ON söz
Azərbaycan xalqı öz dövlət müstəqilliyini qazandıqdan
sonra
respublikamızın iqtisadi, ictimai və siyasi həyatında olduğu kimi,
mədəni, elmi və təhsil sahəsində də dünya standartlarına inteqrasiya
etməyə başlamışdır. Dünya birliyinin iqtisadi maraq mərkəzinə
çevrilmiş respublikamız iqtisadi inkişaf cəhətdən lider ölkə kimi
özünün təhsil prəblemlərini də analoji qaydada yeniləşdirməkdədir.
Təhsil sistemində olan yeniləşmə tədrisdə təkcə uğurla tətbiq edilən
kompüterdən, elektron maşınlar və müasir texnologiyadan istifadə ilə
məhdudlaşmır, bütövlükdə
Bələniya təhsil sistemini, kredit üsulunu
da əhatə edir.
İnteraktiv metodla tədris olunan müasir dərslərdə tələbələrin də
müəllimlərlə birgə daim fəal olması, problem-situasiya şəraitində
mövzuların elmi araşdırma kimi şərhi tələb olunur. Onlar əqli
proseslərdə mühakimə yürütməli, ümumiləşdirmələr aparmalı, nəticə
çıxarmalı olurlar, dərs bütün qrupun fəallığı ilə keçir.
Respublikamızda uğurla həyata keçirilən təhsil islahatı ali
məktəblərin qarşısında geniş perspektivlər açmışdır və müəllimlərdən
tədris proqramlanna,
dərsliklərə, dərs vəsaitlərinə, tədris olunan
fənlərin istiqaməti və xarakterinə yenidən baxmağı tələb edir. Bu
tələbat eyni dərəcədə nitq mədəniyyəti fənni - nə də aiddir.
Azərbaycan dilini ərta ümumtəhsil məktəblərində öyrənmiş tələbələrə
nitq mədəniyyəti fənnini praktik şəkildə mənimsətmək, ənlann nitq
vərdişlərini yüksəltmək üçün tapşı- nqlar sistemi daha ciddi şəkildə
işlənməli, nümunəvi nitq mədəniyyətinə malik hərtərəfli inkişaf etmiş
gənclərin yetişdirilməsi məsələsi qarşıda durmalıdır.
XX əsrin ərtalanndan diqqəti cəlb etməyə başlamış nitq
mədəniyyəti 1980-ci ildən bəzi ali məktəblərin tədris planına
salınmış, nitq mədəniyyəti məsələlərinə diqqət artmlmışdır.
Nitq mədəniyyəti təhsil sisteminin aktual prəblemlərindən biri
əlmaqla xalqımızın ümumi milli mədəniyyətinin tərkib hissəsidir.
Ailədən,
məktəbdən başlanan hərəkət, davranış mədə
niyyəti ünsiyyət, danışıq mədəniyyəti ilə paralel getməli, əxlaq
normaları nitq normalarında öz ifadəsini tapmalıdır. Tələbələr rəsmi
dövlət dili statusu almış Azərbaycan dilində - ictimai ünsiyyət vasitəsi
olan öz ana dilində təkcə ailə-məişət üslubu daxilində deyil, həm də
elmi, publisistik və rəsmi-kargüzarlıq üslublarında, yeri gələrsə,
istedadlı gənclər hətta bədii üslubda öz fikirlərini şifahi və yazılı
şəkildə ifadə etməyi - danışmağı və yazmağı bacarmalıdırlar. Əlbəttə,
bunun üçün zəmanəti müəllimlər verməlidirlər. Onlar elmi-nəzəri
biliklərə yiyələnmiş, hərtərəfli nitq hazırlığı keçmiş, savadlı yazı və
düzgün oxu vərdişləri qazanmış gənclərdə
ali məktəbdə gündəlik
ünsiyyətin müxtəlif sahələrində öz fikirlərini nitq normalarına uyğun
ifadə etmək bacarığını təkmilləşdirməlidrlər.
Gənclərimiz hər cür rəsmi-kargüzarlıq, dəftərxana sənədlərini
hazırlamağı, təhsil prosesində, ictimai həyatda, mətbuatda çıxış
etməyi, ekran və efir qarşısında öz mülahizələrini, arzu və istəklərini,
təklif və tövsiyələrini, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı
fikirlərini sərbəst, səlis və aydın şəkildə, məzmunlu söyləməyi
öyrənməlidirlər. Məhz bu istəyi reallaşdırmaq
məqsədilə də orta
məktəbin "Azərbaycan dili" proqramına "Nitq mədəniyyəti" və
"Rabitəli nitqin inkişafı" bölmələri daxil edilmişdir. Orta məktəb
kursunun davamı kimi tələbələr nitq mədəniyyəti və düzgün nitq
anlayışlannm mahiyyətini anlamaqla ədəbi dilin normalanm nitqdə
saxlamağı, cümlə üzvlərinin düzgün sıralanması qaydasını, yazılı
nitqdə orfoqrafiya və durğu işarələri qaydalanm gözləməyi, sintaktik
konstruksiyalardan istifadə etməyi, sözlərin məna tutumuna görə
yerli-yerində işlədilməsi məsələlərini mənimsəməlidirlər.
Onlar adi
danışıq və publisistik üslublarda yazılı və şifahi mətnlər tərtib etməyi,
təsviri və nəqli xarakterli materiallann ifadəliliyini yüksəltməyi, bu
üslublara uyğun dil vasitələrindən bacarıqla yararlanmağı
öyrənməlidirlər. Əlbəttə, bunun üçün onlar dərin biliyə, hərtərəfli
məlumata sahib olmaqla bu bilik və məlumatları rəvan, aydın, dəqiq,
düzgün danışmağı və yazmağı bacarmalıdırlar.
Gənclərimiz gözəl danışıb-yazmaq qabiliyyətinə yiyələnməklə yüksək
milli-mənəvi keyfiyyətlər nəticəsində mədəni nitqin gözəlliyi,
zənginliyi və düzgünlüyünü mənimsəyə bilərlər.
2009-2010-cu dərs ilindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasında seçmə fənn kimi "Nitq mədəniyyəti" tədris
olunur. Fənnin öyrənilməsinə bir semestr ərzində 45
saat vaxt
ayrılmışdır. Fənnin tədrisində məqsəd tələbələrimizə öz fikirlərini
yazılı və şifahi formada düzgün, aydın, səlis, canlı və anlaşıqlı bir
şəkildə çatdıra bilmək bacarığı və vərdişlərinin yaradılmasına
yardımçı olmaqdır.
Hazırladığımız "Nitq mədəniyyəti" adlı bu dərs vəsaiti indiyə
qədər respublikamızda yazılmış dərslik və tədris vəsaitlərində istifadə
edilmiş metod və üsullara əsaslanır. Həcminə görə böyük olmayan bu
vəsait Bədən Tərbiyəsi və İdman Akademiyasının
tələbələri üçün
nəzərdə tutulmuşdur. Vəsaitdə nitq mədəniyyəti anlayışı, onun
mövzusu, məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi, nitqin
səciyyəvi cəhətləri, nitqin növləri, mədəni və qeyri-mədəni formaları,
nitqin daxili və xarici keyfiyyətləri, ədəbi dilin normaları, nitqin
üslubları, danışıq etikası və nitq etiketləri kimi başlıqlar altında qısaca
şərh olunmuş, hər mövzudan sonra sual və tapşınqlar,
praktik
çalışmalar verilmişdir. Fənnin tədrisi prosesində tələbələrə nitq
mədəniyyətinin ayrı-ayrı məsələləri haqqında yığcam məlumat
verilməklə mədəni nitqə yiyələnməyin üsul və vasitələri izaha cəlb
olunmuş, onların düzgün və səmərəli istifadə yolları işıqlandırılmışdır.