1
TƏXİRƏSALINMAZ TİBBİ YARDIMIN ƏSASLARI, ÜRƏK- AĞCİYƏR
REANİMASİYASI. YENİDOĞULMUŞLARIN İLKİN REANİMASİYASI.
TƏXİRƏSALINMAZ TİBBİ YARDIMIN ƏSASLARI
Zərərçəkənə ürəyin və tənəffüsün qəfləti dayanmasının (klinik ölümün) ilk dəqiqələrində hadisə yerində ilk yardımı ancaq
bədbəxt hadisənin bilavasitə şahidi göstərə bilər. Çox vaxt hadisə baş verərkən yaxınlıqda heç kim olmur və ya zərərçəkən gec
aşkar olunur.
Döş qəfəsinin kompressiyası, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi və ağciyərlərin süni ventilya- siyasının birgə
aparılması ürək-ağciyər reanimasiyası (ÜAR) adlanır. Reanimasiya – yenidən həyata qaytarma, diriltmə, canlandırma deməkdir.
Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində (klinik ölüm vaxtı) aparılan ÜAR zərərçəkənin həyat
fəaliyyətini bir müddət
təmin edir və bəzi hallarda qəflətən öləni yenidən həyata qaytarır (diril- dir). Ürəyin defibrilyasiyası diriltmə şansını artırır. Qəfləti
ölənin ürək fəaliyyəti, tənəffüsü və huşu bərpa olunarsa o, yenidən həyata qaytarılmış hesab olunur.
Ürək-ağciyər reanimasiyasının defibrilyasiya ilə birgə aparılması
ilk yardımın əsasını təşkil edir və
DRCABD
alqoritmində öz əksini tapmışdır.
DRCABD
–
həyat fəaliyyətini təmin edən əsas tədbirlər alqoritmidir.
D
Danger
– Diqqət təhlükə! (Təhlükəsizliyi qiymətləndirmək)
R
Responsiveness
– Reaksiya (qıcıqlara cavab reaksiyasını, huşun olub-olmadığını yoxlamaq)
C
Circulation
– Canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajını aparmaq və
qanaxmanı dayandırmaq);
A
Airway
– Açıq tənəffüs yolları (tənəffüs yollarının keçiriciliyini bərpa etmək)
B
Breathing
– Birbaşa nəfəs vermək (ağciyərlərin süni ventilyasiyasını aparmaq)
D
Defibrillation
– Defibrilyasiya (defibrilyatorla elektrik cərəyanı (elektroşok) verib, ürəyin fəaliyyətini bərpa
etmək)
Bu alqoritmdə hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq. Hadisə yerinin
təhlükəsizliyini qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin. Hər müdaxilədən
sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
Ürək-ağciyər reanimasiyası (ÜAR) vərdişlərinin cаnlı insаn üzərində öyrənilməsi
təhlükəlidir.
Тəcrübə üçün mаnеkеn və fantomlardan istifаdə еdin. Biliklərinizi hər iki ildən bir təzələyin.
İlk yardım göstərərkən təşvişə düşməyin və tibbi yardımın göstərilməsini DRCABD alqoritminin ardıcıllığını pozmayaraq
həyata keçirin. Əvvəlcədən hadisə yerinin təhlükəsizliyini qiymətləndirin (Danger – diqqət təhlükə!), qıcıqlara cavab reaksiyasını
(Responsiveness
– reaksiya) yoxlayın və normal/qeyri-normal
tənəffüsə görə dəyərləndirib, növbəti addımı atın.
Ürəyin qəfləti
dayanmasında hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, qıcıqlara cavab reaksiya- sının yoxlanılması, tənəffüsün və
nəbzin təyin edilməsi 10 saniyəyə tamamlanmalıdır.