TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki: «Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!»



Yüklə 1,01 Mb.
səhifə73/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   69   70   71   72   73   74   75   76   ...   84
Hz Ali

11. Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki: «Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33) ayəsi nazil olanda Rəsulullah - sallallahu aleyhi və səlləm – namaza gedərkən 6 aya yaxın bir müddətdə Fatimə - radıyallahu anhə – qapısından keçərkən: «Namaza gəlin, ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» deyərdi275.

12. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah üzərində qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Həsən - radıyallahu anhu – gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn - radıyallahu anhu – gəldi, onu da saldı, sonra Fatimə - radıyallahu anhə – gəldi, onu da saldı. Sonra Əli - radıyallahu anhu – gəldi, onu da saldı. Sonra dedi: «Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər» (əl-Əhzab 33)276.

13. Yezid b. Həyyan - radıyallahu anhu – rəvayət edir: «Bir gün Hüseyn b. Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd b. Ərqam - radıyallahu anhu – nun yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd b. Ərqama belə dedi: «Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullah - sallallahu aleyhi və səlləm – gördün, onu eşitdin, onunla birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullah - sallallahu aleyhi və səlləm – dən eşitdiklərindən danış. O: «Ey qardaşımın oğlu, Vallahi yaşlandım, aradan çox illər keçib, Rəsulullah - sallallahu aleyhi və səlləm – dən eşitdiklərimdən bəzilərini unutmuşam. Indi rəvayət edəcəklərimi qəbul edin, susanda məcbur etməyin: Məkkə və Mədinə arasında «Xum» adlanan yerdə Rəsulullah - sallallahu aleyhi və səlləm – bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: «Ey insanlar! Mən ancaq bir bəşər övladı, Rəbbimin elçisiyəm. Allah qarşısında cavab verəcəyim və Onun yanına qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birinci Allahın hidayət və nuru olan kitabı Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın (Başqa rəvayətdə: O, Allahın ipidir. Hər kim ona tabe olarsa doğru yolda və kim də tərk edərsə zəlalətədə olar). Quran haqqında rəğbətləndirici sözləri söylədikdən sonra dedi: «Ikinci Əhli Beytimdir. Əhli beytim haqqında sizə Allahı xatırladıram» deyərək bunu 3 dəfə təkrarları. Hüseyn: «Ey Zeyd, Əhli beyti kimdir? Arvadları Əhli beytdən deyilmi?» deyərək soruşdu. Zeyd: «Qadınları da Əhli beytdəndir. Lakin, Əhli Beyt özündən sonra sədəqə almaları haram olan kəslərdir» dedi. Mən: «Onlar kimlərdir?» deyəndə: Zeyd: «Əlinin ailəsi, Aqilin ailəsi, Cəfərin ailəsi, Abbasın ailəsidir». Hüseyn: «Onların hamısına sədəqə haramdır» soruşanda, Zeyd: «Bəli» dedi277.

14. Yezid b. Həyyan, Zeyd bin Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah buyurdu: «Xəbəriniz olsun! Mən sizə iki ağır şey tərk edirəm ki, birincisi Allahın Kitabıdır. O, Allahın ipidir. Kim ona bərk yapışsa, tabe olsa, o , hidayət üzrədir (doğru yoldadır), kimdə onu tərk etsə zəlalət üzrədir (yolunu azar). Ikinci itrətim, Əhli Beytimdir». Biz dedik: «Qadınları Əhli Beytdəndirmi?». O: «Xeyir. Allaha and olsun ki, qadın əri ilə bir müddət bərabər olur. Boşandıqda o atasının yanına, öz qövmünə qayıdır. Rəsulullah - sallallahu aleyhi və səlləm – Əhli Beyti, nəslindən olub özündən sonra sədəqə haram olan, ata tərəfdən olanlardır»278.

15. Ömrünün son günləri və ya son günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızı Fatimə - radıyallahu anhə – ni çağıraraq qulağına bir şeylər pıçıldadı. (Başqa rəvayətdə: Ummu Sələmə) Aişə - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bütün zövcələri yanında olduğu an qızı Fatimə - radıyallahu anhə – gəldi. Yerişi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yerişindən heç bir şey ilə fərqlənmirdi. (Başqa rəvayətdə: Oturuş və duruş baxımından Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızı Fatimə - radıyallahu anhə – dən daha çox bənzəyən bir kimsə görmədim. Fatimə - radıyallahu anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil olduqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – qalxar, onu öpər və yerinə oturdardı. Fatimə - radıyallahu anhə – də oturduğu yerdən qalxar eyni şəkildə Peyğəmbər – sallallahu aleyhi və səlləm – öpər və yerində oturdardı). Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızını gördükdə buyurdu: «Xoş gəlmisən qızım. (Mərhəba). Sonra onu sağına yaxutda soluna oturtdu. Qulağına nə isə pıçıldadıqdan sonra qızı ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə də gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən Fatimə - radıyallahu anhə – yə dedim: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu qədər zövcələrinin içərsində yalnız sənə sir dedikdən sonra sən hələ də ağlayırsan!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – geddikdən sonra mən soruşdum. Peyğəmbər sənə nə buyurdu: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sirrini ifşa etmərəm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra mən Fatimə - radıyallahu anhə – dən soruşdum: «Üzərindəki haqqım üçün279 de görüm Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə nə buyurdu: «Bəli, indi deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər il Cəbrail – əlehissəlam – Quranı mənə bir və ya iki dəfə təkrarladırdı. Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını başa düşdüm. Allahdan qorx və səbr et. Mən sənin üçün necə də gözəl SƏLƏFƏM (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci dəfə mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa rəvayətdə: Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə buyurdu280.

16. Əli - radıyallahu anhu – rəvayət edir ki, Fatimə - radıyallahu anhə – dəyirman daşını çevirməkdən əlində meydana gələn rahatsıqlıqdan şikayət etdi. O, vaxtı Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir neçə əsirlər gətrilmişdi. O, əsirlərdən bir xidmətçi istəmək üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in evinə getdi. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – evində tapmadı. Aişə - radıyallahu anhə – ni gördü və ona nə üçün gəldiyini xəbər verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gəldikdə Aişə - radıyallahu anhə – Fatimə - radıyallahu anhə – nin gəldiyini xəbər verdi. Əli - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə gəldi və bizi yatağımıza girdiyimiz halda gördü. Mən ayağa qalxmağa çalışdım. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dərhal: «Yerinizdə qalın» deyib ikimizin arasında oturdu. Hətta mən onun bədəninin soyuqluğunu da hiss etdim. Peyğəmbər: «Yaxşı dinləyin! Mən sizə sizin məndən istədiyiniz əsir xidmətçidəndə daha xeyirli bir şey öyrədimmi? Yatağa girdiyiniz zaman 34 dəfə Allahu Əkbər, 33 dəfə Subhənəllah, 33 dəfə də Əlhəmdulilləh deyin. Bunları deməyiniz sizlər üçün xidmətçidən də xeyirlidir» deyə buyurdu281.

17. Aişə - radıyallahu anhə – rəvayət edir ki, (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra) Fatimə - radıyallahu anhə – Əbu Bəkr - radıyallahu anhu – ya xəbər göndərdi və Allahın Peyğəmbər – sallallahu aleyhi və səlləm – Fəy (hərbsiz qənimət) olaraq bəxş etdiyi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in də möminlərə sədəqə etdiyi Mədinə yaxınındakı Bəni Nadr, Fədək xurmalıqları ilə Xeybər xurmalıqlarının 5/1 qalan Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mirasını istəyirdi. Əbu Bəkr - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu sözlərini dedi: «Biz Peyğəmbərlər miras qoymarıq. Bizim buraxdığımız mal sədəqədir». Muhəmmədin ailəsi bu maldan, yəni mulkiyyəti Allahın olan vəqf malından yeyə bilər. Onların yedikləri üzərinə nə isə artırmalarına ixtiyarları yoxdur. Allaha and olsun ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vaxtında olan sədəqələrdən heç bir şey dəyişən deyiləm. Onlarla (mallarla) Peyğəmbər – sallallahu aleyhi və səlləm – etdiyi rəftarı edəcəyəm. (Fatimə - radıyallahu anhə – nin vəfatından sonra) Əli - radıyallahu anhu – da bunun belə olduğuna şəhadət etdikdən sonra: «Ey Əbu Bəkr! Biz sənin fəzilətini bilirik. Və onun haqqını və qohumluğunu xatırlatdı. Əbu Bəkr: «Nəfsim əlində olan Allaha and olsun ki, mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yaxınlarına xidmət etmək öz yaxınlarıma xidmət etməkdən daha sevimlidir» dedi282.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin