standart
sözlərdən, basmagəlib (trafaret) ifadə və cümlələrdən istifadə olunur.
Bu üslub öz forma və məzmunu etibarilə kütləvi mahiyyət daşıyır,
ixtisasından, peşəsindən, həyatda tutduğu vəzifəsindən asılı
olmayaraq insanlar əməli yazılara müraciət edirlər.
Rəsmi-əməli üslub, adından göründüyü kimi, həyatın praktik
tələbləri ilə bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə,
vətəndaşlann idarə, müəssisə və təşkilatlarla əlaqəsini təmin edir.
Rəsmi-kargüzarlıq üslubunu inzibati-idarə üslubu, dəftərxana
üslubu da adlandmrlar. Dəftərxana sənədləri rəsmi xarakterdə olduğu
üçün özünəməxsus cəhətləri ilə seçilir. Bu üslubun onlarla sənəd növü
vardır: qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə,
təlimat, protest, etimadnamə, hökm, qərar, göstəriş, əmr, akt və s.
Dövlət əhəmiyyətli rəsmi sənədlər xüsusi aynimış adamlar
tərəfindən hazırlanır, dövlət başçısı tərəfindən imzalanır.
Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan (teleqram,
anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə,
arayış, vəkalətnamə, və s.), hər hansı hadisə və faktı əks etdirən (akt,
protokol, müqavilə, və s.) və iclas, toplantı, yığıncaq, konftanslann
qərarları-protokol, hesabat və s. formasında olur (6, səh. 4)
176
Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli
üslubun tələblərini özündə əks etdirən əsas rəsmi-kargü- zarlıq sənəd
növlərini aşağıda əlifba sırası ilə veririk.
Dostları ilə paylaş: |