2 alın, 2 gicgah, 2 təpə və 1 ənsə (şəkil: 5-3). Bu sümüklər bir-biri ilə tikişlər və
əmgəklər vasitəsi ilə birləşir. Doğuşun diaqnostikasında tikişlərin və əmgəklərin böyük əhəmiyyəti var:
alın tikişi (sutura frontalis) sagital
olaraq alın sümüklərini bir-birindən;
tac tikiş (s.coronaria) alın sümüklərini təpə sümüklərindən;
oxabənzər tikiş (s.sagita-
lis) təpə
sümüklərini bir-birindən;
lamdoidal və ya peysər tikişi (s.lamdoidea) təpə sümüklərini ən-sə sümyündən,
gicgah tikişi (s.temporalis)
gicgah sümüyünü təpə sümüklərindən ayırır.
Ön və ya böyük əmgək (fonticulis maqnus) romb şəkilindədir, mərkəzdə 4 sümüyün arasında (2 alın və 2 təpə) yerləşir və 4 tikişlə (alın,
oxabənzər, 2 tac) birləşir
. Arxa və ya kiçik əmgək üçbucaq şəkilli dərinlik olub, 3 tikişlə (oxabənzər, peysər tikişin hər iki ayağı ) birləşir, ənsə və təpə sümükləri
arasında yerləşir.
Baş doğuş yollarından keçərkən tikişlər və əmgəklər kəllə sümüklərinin bir-birinə yaxınlaş-masına, hətta bir-birinin üzərinə
keçməsinə imkan yaradır. Kəllə sümükləri əyilir. Bütün bu xüsu-siyyətlər kəllə sümüklərinə plastiklik verir, yəni o formasını dəyişir. Bu da
onun doğuş yollarından keçməsini asanlaşdırır.
Əlamətlər Normal preliminar dövr Doğuşun I dövrünün latent fazası Uşaqlıq yığılmaları
arasındakı interval
Daimi olmur
Daimi olur, tədricən
Qısalır
Uşaqlıq yığılmalarının
davam etmə müddəti
Daimi olmur.
Daimidir.
Uşaqlıq yığılmalarının
İntensivliyi
Artmır
Tədricən artr
Ağrının lokalizasiyası
Qarının aşağı nahiyyələrində,
nadir hallarda omada
Adətən omada və qarın
nahiyyəsində (beldən
omaya yayılaraq)
Hərəkətin təsiri
Yeriş zamanı uşaqlıq yığıl-
maları güclənmir
Yeriş zamanı uşaqlıq
yığılmaları güclənir
Yüngül sedativ
preparatların təsiri
Vəziyyəti yüngülləşdirir.
Uşaqlıq yığılmalarına
təsir etmir.