TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


Hz. ƏLİ BARƏDƏ VARİD OLAN HƏDİSLƏR



Yüklə 1,01 Mb.
səhifə64/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   60   61   62   63   64   65   66   67   ...   84
Hz Ali

Hz. ƏLİ BARƏDƏ VARİD OLAN HƏDİSLƏR: 1. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Əli - radıyallahu anhu – ya əziyyət verən, mənə əziyyət vermiş kimidir»200.

2. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Əli - radıyallahu anhu – məndən sonra hər bir möminin dostu, sevimlisidir»201.

3. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, Əhli beytimi qəzəbləndirən Cəhənnəmə vasil olar»202.

4. Ummu Sələmə - radıyallahu anhə – demişdir: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Əli - radıyallahu anhu – nu sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əli - radıyallahu anhu – ya nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur»203.

5. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər»204.

6. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Ömər - radıyallahu anhu – demişdir: «Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy - radıyallahu anhu – və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əli- radıyallahu anhu – dur»205.

7. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həsən və Huseyn – Allah onlardan razı olsun - əlindən tutaraq buyurdu: «Kim məni sevərsə bu iki uşağı, onların atasını və anasını sevərsə Qiyamət günü mənimlə birlikdə olacaqdır»206.

8. Əbu Harun deyir ki, İbn Ömər - radıyallahu anhu – ilə oturmuşdum, birdən Nəfi İbnul-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əli - radıyallahu anhu – ya nifrət edirəm». İbn Ömər - radıyallahu anhu – başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?!»207.

9. Əhməd b. Hənbəl – rahmətullahi aleyhi - demişdir: «Əli - radıyallahu anhu – nun fəzilətləri ilə bağlı olan xüsusiyyətlər Peyğəmbər - sallallahu aleyhi və səlləm – in başqa səhabələrinə verilməmişdir»208.

10. Əli - radıyallahu anhu – deyir: «Elm Peyğəmbərlərdən, mal isə (xüsusən) Qarun və Fironlardan mirasdır. Elm sahibini, malı isə sahibi qoruyur. Elm sahibinin dostu, mal sahibinin isə düşməni çox olar. Elmin oğrudan qorunmasına lüzum yoxdur, malın isə qorunması vacibdir. Elm sahibi şərəfli ünvanlar, mal sahibi isə (çox vaxt) simic və xəsis kimi ad qazanar. Xərclədikcə elm artar, mal isə azalar. Zaman keçdikcə elm cilalanır (artır) mal isə çürüyüb tələf olur. Elm qəlbi qüvvətləndirir, mal isə əksinə, zəiflədir. Elm təvazökarlıq, mal isə lovğalıq (təkəbbürlük) gətirir. Elm insanda mərhəmət, mal isə (çox vaxt) xəbislik (tamahkarlıq) doğurur»209.

11. Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – bazar ertəsi günü Peyğəmbər olaraq göndərildi, Əli - radıyallahu anhu – çərşənbə axşamı namaz qıldı»210.

12. Abdullah b. Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – səhabələri bir-biri ilə qardaş etdi. Əli - radıyallahu anhu – ağlaya-ağlaya gəldi və: «Səhabələri bir-biri ilə qardaş etdin. Amma məni heç kəslə qardaş etmədin» dedi. Rəsulullah: «Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan» deyə buyurdu211.

13. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Mən kimin dostuyamsa, Əli - radıyallahu anhu – da onun dostudur»212.

14. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki: «Taif günü Rəsulullah - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu çağırdı və onunla xüsusi görüşdü. Görüş uzun çəkdiyinə görə adamlar: «Rəsulullah - sallallahu aleyhi və səlləm – əmisi oğlu ilə görüşməsini uzatdı» dedilər. Bunu duyan Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi»213.

15. Əbu Həzim Sələmə b. Dinar - radıyallahu anhu –, Səhi b. Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Səhi dedi: «Mədinəyə Mərvanın sülaləsindən bir nəfər vəli təyin edilmişdi. (Vəli) Səhi b. Sad yanına çağıraraq Əli - radıyallahu anhu – nu söyməsini əmr etdi. Səhi buna razı olmadı. Vəli: «Madəm ki, buna razı deyilsən onda: Allah Əbu Turaba lənət etsin de!» dedi. Səhi: «Əli - radıyallahu anhu – nun Əbu Turabdan daha sevimli bir ismi yox idi. Bu isimlə çağırıldığı vaxt çox sevinərdi. Bizə bu hadisəni anlat. Nə üçün ona Əbu Turab ismi verilmişdi. Səhi: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – Fatimə - radıyallahu anhə – nin evinə gələrək Əli - radıyallahu anhu –nu axtardı. Tapmadığı halda: «Əmim oğlu haradadır?» deyə buyurdu. Fatimə: «Aramızda narazılıq oldu. Məni qəzəbləndirdi və çıxıb getdi» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bir nəfərə: «Bax gör haradadır?». Adam getdi və gəldi: «Ya Rəsulallah! Məsciddə yatır» dedi. Peyğəmbər onun yanına gələdi. Əli - radıyallahu anhu – uzanmışdı. Üst örtüyü düşmüş, üstü torpağa bulaşmışdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun üstündən torpağı çırpır və: «Qalx ey Əbu Turab, Qalx ey Əbu Turab» deyirdi. (Başqa rəvayətdə: Əbu Həzim Sələmə b. Dinar - radıyallahu anhu – rəvayət edir ki: «Bir nəfər Səhi b. Sadın - radıyallahu anhu – nun yanına gəlir və: «Mədinə əmiri filankəs minbərin yanında Əli - radıyallahu anhu – haqqında danışır» deyir. Səhl: «Bu əmir Əli - radıyallahu anhu – haqqında nə deyir?» soruşdu. Əbu Həzim: «Əmir Əli - radıyallahu anhu – ya Əbu Turab deyir» dedikdə, Səhl b. Səd güldü və: «Allaha and olsun ki, Əli - radıyallahu anhu – ya bu ləqəbi Peyğəmbər - sallallahu aleyhi və səlləm – vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi» dedi. Əbu Həzim dedi: «Mən bu ləqəbi Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl b. Səddən soruşdum: «Ey Əbul Abbas, bu necə olub?». O: «Bir dəfə Əli - radıyallahu anhu – Fatimə - radıyallahu anhə – nin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər - sallallahu aleyhi və səlləm – gəlib: «Əmim oğlu hardadır?» deyə soruşdu. Fatimə: «Məsciddədir» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – məscidə getdi və Əli - radıyallahu anhu – nun kürəyi torpağa batmış halda yatdığını gördü. Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nun kürəyindən torpağı təmizləyərək: «Otur ey, Əbu Turab! Otur ey Əbu Turab!» deyə buyurdu214).

16. Sad b. Übeydə - radıyallahu anhu – demişdir: «Ömər - radıyallahu anhu – nun oğlu (İbn Ömər) yanına bir adam gəldi və Osman - radıyallahu anhu – haqqında soruşdu. Ibn Ömər - radıyallahu anhu – Osman - radıyallahu anhu – nun yaxşı xüsusiyyətlərindən danışdı və o adama: «Bəlkə Osman - radıyallahu anhu – haqqında xatırlatdığım şeylər sənə pis gəlir» dedim. O: «Bəli» dedi. Ibn Ömər: «Allah sənin burnunu yerələ sürtsün» dedi. Sonra o adam İbn Ömər - radıyallahu anhu – dan Əli - radıyallahu anhu – haqqında soruşdu. Ibn Ömər - radıyallahu anhu – Əli - radıyallahu anhu – nun gözəl əməllərini xatırlatdı və: «Əli - radıyallahu anhu – budur. Evi də Peyğəmbərin - sallallahu aleyhi və səlləm – evlərinin ən gözəlidir» dedi. Sonra yenə: «Bəlkə Əli - radıyallahu anhu – haqqında danışdıqlarım sənə pis gəlir» dedim. O adam: «Bəli» dedi. Ibn Ömər: «Allah sənin burnunu torpağa sürtsün. Get mənim barəmdə nə bacarırsansa et» dedi215.

17. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Əbu Bəkr - radıyallahu anhu – ya mərhəmət etsin qızını mənimlə evləndirdi. Məni hicrət etdiyim Mədinəyə apardı, öz malı ilə Bilalı azadlığa qovuşdurdu. Allah Ömər - radıyallahu anhu – ya mərhəmət etsin. Acı olsa da haqqı söyləyər, haqqı söyləməsi səbəbilə dostsuz qalmışdır. Allah Osman - radıyallahu anhu – ya da mərhəmət etsin. Mələklər belə ondan həya edərlər. Allah Əli - radıyallahu anhu – ya da mərhəmət etsin. Allahım Əli hara gedərsə haqqı onunla bərabər et!»216.

18. Ribi b. Hiraş - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – Kufədə geniş bir meydan olan Rahbədə bizə dedi: «Hudeybiyyə günü müşriklərdən bəzi kimsələr yanımıza gəlmişdilər. Aralarında Suheyl b. Amr və müşriklərin başçılarından bir neçə kişi vardı. Onlar: «Ey Allahın Rəsulu! Oğullarımız, qardaşlarımız və kölələrimizdən bəzi ağılsız kimsələr qaçıb sənin yanına gəlmişlər. Onların din haqqında bilikləri yoxdur. Mallarımızda və torpaqlarımızda çalışan işçilər olub qaçıb gəlmişlər. Onları bizə təslim et, onlar din haqqında bilikli deyillərsə biz özümüz onlara bilik verərik. Bu təkliflər qarşısında Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Qureyş topluluğu! Mütləq pis halınızdan vaz keçməli İslama dönməlisiniz. Əksi halda Allah din yolunda boyunlarınızı vuran bir kimsəni göndərər. O, din haqqında bilikləri yoxdur dediyiniz kimsələrin qəlblərini Allah iman üzərə imtahan etmişdir». Səhabələr: «Ey Allahın Rəsulu! O, kimsə kimdir?» deyə soruşdular. Əbu Bəkr: «Ey Allahın Rəsulu! O, kimsə kimdir?» deyə soruşdu. Ömər: «Ey Allahın Rəsulu! O, kimsə kimdir?» deyə soruşdu. Peyğəmbər: «O, ayaqqabı təmirçisidir» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – ayaqqabısını təmir üçün Əli - radıyallahu anhu – ya vermişdi. Sonra Əli - radıyallahu anhu – gəldi və dedi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bilərək mənim adımdan yalan söyləyərsə Cəhənnəmdəki yerini hazırlasın»217.

19. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həsən və Huseyn – Allah onlardan razı olsun - əlindən tutaraq buyurdu: «Kim məni sevərsə bu iki uşağı, onların atasını və anasını sevərsə Qiyamət günü mənimlə birlikdə yüksək dərəcələrdə olacaqdır»218.

20. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə dörd kişini sevməyi əmr etdi. Allahın da onları sevdiyini bildirdi». Ona: «Ey Allahın Rəsulu! Onların adlarını bizə bildir». Peyğəmbər: «Onlardan biri Əli. Bunu üç dəfə təkrarladı. Digərləri Əbu Zərr, Miqdad və Salman»219.

21. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Mən hikmət eviyəm, Əli isə bu evin qapısıdır»220.

22. Cabir b. Abdullah - radıyallahu anhu – Əli - radıyallahu anhu – haqqında soruşduqda o: «O, bəşərin (insanların) xeyirlisindən idi»221.

23. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, ilk müsəlman olan kişi Əli - radıyallahu anhu – dur. Amr b. Murrə deyir ki, ilk müsəlman olan Əbu Bəkr əs-Sıddıq - radıyallahu anhu – dur»222.

24. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir Peyğəmbərə 7 dost və qoruyucu verilmişdir. Mənə isə 14 nəfər verilmişdir». Ona: «Onlar kimlərdir?» deyə soruşduq. Peyğəmbər: «Mən, iki oğlum Həsən və Huseyn, Cəfər, Həmzə, Əbu Bəkr, Ömər, Musayb b. Umeyr, Bilal, Salman, Miqdad, Əbu Zərr, Ammar və İbn Məsud – Allah onlardan razı olsun - « deyə buyurdu223.

25. Əfva b. Dəlhəmə əl-Adəvi rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Elm öyrənin, onunla məruf olarsınız. Öyrəndiyiniz elmlə əməl edin ki, onun əhlindən olasınız. Sizdən sonra elə bir nəsil gələcək ki, o zaman (xalqın) 10/9 haqqı inkar edəcəkdir. O, zamanda yalnız elm əldə edə bilmək üçün səfər edənlər qurtulacaqdır. Onlar hidayət öndərləri və elmin qəndilləridirlər»224.

26. Əli - radıyallahu anhu – deyir ki: «Sizin üçün ən çox qorxduğum iki şey vardır. Bitməz və tükənməz bir istək və havaya tabe olmaq. Bitməz tükənməz istək sizlərə axirəti unutdurduğu zaman, havaya tabe olmaq sizləri haqdan uzaqlaşdırar. Yaxşı bilin ki, dünya keçib getməkdə, axirət isə yönəlib gəlməkdədir. Hər ikisinin də adamları (övladları) vardır. Sizlər axirət adamı olun. Dünya adamı olmayın. Çünkü bu gün əməl var, hesab yox, sabah hesab var, əml yoxdur»225.

27. Amr b. Qeys rəvayət edir ki, Əli - radıyallahu anhu – dan: «Nə üçün paltarına yamağ vurursan?» deyə soruşduqda o: «Qəlbim xuşu içində olsun, möminlər də ibrət alsınlar» deyə226.

28. AbdurRahman b. Abdullah b. Amr b. Hind əl-Cuməli - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Peyğəmbər - radıyallahu anhu – dən soruşduğum zaman mənə cavab verir, susduğum zaman isə mənimlə sözə başlayardı»227.

29. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - radıyallahu anhu – Əli - radıyallahu anhu – nun qapısından başqa məscidə açılan bütün qapıların bağlanmasını əmr etdi»228.

30. Zirr b. Hübeyşi - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Toxumu çatladan və canlıları yaradana and olsun ki, Ummi olan Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənə: «Səni möminin sevəcəyinə, münafiqin sənə nifrət edəcəyini buyurdu»229.

31. Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Ya Əli, 600 min koyun istəyirsən, yoxsa 600 min qızıl və ya 600 min nəsihət?». Əli: «600 min nəsihət» deyə cavab verdi. Peyğəmbər: «Bu 6 nəsihətə uysan 600 min nəsihətə uymuş kimi olarsan» deyə buyurdu. 1. hər kəs nafilələrlə məşğul olarkən sən fərzləri yerinə yetir. 2. Hər kəs dünya ilə məşğul olarkən sən Allahı xatırla, İslama uyğun yaşa, İslama uyğun qazan və İslama uyğun da xərclə. 3. Hər kəs bir-birinin ayıbını araşdırarkən sən öz ayıblarını araşdır və onlarla məşğul ol. 4. Hər kəs dünyanı qurarkən sən dinini qur və zinətləndir. 5. Hər kəs xalqın razılığını qazanmaq üçün vasitə axtarırkən sən haqqa yönəl və ona olan vasitələri axdar. 6. Hər kəs çox əməl edərkən sən əməlin çox olmasına deyil ixlaslı olmasına diqqət et».


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin