TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


ABDULLAH B. ŞƏRİKİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI



Yüklə 1,01 Mb.
səhifə23/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   19   20   21   22   23   24   25   26   ...   84
Hz Ali

ABDULLAH B. ŞƏRİKİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI

57 - Abdullah b. Şərik, o da Abdullah b. ər-Rakim əl-Kinanidən, o da Sad b. Əbu Vəqqas - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən mənim qatımda eyni ilə Harunun Musa – əleyhimussəlam - ın qatında olduğu mərtəbədə kimisən»62.

58 - Abdullah b. Şərik, o da əl-Haris b. Malikdən, o da Sad b. Malik (yəni Əbu Vəqqas) - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – qulağı kəsik dəvəsinin üzərində döyüşə çıxdı və Əli - radıyallahu anhu – nu öz yerinə qoydu. Əli - radıyallahu anhu – gəlib dəvəsini keçdi və: «Qureyş, mənim yanında olmağımdan xoşlanmadığına və məni bəyənmədiyinə görə burda qoyduğunu iddia edir» dedikdən sonra ağladı. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – insanlara xitab edərək: «İçinizdən elə bir kəs yoxdur ki, onun ehtiyacı olmasın! Ey Əbu Talibin oğlu! Sən mənim nəzdnimdə, Harunun Musa – əleyhimussəlam - ın nəzdindəki dərəcədə olmaqdan razı olmazsan mı? Yalnız, məndən sonra Peyğəmbər yoxdur!» Əli - radıyallahu anhu – bu sözlərdən sonra özünü saxlaya bilməyib: «Allahdan da, Allahın Rəsulundan da razı oldum!»63.

59 - Yəhya b. Səid, o da Musa əl-Cühənidən rəvayət edir ki, Əli b. Fatimənin yanına girdim. Dostum ona dedi: «Yanında, atandan (eşitdiyin) adamı heyrətə gətirən bir xəbər var mı?». O: «Umeys qızı Əsmə mənə dedi: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm –, Əli - radıyallahu anhu – ya xitabən buyurdu: «Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında olduğu kimisən. Yalnız, məndən sonra Peyğəmbər yoxdur»64.

60 - Cəfər b. Avn, o da Musa əl-Cühənidən rəvayət edir ki, Əli b. Fatimənin yanına gəldim. Səksən yaşında idi. Ona dedim ki: «Atan haqqında yadında bir şey qalıbmı?». O: «Xeyir, ancaq Umeysin qızı Əsmadan bunu eşitdim: Allah Rəsulu – sallallahu aleyhi və səlləm –, Əli - radıyallahu anhu – ya xitabən buyurmuşdu: «Ey Əli! Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında tutduğu mövqe və mərtəbəni tutursan. Yalnız, məndən sonra Peyğəmbər yoxdur»65.

61 - Musa əl-Cühəndi, o da Fatimə b. Əlidən, o da Əsmə b. Umeysədən rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Sən mənim nəzdimdə, Harunun Musa – əleyhimussəlam - ın nəzdində olduğu kimisən. Yalnız, məndən sonra Peyğəmbər yoxdur»66.

62 - İkrimə, İbn Abbas - radıyallahu anhu – dan rəvayət edir ki, Əli - radıyallahu anhu –, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sağlığında belə deyərdi: «Allah: «Əgər O (Peyğəmbər) ölsə və ya öldürülsə, siz geri mi dönəcəksiniz?» (Ali-İmran 144). Allah bizə hidayət verdikdən sonra artıq Vallahi biz geriyə dönmərik! Vallahi O, ölər və ya öldürülərsə, mən də onun kimi Allah yolunda ölənə qədər döyüşəcəyəm. Allah bizə hidayət vermişdir. Təbii ki, mən də bir gün hər fani kimi öləcəyəm. Vallahi mən onun qardaşıyam, vəlisi və varisiyəm. Əmisinin oğluyam. Ona məndən daha laiq və daha haqq sahibi kim var ki?»67.

63 - Rabia b. Nəciz - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Əli - radıyallahu anhu – ya dedi ki: «Ey Möminlərin əmiri! Nəyə görə digər əmilərinlə deyil, sən Ona varis oldun?». O: «Allah Rəsulu sallallahu aleyhi və səlləm –, AbdulMuttalib oğlullarını dəvət etdi. Onlara yemək təklif etdi. Doyana qədər yedilər, lakin yemək sanki heç toxunulmamış kimi qaldı. Sonra su gətirdi. Doyana qədər içdilər. Su heç içilməmiş kimi qalmışdı. Sonra buyurdu: «Mən sizə xüsusən, bütün insanlığa isə ümumən göndərilmişəm. Bu möcüzəni də gördünüz! İçinizdən hansınız mənim qardaşım, dostum və varisim olmaq üçün mənə beət edəcək?». Heç kimsə ayağa qalxmadı. Mən o dəqiqə qalxdım. Qövmün ən kiçiyi mən idim. Buna görə də mənə: «Otur!» deyə buyurdu. Sonra (üç dəfə eyni sözləri təkrar etdi, hər dəfə mən ayağa qalxırdım). O: «Otur!» deyirdi. Üçüncü dəfədə mübarək əlini əlimə vurudu… Məhz buna görə mən, əmimə yox, əmimin oğluna varis oldum68.

64 - Əbu Süleymən əl-Cühənidən rəvayət edir ki, Minbərdə Əli - radıyallahu anhu – nun belə dediyini eşitdim: «Mən Allahın qulu, Rəsulullahın qardaşıyam. Məndən başqa heç kimsə bunu iddia edə bilməz. Kim belə bir iddia edərsə yalançı və böhtançı olar»69.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin