Türkiyədə çap olunan kitabları:
1. Türk dilinin üstünlüyü (hazırlayan Süzen Tokatlı)
2. Türk dili və lehcelerinin tarihi seyri (Çev. M.
Öztürk)
3. Türkcə Ġki dilin karĢılaĢdırılması (Mükayisətil-lüqə-
teyn )Türkdili kurumu yayınları 2013. (Çev. Mürsel
Öztürk) və s.
Doktor Cavad Heyətə həsr olunmuĢ və müxtəlif illərdə
yazılmıĢ kitablardakı yazılarda onun Ģəxsiyyətinə, yara-
dıcılığına yüksək qiymət verilib;
Həmid Məmmədzadə - «Varlıq»ın bel sütunu,
onun canı və ruhu»,
Oqtay Əfəndiyev - “Tariximizin bilicisi”,
Tofiq Hacıyev - «Elinin, dilinin və mədəniyyətinin
Məcnunu”,
Şamil Qurbanov - «İmkanından artıq iş görən
adam”,
Vaqif Aslanov - «Canlı ensiklopediya»,
7
Kamil Vəli Nərimanoğlu - «Mədəniyyətimizin Ko-
roğlusu»,
Nurəddin Rzayev - "Mənəviyyat və mədəniyyətin
zirvəsi",
Vilayət Quliyev - "Millətinin önündə gedən insan",
Oqtay Əfəndiyev - "Tariximizin bilicisi",
Tofiq Hacıyev - "Qeyrət mülkünün sultanı",
Ayhan Sunqar - "Çoxmənalı həkim",
Nizami Xudiyev - "Ədəbi dilimizin təbibi", "Əvəzsiz
mənbə"
Əliyar Səfərli - "El ağsaqqalı"
Məhəmmədəli Müsəddiq - "Varlığımızın təbibi"
Aydın Hacıyev - "Daim axtarışda keçən ömür",
Eynulla Mədədli - "Azərbaycan tarixinin keşiyində
keçən ömür",
Pərvanə Məmmədli - "Cavad Heyət fenomeni",
Rza Bərahəni - "Yaxın Şərqin hikmət səsi",
Bəkir Nəbiyev - "O tayı, bu tayı birləşdirən körpü",
Özbək Bəyəli Qasımov - "Başımızdakı tac",
Əhliman Əmiraslanov - "Vətən oğlu"
Sabir Rüstəmxanlı - „Varlığımızı qoruyan“,
doktor Həmid Nütqi - "Xalqının aşiqi",
Şahmar Əkbərzadə - "Güvəndiyim dağ" - deyə
dəyərləndiriblər.
Cavad Heyətin Ģəxsiyyəti və yaradıcılığına Azər-
baycan Respublikasında iki dərslikdə yer verilib. Biri orta
məktəb, o biri universitet tələbələri üçün nəzərdə tutulub.
Bu kitablar - Azərbaycan təhsil Nazirliyinin 5-ci sinif
8
üçün ―Tarix‖ və Pərvanə Məmmədlinin ―Cənubi Azərbay-
can mətbuatı tarixi‖ (XIX,XX,XXI-yüzilliklər) kitabıdır.
*
Qeyd edək ki,«Varlıq» dərgisi ötən əsrin sonlarından
bu günədək bir çox lisans, yüksək lisans və doktorluq dis-
sertasiyasının və elmi məqalənin mövzusu olmuĢdur: Pər-
vanə Məmmədli «Varlıq» jurnalında ədəbiyyat məsələləri
(doktorluq dissertasiyası, Bakı, 2000), Nəzakət Ġsmayılova
«Varlıq» jurnalında ġimali Azərbaycan ədəbiyyatının
nəĢri (doktorluq dissertasiyası, Naxçıvan, 1999), Sonel
Bosnalı Ġranda Türk varlığı və «Varlıq» dərgisi (yüksək
Lisans dissertasiyası, Paris), M.Rıza Heyət «Varlıq»
dərgisində dilçiliklə bağlı məqalələr (lisans dissertasiyası,
Bakı, 1998) və s.
*
2000-ci ildən bu yana Bakı dövlət universitetinin jurnalistika fakültə-
sində tələbələr ―Cənubi Azərbaycan mətbuat tarixi‖ fənni keçirilir. Bu
fənnin bir qoĢa saatı ―Varlıq‖ dərgisi və onun naĢiri doktor Cavad
Heyətlə bağlıdır. Bu fənnin ilk çığırını salan - xüsusi proqram çap et-
dirib, mühazirələr hazırlayan, sonralar isə dərslik yazan Pərvanə
Məmmədlidir. 2007-ci ildə Bakı Dövlət Universitetinə dəvət olunan
Cavad Heyət tələbələrin görüĢünə gəlmiĢ, onları maraqlandıran sual-
lara cavab vermiĢdi. Üstəlik özü ilə bağlı tələbələrin dərsdə söylədik-
lərini dinləmiĢ, eĢitdiklərindən məmnun qalmıĢdı.
|