Transplantatm qopma reaksiyası



Yüklə 10.68 Kb.
tarix16.12.2016
ölçüsü10.68 Kb.
Transplantatm qopma reaksiyası

İmmun sistemin transplantata qarşı cavab reaksiya mexanizmi mikroblara qarşı verdiyi cavab reaksiyasi kimidir. Translantasiya üçün toxuma verən orqanizm donor adlandırılır* qəbul edən orqanizm isə - resipiyentdir. Bir resipiyent bir və ya bir neçə dəfə transplantasiya keçirdikdə toxumamn qopma ehtimalı mümkündür. İlk dəfə müəyyən donor-resipiyent transplan-tasiyasında qopma baş verərsə, buna birincili tip qopma deyilir. Eyni xesipiyent iki və daha çox transplantat toxumasını yeni donorlardan alarsa, qopma hər dəfə birincili tip üzrə olur. Transplantasiya eyni donordan təkrar apanlarsa, qopma ikincili tip üzrə baş verir.

Birincili qopmada transplantatın ətrafmda yerli iltihab reak-siya sahəsi yaranır, hiperemiya, ödem, hipervaskulyarizasiya, ağn, toxumanın infiltrasiyası baş verir. Adatan 10-15 gün ərzində transplantatın qopması müşahidə olunur.

Transplantatın ikinci tip qopması daha tez zaman ərzində baş verir. Transplantatın ikincili qopmasına səbəb organizmin birincPtransplatat vasitəsilə həssaslaşması və yaddaş immun cavabın y aranmasıdır. Bu isə adaptiv immun cavabın xüsusiyyə-tidıî. Bu zaman transplantatın ətrafında damarlarda qan dövranı pozulur, skleroz yaranır, köçürülmüş toxuma quru, büzüşmüş, avazımış görünür.

Transplantatın qopması aşağıdaki səbəblər nəticəsində başverir:

1.Orqan/toxuma transplantatın müxtəlif HLA və bəzi minor antigenlərinin ekspressiyası.

2.Problem polimorfizmlə əlaqədar olaraq yaranır.

Transplantatın qopması həm əkscisimlər, həm də hüceyrələr



(T hüceyrələr) tərəfmdən törədilir (adaptiv immun cavab).

Münasib donor - re'sipiyent müəyyən etmək üçün hər iki fərdin HLA sistemi öyrənilir (klassik A,B,C lokuslar), nəticəyə görə histouyğunlaşma indeksi müəyyən olunur.

Donor və resipiyentdə bir eyni HLA olduqda - 25%, iki gendə-50%, üç gen - 75% və dörd gen - 100% uyğunluğ göstəricisidir. Bəzi HLA antigenlərin quruluşu oxşar olduğundan, onlar çarpaz reaksiya verir və xüsusi qruplara birləşirlər.

Məsələn A lokusda - Al,3,11; A2,28; A23,24; A25,26. Donorda güçlü çarpaz HLA antigenləri nə gədər çox olarsa, histouyğunlaşma indeksi bir o gədər yüksələr və qopma reaksiyası zəif olar. Başqa sözlə, transplantatın qopma reaksiyası spesifik immun cavabdır






Şək. 15.3. Dəri allotransplantasiyası

1.Transplantasiyanın 5-ci günü (transplantat tamamilə qanla ləchiz olunmuşdur)

2.12-ci gün. Transplantat məhv olmuşdur (I-li ayrılma).

3.Resipientə eyni donordan yeni transplantat köçürülmüş-dür. 7-ci gün (II-li aynlma)

Transplantatın tipindən asılı olaraq qopma daha çox humoral mexanizm üzrə həyata keçir.

Transplantatın qopmasının adətən, üç növü müşahidə edilir.



Çox kəskin qopma: Bir neçə dəqiqədən bir neçə saata qədər baş verə bilər. Belə güman olunur ki, bu qopmaya səbəb resipientin qan dövranında donor antigeninə qarşı artıq mövcud olan əkscisimləridir. Resipientin qan dövranında anti-HLA anti-cisimləri ilkin qan transfuziyası, çox saylı hamiləlik və ya ilkin transplantatın qopması nəticəsində yarana bilər. Dövr edən əkscisimlər komplementi özünə birbşdirir, qan damarları boyunca yerləşən endotelial hüceyrələri zədələyir. Bu zədə hücey-rələrin toplanmasına, trombositlərin aqreqasiyasına səbəb olur ki, bu da kapilyarların mənfəzinin tutulması və transplantatm qan təchizatının pozulması ilə nəticələnir.
Kəskin qopma: Bir neçə gündən və ya bir neçə həftədən sonra baş vera bilər. Bu qopmanın səbəbi T- hüceyrelərin ilkin aktivləşməsi, bir çox effektor mexanizmlərin də buna qoşulma-sıdır. Əgər transplantat artıq bu donor antigenlərinə qarşı həs-saslaşmış resipientə köçürülərsə, bu zaman T-hüceyrələrin yeniden reaktivasiyäsi baş verər. T-hüceyrələrinyenıdən aktivləş-məsi tezləşmiş hüceyrə tip transplantatın qopmasına səbəb olur. Tezləşmiş hüceyra tip qopma ən çox dəri transplantasiyasında müşahidə olunur. Buna transplantatın "avazımış qopması" deyilir.

Xronik qopma: Bu qopma donor və resipient arasında olan genetik fərqdən, immunsupressiya dərmanlannm istifadəsindən asılı olub, bir neçə ay və ya il ərzində baş vera bilər. Transplantatın qan damarlarının divarlan getdikcə daralır və qapanır. Bu proses müxtəlif səbəblər məs., endotelial hüceyralərin zədələn-məsi və aktivləşməsi ilə nəticələnən əkscisim-antigen kompleksinin transplantatda yığılması nəticəsində baş vera bilər.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə