Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə33/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Pedaqoji ünsiyyət – müəllimlərin şagirdlərlə dərsdə və dərsdən kənar müəyyən pedaqoji funksiyaların yerinə yetirilməsinə və əlverişli psixoloji iqilimin yaradılmasına, təlim fəaliyyətinin və müəllimin şagirdlərlə və şagirdlərin öz aralarındakı münasibətlərin optimallaşmasına yönələn peşəkar ünsiyyətidir. Psixoloqlar pedaqoji ünsiyyətdə müəllimin şagirdlərə seçici münasibətinin yaranmasını əsas götürürlər. Bu isə pedaqoji ünsiyyətin subektivliyindən xəbər verir. Bu fakt empirik şəkildə sübut olunmuşdur.
Pedaqoji ünsiyyətdə müəllimin ünsiyyətinin seçiciliyini təsdiq edən məsələləri aşağıdakı kimi qruplaşdıra bilərik:
- Müəllim ona bu və ya digər emosional təsir bağışlayan (simpatiya və ya ədavət) şagirdlərə daha çox diqqət yetirir, yerdə qalan şagirdlər isə sanki onun diqqətindən kənarda qalırlar.
- Müəllim ilk növbədə daha intellektual, intizamlı və çalışqan şagirdlərə, ikinci yerdə – passiv-asılı və sakit, üçüncü yerdə isə təsir altına düşən, lakin çətin idarə olunan şagirdlərə meyilli olurlar. Heç sevilməyən şagirdlər müstəqil, aktiv və özünə güvənən şagirdlərdir.
Qeyd etmək lazımdır ki, şagirdin xarici görünüşü mühüm əhəmiyyətə malikdir. Xoşagələn görünüşə malik uşaqları müəllimlər daha intellektli hesab edir, onlara həmyaşıdları arasında daha yüksək status verir, hətta valideynlər də onların tərbiyəsinə daha çox həvəs göstərirlər.
Bununla belə müəllim qeyri-ixtiyari olaraq birinci partada oturan şagirdlərə daha çox diqqət yetirirlər. Birinci partada oturan şagirdlərin və onların nailiyyətləri daha yüksək qiymətləndirilir.
Bir cəhət də diqqət mərkəzinə gətirilməlidir ki, müəllim, bir qayda olaraq, gözəl xətti olan, ntqində səhv buraxmayan şagirdləri daha tez – tez danışdırır, onun daha çox qayğısına qalır.
A.A.Leontyev öz tədqiqatlarında pedaqoji ünsiyyətin inkişafına gətirib çıxaran bir sıra tövsiyələr irəli sürür. Onun qənaətincə pedaqoji ünsiyyət sahəsində inkişafa gətirib çıxaran əsas elementlər – özünümüşahidə, özünütəhlil, bədii ədəbiyyatın mütaliəsidir.
Müəllimlə şagirdlər arasındakı ünsiyyət prosesi iki əks mövqedə gedə bilər: qarşılıqlı anlama – təlim-pedaqoji fəaliyyət tapşırıqlarının birgə həllində uzlaşma, bir-birinin davranışını proqnozlaşdırmaq qabiliyyətinin inkişafı, uzaqlıq – bir-birinin davranışını anlaya və qabaqcadan duya bilməmək, konfliktlərin inkişafı.
Ümumiyyətlə, düzgün qarşılıqlı təsir və ünsiyyətə nail olmaq bir-biri haqqında düzgün ümumiləşmiş informasiya toplamaqla əlaqədardır ki, bu da pedaqoqun kommunikativ bacarıqlarının inkişaf səviyyəsindən, müşahidəçilik, “dərin həssalıq”, empatiya, refleksiya və s. qabiliyyətlərindən çox asılıdır. Burada müəllimin ünsiyyətin psixoloji xüsusiyyətləri və qanunauyğunluqaları sahəsindəki psixopedaqoji səriştəliliyi mühüm rol oynayır.
Pedaqoji ünsiyyətin optimallaşmasına təsir göstərən bir sıra amillər vardır. Həmin amillərə aşağıdakıları aid etmək olar:
- müəllimin yüksək avtoriteti;
- ünsiyyət priyomlarını mənimsəmə və yüksək özünənəzarət;
- təcrübə (digərlərinin müşahidə olunmuş davranışlarının təhlili və şəxsi davranışın refleksiv təhlili).
Qeyd olunmalıdır ki, pedaqoji ünsiyyət prosesində stereotiplər və yönəlişlər ünsiyyətin xarakterinə böyük təsir göstərir.
Şəxsiyyətlərarası qavrayış prosesinin əsas mexanizmləri əksetmə (şüursuz olaraq digərlərini öz şəxsi motivləri, yaşantıları, keyfiyyətləri hesab etməyə meyillilik); desentrasiya (digər insanın mövqeyindən çıxış etmək qabiliyyəti), identifikasiya (şüursuz olaraq özünü digərlərinə bənzətmək); empatiya (digərinin emosional vəziyyətini başa düşərək onun dərdinə şərik olmaq); stereotipləşmə (digər insanları qiymətləndirmək üçün etalonlar düzəltmək) və s. pedaqoji ünsiyyətə ciddi təsir göstərir və onun istiqamətlərini müəyyənləşdirir.
A.Rean stereotipləşməni şəxsiyyətlərarası dərketmənin əsas mexanizmləri kimi öyrənərək sosial-perseptiv stereotiplərin altı qrupunu ayırd etmişdir:
- antropoloji – insanın daxili psixoloji keyfiyyətlərinin qiymətləndirilməsi, onun şəxsiyyətinin fiziki simasının xüsusiyyətlərindən asılı olaraq qiymətləndirilməsi;
- etnomilli–irqi, milli, etnik mənsubiyyət vasitəsilə psixoloji qiymətləndirmə (məsələn, alman xırdaçılığı, italyan temperamenti);
- sosial-statuslu – insanın şəxsi keyfiyyətləri onun sosial statusuna müvafiq olaraq qiymətləndirilir (məsələn, eksperimental şəkildə sübut olunmuşdur ki, daha yüksək statusa malik insanlar yüksək inkişaf etmiş insanlar kimi qavranılır);
- statuslu-rollu – insanın şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi onun sosial rollarından və rol funksiyalarından asılıdır (məsələn, professor haqqında stereotip fikir onun ağıllı olmasıdır);
- ekspressiv-estetik – insanın şəxsiyyətinin onun xarici cazibədarlığına əsasən qiymətləndirilməsi (xarici görünüşdən cazibədar olan insanlar pozitiv şəxsi keyfiyyətlərə malik olurlar);
- verbal-davranış - şəxsiyyətin qiymətləndirilməsi onun xarici xüsusiyyətlərindən asılıdır (nitq, mimik, pantomimik və s.).
Pedaqoji prosesdə sosial – perseptiv stereotiplərin qeyd olunan bütün qrupları iştirak edir. Şəxsi peşə təcrübəsinin təsiri altında müəllimdə xüsusi sosial stereotiplər formalaşır. Məsələn, müəllimlər arasında şagird şəxsiyyətinin xarakteristikası ilə, onun nailiyyətləri arasındakı əlaqə haqqında aşağıdakı stereotip olduqca geniş yayılmışdır: müvəffəqiyyətlə oxumaq – qabiliyyətli, vicdanlı, düzgün, intizamlı, pis oxumaq isə – tənbəl, nizam - intizamsız olmaq deməkdir. Bu, hər şeydən əvvəl, insan haqqında informasiya çatışmazlığına şərait yaradır, dezinformasiya formalaşdırır
Digər insanı anlamağa və qavramağa yönəlişlik (hər hansı bir insanı əvvəlcədən formalaşmış obraza əsasən adi şəkildə qavramaq və qiymətləndirməyə, müəyyən reaksiya göstərməyə şüursuz şəkildə hazır olmaq) də hərtərəfli təsir göstərir. Onlar koqnitiv (fikir, əqidə), affektiv (müsbət və mənfi emosiyalar, konkret insan və ya informasiyaya münasibət), hərəki (müəyyən reaksiyalara, müvafiq əqidələrə və yaşantılara hazırlıq) xarakterə malik olurlar.
Pedaqoji ünsiyyətdə bir sıra tələb olunan peşə keyfiyyətləri vardır. Pedaqoji ünsiyyətdə peşəkar cəhətdən vacib olan keyfiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İnsanlar və onlarla işə maraq, ünsiyyət tələbatının və bacarıqlarının olması, ünsiyyətcillik, kommunikativ keyfiyyətlər;
2. Emosional empatiya və insanları anlamağa qabillik;
3. Çeviklik, dəyişkən ünsiyyət şəraitinə tez və düzgün bələdləşmə bacarıqlarını təmin edən operativ-yaradıcı təfəkkür, ünsiyyət şəraitindən asılı olaraq dəyişkən nitq təsiri, tələbələrin fərdi xüsusiyyətləri;
4. Ünsiyyətin gedişində əks əlaqə yaratmaq və duymaq bacarığı;
5. Özünü, öz psixi vəziyyətini, öz bədənini, səsini, mimikasını, əhvalını, fikirlərini, hisslərini ifadə etmə bacarığı, əzələ gərginliyini azaltma bacarığı;
6. Kommunikativ spontanlığa qabillik;
7. Pedaqoji situasiyaların mümkün olacaq nəticələrini proqnozlaşdırmaq bacarığı;
8. Inkişaf etmiş verbal qabiliyyətlər: mədəniyyət, nitqin inkişafı, zəngin leksik ehtiyat, dil vasitələrinin düzgün seçilməsi və s.;
9. Pedaqoji peşə xüsusiyyətlərinə, təbii yaşantılara və məqsədyönlü pedaqoji yaşantılara malik olmaq;
10. Pedaqoji improvizasiyaya qabillik, müxtəlif qarşılıqlı təsir vasitələrini tətbiq etmək bacarığı (əqidə, təlqin, sirayət, qarşılıqlı təsirin müxtəlif priyomlarından istifadə).

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin